Ağalıya ilk köçün tarixi MÜƏYYƏNLƏŞDİ
İşğaldan azad olunmuş Zəngilan rayonunun Ağalı kəndinə ilk köçün tarixi müəyyənləşib.
KONKRET.az xəbər verir ki, bu barədə Publika.az-a açıqlamasında Zəngilan rayonunun Ağalı kənd sakini Vəliyəddin Paşayev deyib.
Vəliyəddin Paşayev bildirib ki, o, hazırda Ağalı kəndində təmir-bərpa işlərində çalışır:
"Ağalı kəndinə ilkin olaraq 41 ailənin köçürülməsi iyul ayının 19-20-də gerçəkləşəcək. Sabah ailə üzvlərimiz gedib analiz verəcəklər, testdən keçəcəklər. Bu prosedurlar da köç prosesi üçün nəzərdə tutulub. Artıq köç prosesinə hazırlıqlar görülür".
Digər etibarlı mənbələrdən əldə etdiyimiz məlumatlara görə, ilk köç prosesi ilə bağlı Ağalı kəndində gerçəkləşdiriləcək mərasimdə ölkə başçısı İlham Əliyev də iştirak edəcək.
Media subyektləri üçün vergi güzəştinin müddəti uzadılır
Azərbaycanda media subyektləri üçün vergi güzəştinin müddəti daha 3 il uzadılır. xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb. Vergi Məcəlləsinə təklif edilən dəyişiklik zamanı əksini tapıb
Fransa Aİ ticarət sazişini qəbul etmir
Fransa hökuməti, Avropa İttifaqı ilə Cənubi Amerika ticarət bloku Mercosur arasında müzakirə edilən ticarət sazişinin hazırkı forması ilə qəbuledilməz olduğunu açıqlayıb. xəbər verir ki, hökumət sözçüsü Maud Brejon çərşənb
Çin Yaponiyaya iqtisadi təzyiqi artırır
Çin Yaponiyaya iqtisadi təzyiqini gücləndirib. Dövlət müəssisələri işçilərinin Yaponiyaya səyahətini qadağan edib, mütəşəkkil tur qrupları ləğv edilib, böyük forum və yapon filmlərinin nümayişi dayandırılıb. xəbər verir ki
Əczaçılıq məhsullarının idxalına çəkilən xərc azalıb
Azərbaycan 424,755 milyon ABŞ dolları dəyərində əczaçılıq məhsulları idxal edib. xəbər verir ki, göstərici 2025-ci ilin yanvar-oktyabr aylarına məxsusdur. Dövlət Gömrük Komitəsinə istinadən verilən xəbərə görə, bu, 2024-c