Ağsuda KOB dostu fəaliyyətə başlayıb - FOTOLAR
Kiçik və Orta biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə Ağsu rayonunda sahibkarlarla görüş keçirilib.
Azərbaycan-İsrail İnnovasiya Forumu keçirilib - FOTOLAR
FED.az xəbər verir ki, görüşün məqsədi Ağsuda fəaliyyət göstərən sahibkarların biznesin qurulması və inkişaf etdirilməsi sahəsində ehtiyaclarını öyrənmək, qarşılaşdıqları çətinlikləri dinləmək, dövlət dəstəyi mexanizmləri, o cümlədən KOBİA-nın dəstək və xidmətləri barədə onları məlumatlandırmaqdır.
Ağsu rayonunda fəaliyyət göstərən sahibkarların və biznes subyektlərinə xidmət göstərən dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə keçirilmiş tədbir çərşivəsində sahibkarlara yerində dəstək göstərilməsi məqsədilə fəaliyyətə başlayan KOB dostu rayonun biznes ictimaiyyətinə təqdim edilib. Ağsu KOB dostu Dağlıq Şirvan iqtisadi rayonu üzrə fəaliyyət göstərən sayca 3-cü KOB dostudur. Ümumilikdə KOBİA-nın regionlardakı nümayəndələri olan KOB dostları hazırda ölkənin 39 şəhər və rayonunu əhatə edir.
Sahibkarlarla görüşdə KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov biznes subyektlərinə yerində dəstəyin təmin olunması baxımından KOB dostu şəbəkəsinin önəmini qeyd edib. Bildirilib ki, KOB dostları mikro, kiçik və orta sahibkarların biznes təşəbbüslərinin reallaşdırılması, sahibkar maraqlarının müdafiəsi, yeni KOB subyektlərinin yaradılması və inkişafı, sahibkarlara göstərilən dövlət dəstəyi mexanizmləri barədə məlumatlandırma, dövlət qurumları ilə əlaqələndirmə kimi istiqamətlərdə fəaliyyət göstərir. Ağsu rayonunun biznesin inkişafı üçün potensialını qeyd edən Orxan Məmmədov bu iqtisadi potensialın reallaşdırılması üçün KOB dostlarının dəstəyini vurğulayıb, sahibkarları KOB dostları ilə fəal əməkdaşlığa dəvət edib.
Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov ölkəmizdə həyata keçirilən uğurlu sosial-iqtisadi siyasət nəticəsində regionların inkişaf etdiyini və rayonda sahibkarlıq fəaliyyətinin daha da genişləndirilməsi üçün əlverişli imkanların olduğunu bildirib. Qeyd olunub ki, Ağsuda fəaliyyətə başlayan KOB dostu sahibkarlar və sahibkarlıq fəaliyyətinə yeni başlayanlar üçün faydalı olacaqdır.
Tədbir çərçivəsində Agentlik tərəfindən KOB-lara göstərilən dəstək mexanizmləri barədə filmlər nümayiş olunub, sahibkarları maraqlandıran suallar cavablandırılıb.
Sonra tədbir iştirakçıları Ağsu Gənc Sənətkarlar Mərkəzində yerləşən KOB dostu ofisi ilə tanış olublar. KOB dostu ofisində sahibkarlara xidmətlərin təqdim edilməsi üçün lazımi şərait yaradılıb. Burada "KOB könüllüləri" də fəaliyyət göstərir.
Daha sonra KOBİA rəhbərliyi "Ağsu aqropark"ın fəaliyyəti ilə tanış olub. Məlumat verilib ki, əkinçilik və heyvandarlıq üzrə ixtisaslaşmış aqropark 2018-ci ildən fəaliyyət göstərir. Hazırda aqroparkda 200-ə yaxın daimi işçi çalışır. Müəssisənin ərazisində toxumçuluq təsərrüfatı da fəaliyyət göstərir. "Ağsu aqropark"ın məhsulları daxili bazarın tələbatının ödənilməsinə yönəldilir. Aqroparkla tanışlıq çərçivəsində sahibkarla ehtiyaclarına və məhsulların ixrac imkanlarına dair fikir mübadiləsi də aparılıb.

EIB "Bank Respublika" və "AccessBank"ın birləşməsi ilə əldə etdiyi kompensasiyanın detallarını açıqlayıb
Azərbaycanda yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq
BOKT-un mənfəəti 5 dəfəyə yaxın artıb - Kredit portfeli 15,7 milyon manata çatıb
"PAŞA Həyat"ın ödənişləri 548 milyon manatı keçib, xalis mənfəəti artıb
"PAŞA Sığorta"da yığımlar artaraq 309 milyon manata çatıb, ödənişləri isə 131 milyon manata yaxınlaşıb
"A-Qroup"un mənfəəti 34% artıb, sığorta ödənişləri azalıb
"Xalq Həyat"ın mənfəəti artıb, sığorta ödənişləri azalıb
"İpək Yolu Sığorta"nın yığımları 75%, mənfəəti 53% artıb
Dövlət şirkətinin əmlak satışlarının müsabiqə vaxtı uzadıldı
ING: Azərbaycan Mərkəzi Bankı 2027-ci ildə uçot dərəcəsini sabit saxlayacaq
Bitcoin necə işləyir?
Fond birjası nədir?
Biznesə aid ən yaxşı 10 kitab
Biznes təlimlər və tədris üsulları
Cv hazırlayarkən nələrə diqqət yetirməliyik?