Aİ "Microsoft" və "Activision Blizzard"ın 69 milyardlıq müqaviləsini təsdiqləyib
Avropa Komissiyası (AK) "Microsoft" ilə Amerikanın video oyun tərtibatçısı "Activision Blizzard" arasındakı 68.7 milyard dollarlıq müqaviləni təsdiqləyib. Bu barədə AK-nin bazar ertəsi yaydığı məlumatda deyilir.
"Avropa Komissiyası Aİ-nin şirkətlərin birləşməsi qaydalarına uyğun olaraq, "Microsoft" Korporasiyası tərəfindən "Activision Blizzard"ın alınması təklifini təsdiq edib", – mesajda deyilir.
Tənzimləyici "Microsoft"dan iki şərti yerinə yetirməyi tələb edib. Birinci şərt Aİ-dəki bütün istehlakçılara hər hansı mövcud axın platformalarından istifadə edərək, "Activision Blizzard" oyunlarını yayımlamağa icazə verməkdən ibarətdir.
İkinci şərt isə bütün Avropa axın platformalarına "Activision Blizzard" oyunları üçün bu xidmətdən istifadə etmək hüququnun verilməsini nəzərdə tutur.
Keçən ilin yanvarında "Microsoft" dünyanın ən böyük oyun tərtibatçılarından biri olan "Activision Blizzard"ı 68.7 milyard dollara almağı planlaşdırdığını açıqlayıb. ABŞ Federal Ticarət Komissiyası sövdələşməni əngəlləməyə çalışacağına söz verib, çünki tənzimləyicinin fikrincə, "Microsoft" buraxılmış oyunların keyfiyyətinə xələl gətirəcək "Activision Blizzard" məhsullarının qiymətlərini manipulyasiya edə bilər. / banker.az

AMB: Kommersiya banklarını birləşməyə məcbur etmirik
Mərkəzi "Bank Respublika" - "AccessBank" sövdələşməsinin bank sektoruna təsirini açıqlayıb
"Bitcoin" 8 ayın maksimumuna yüksəlib - SON QİYMƏT
Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir
Bakı Biznes Mərkəzi Mədəniyyət Nazirliyinin tabeliyinə verildi - QƏRAR
AİB Direktorlar Şurasının üzvləri Gəncədə Bank Respublika-nın maliyyələşdirdiyi bizneslərlə tanış olublar
"Prior Credit" BOKT ASC nizamnamə kapitalını 48% artıraraq 3,1 milyon manata çatdırıb
Bir Azərbaycanın rəqəmsal transformasiya təcrübəsini Ər-Riyadda "Money20/20 Middle East" tədbirində təqdim edib
"Bank of America" FED-dən bu il daha iki faiz artımı gözləyir
Vergi borcu yaranan keytrinq şirkəti – MÜFLİS OLDU
Hazır biznes, yoxsa sıfırdan qurulan biznes?
Ən çox soruşulan müsahibə sualları hansılardır?
Fond birjası nədir?
Yatırım olmadan necə biznes qurmaq olar?
Kriptovalyuta məzənnəsi necə analiz olunur?