Aİ-nin anbarlarına vurulan qazın həcmi rekord səviyyədədir
Avropa İttifaqının yeraltı anbarlarına vurulan qazın həcmi oradan çıxarılan həcmləri iki dəfədən çox üstələyir və bu müddət üçün rekord göstəricini müəyyən edir.
Bu barədə "Gas Infrastructure Europe" Assosiasiyasının (Avropanın qazın nəqli sistemləri operatorları assosiasiyası) məlumatlarında bildirilib.
Dekabrın 25-nə olan məlumata görə, Aİ ölkələrindəki anbarlarında çıxarılan qazın həcmi 89 mln. kubmetr təşkil edibsə, vurulan qazın həcmi 222 mln. kubmetr səviyyəsində olub.
Avropada istilik mövsümü noyabrın 14-də başlayıb və 42 gün ərzində anbarlardan 15.31 mlrd. kubmetr qaz çıxarılıb, bu da 25 dekabr tarixinə qeydə alınan əvvəlki beş ilin ortalama göstəricisindən 31 faiz bəndi çoxdur.
Hazırda Avropadakı qaz anbarları obyektləri 83.1% doludur (son beş ilin ortalama göstəricisində 11.55 faiz bəndi çoxdur) və orada 89.94 mlrd. kubmetr qaz var. / banker.az
Vergi borcunu ödəməkdə çətinlik çəkənlərə GÜZƏŞT
2027-ci ildə Azərbaycanda vergi inzibatçılığının gücləndirilməsi ilə yanaşı, vergi ödəyicilərinə münasibətdə daha yumşaq yanaşmaların tətbiqi də nəzərdə tutulur. xəbər verir ki, bu, 2027-ci ilin dövlət büdcəsi layihəsind
Qızıl bahalaşıb, gümüş isə ucuzlaşıb
Nyu-Yorkdakı COMEX əmtəə birjasında qızılın qiymətində cüzi artım qeydə alınıb. Bir troya unsiyası üzrə dəyər 0,1% yüksələrək 4 101 ABŞ dollarına çatıb. xəbər verir ki, COMEX-də gümüş ucuzlaşıb. Bir unsiya gümüşün qiymət
Qızılın qiyməti BAHALAŞDI
"Comex" birjasında qızılın qiymətində artım qeydə alınıb. Oktyabr ayında çatdırılması nəzərdə tutulan qızıl fyuçerslərinin dəyəri mayın 14-dən sonra ilk dəfə bir trua unsiyası üçün 4 700 dollar həddini keçib. xəbə
Bu ərizəni verməyənlər 200 man cərimə olunacaq
30 gün müddətində vergi orqanında uçota alınmaq üçün ərizənin verilməməsinə görə 200 manat məbləğində maliyyə sanksiyası tətbiq ediləcək. xəbər verir ki, məsələ Milli Məclisin bugünkü iclasında müzakirə olunan Vergi Məcəlləsind