Aİ sammiti Avropa Komissiyasından qaz istehlakının normalaşdırılmasına icazə verməməyi tələb edib
Avropa İttifaqının 27 üzv dövlətinin liderləri enerji böhranı ilə mübarizə üzrə Avropa Komissiyasının (AK) təklif etdiyi yeni tədbirlər paketini təsdiq edə bilməyiblər, lakin bunun üzərində işləmək üçün "strateji göstərişlər" veriblər.
Bu barədə cümə günü Ai Sammitinin yekun bəyanatnda deyilir.
"Avropa Şurası Aİ Şurasını və Avropa Komissiyasını təcili olaraq əlavə enerji tədbirləri, eləcə də Avropa Komissiyasının daha əvvəl irəli sürdüyü təkliflər, o cümlədən onların mövcud enerji müqavilələrinə təsirinin qiymətləndirilməsi və Aİ ölkələrinin enerji balanslarının fərqli şərtlərini nəzərə alaraq konkret tədbirlər toplusunu təqdim etməyə çağırıb.", – deyə bəyanatda deyilir.
Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen mətbuat konfransında öz növbəsində bildirib ki, 27 Aİ ölkəsinin liderləri yeni tədbirlər paketi üzərində işləmək üçün "strateji göstərişlər veriblər". / banker.az
Dolların sabaha olan məzənnəsi - AÇIQLANDI
Azərbaycan Mərkəzi Bankı manatın rəsmi məzənnəsi ilə bağlı məlumat açıqlayıb. xəbər verir ki, 18 sentyabr 2026-cı il tarixindən etibarən manatın ABŞ dollarına qarşı rəsmi məzənnəsi Mərkəzi Bank tərəfindən 1,700 səviyyəsind
İstehsal sektoru çökür, xidmət sektoru dirçəlir
Almaniyanın özəl sektoru noyabr ayı üçün aşağı göstərici nümayiş etdirib. Şirkətlər həm biznes fəaliyyətində, həm də yeni sifarişlərdə daha yavaş artımlar olduğunu bildiriblər. xəbər verir ki, xidmət sektorunun fəaliyyə
Toyuq əti istehsalında kəskin artım - Necə olacaq?
Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının məlumatı: . Azərbaycan quş qripindən azad ölkə statusunda: Quşçuluq sektoru bundan nə qazanır?. Son illərdə Azərbaycanın qeyri-neft sektorunda davaml
Bu ərizəni verməyənlər 200 man cərimə olunacaq
30 gün müddətində vergi orqanında uçota alınmaq üçün ərizənin verilməməsinə görə 200 manat məbləğində maliyyə sanksiyası tətbiq ediləcək. xəbər verir ki, məsələ Milli Məclisin bugünkü iclasında müzakirə olunan Vergi Məcəlləsind