Aİ Şimali Makedoniya və Albaniya ilə üzvlük danışıqlarına başlayır
Avropa İttifaqı (Aİ) Şimali Makedoniya və Albaniya ilə bloka üzvlük danışıqlarının başladığını elan edib.
Prosesin başladığını elan edən Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen Şimali Makedoniya Baş naziri Dimitar Kovaçevski və Albaniya Baş naziri Edi Rama ilə keçirdiyi birgə mətbuat konfransında bunu "tarixi an" adlandırıb.
Von der Leyen iki ölkənin qanunun aliliyi və korrupsiyaya qarşı mübarizə islahatlarını yüksək qiymətləndirdiyini deyib və bunu liderlərin və xalqın uğuru adlandırıb.
"Şimali Makedoniya və Albaniya hökumətləri islahatları təkcə Aİ-yə daxil olmaq üçün deyil, ölkələri üçün xeyirli olduğuna və artıq xalq üçün daha yaxşı həyat keyfiyyəti təmin etdiyinə görə həyata keçirib", – o qeyd edib.
Xatırladaq ki, Şimali Makedoniya 2005-ci ildə Aİ-yə namizəd olub, Albaniyaya isə 2014-cü ildə bu status verilib. Danışıqlar prosesi Şimali Makedoniya ilə Bolqarıstan arasında dil və tarixi məsələlərlə bağlı mübahisə səbəbindən 2020-ci ildən dayandırılıb.
Paytaxtda mənzillərin qiyməti artır? - VİDEO
Daşınmaz əmlak bazarında qiymət artımı davam edir. -ın "Xəzər" TV-yə istinadən yaydığı məlumata görə, əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, bahalaşma xüsusilə sahəsi kiçik olan mənzillərd
Qaz ödənişləri ilə bağlı YENİLİK
İstifadə olunan təbii qazın ödənişi ilə bağlı yeni qayda tətbiq ediləcək. xəbər verir ki, abonentlər qaz sərfiyyatının dəyərini artıq POS-terminallar vasitəsilə də ödəyə biləcəklər. Beləliklə, istifadə edilmiş qazın haqq
Media subyektləri üçün vergi güzəştinin müddəti uzadılır
Azərbaycanda media subyektləri üçün vergi güzəştinin müddəti daha 3 il uzadılır. xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb. Vergi Məcəlləsinə təklif edilən dəyişiklik zamanı əksini tapıb
Bu tarixlərdə ardıcıl olaraq 4 gün İŞ OLMAYACAQ
Azərbaycanda noyabr ayında ardıcıl 4 gün qeyri-iş günü olacaq. xəbər verir ki, 8 Noyabr Zəfər Günü, 9 Noyabr isə Dövlət Bayrağı Günüdür. Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin müvafiq qərarlarına əsasən, 8 Noyabr baza
Neft bahalaşdı
Dünya bazarlarında "Azeri Light" (CIF) markalı neft bahalaşıb. xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,02 ABŞ dolları və ya 0,03% artaraq 67,69 ABŞ dollarına bərabər olub. Qeyd edək ki, ötə
Qızıl bahalaşıb, gümüş isə ucuzlaşıb
Nyu-Yorkdakı COMEX əmtəə birjasında qızılın qiymətində cüzi artım qeydə alınıb. Bir troya unsiyası üzrə dəyər 0,1% yüksələrək 4 101 ABŞ dollarına çatıb. xəbər verir ki, COMEX-də gümüş ucuzlaşıb. Bir unsiya gümüşün qiymət