Aİ Şurası Xorvatiyanın Avrozonaya daxil olmasını təsdiqləyib
Avropa İttifaqı (Aİ) Şurası iqtisadiyyat və maliyyə nazirləri səviyyəsində Xorvatiyanın 2023-cü il yanvarın 1-dən Avrozonaya daxil olması ilə bağlı qərarı təsdiqləyib.
Bu barədə Aİ Şurasının mətbuat xidmətinin yaydığı məlumatda deyilir.
"Aİ Şurası zəruri hüquqi aktları qəbul edib. Xorvatiya Aİ-nin Avrozonaya daxil olan 20-ci ölkəsi olacaq", – sənəddə deyilir.
Bundan əvvəl bu qərar iyunun 24-də Aİ sammitində və iyulun 5-də Avropa Parlamentində təsdiqlənmişdi. /banker.az
Bu il 20,75 milyon ton həcmində neft ixrac edilib
Bu il 20,75 milyon ton həcmində neft ixrac edilib. Göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə təxminən 180 min ton və ya 0,9% çoxdur. xəbər verir ki, bu barədə Dövlət Gpmrük Komitəsinə istinadən xəbər verir. 2024-c
ABŞ-da işsizlik sığortası müraciətləri azalıb
ABŞ-da işsizlik sığortası üçün müraciətlərin sayı bitən həftə ərzində 220.00-ə çatıb ki, bu da əvvəlki həftə ilə müqayisədə 8.00 azalma deməkdir. xəbər verir ki, dörd həftəlik hərəkətli orta göstərici 3.00 azalaraq 224.250-y
Almaniya Azərbaycandan neft alışını artırıb
Azərbaycan Almaniyaya 956 min 716,48 ton xam neft ixrac edib. xəbər verir ki, bu mövcud ilin yanvar-oktyabr aylarına dair göstəricilərdir. İxrac olunmuş məhsulun miqdarı 2024-cü ilin 10 ayı ilə müqayisədə 9,3 % çox, dəyər
Neft ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşıb. xəbər verir ki, dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan neftinin qiyməti azalıb. Belə ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,18 ABŞ dolları azalaraq 66,51 AB