"Alliance Business Centre"nin əməliyyat mənfəəti - AŞAĞI DÜŞÜB - HESABAT
"Alliance Business Centre" QSC 2022-ci il üzrə maliyyə hesabatlarını açıqlayıb.
"AS Group Investment"in gəlirlərİ və mənfəəti - MƏLUM OLDU - HESABAT
FED.az şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, 2022-ci ildə "Alliance Business Centre" QSC-nin xalis mənfəəti 38 min 331 manat təşkil edib. Bu əvvəlki illə müqayisədə 19 min 793 manat və ya 2,1 dəfə çoxdur. 2021-ci ildə şirkət 18 min 538 manat xalis mənfəət əldə etmişdi. Şirkət 9,3 min manat mənfəət vergisi ödəyib.
Hesabat dövründə şirkətin əsas əməliyyat gəlirləri əvvəlki illə müqayisədə 52,5 min manat və ya 25.4% artaraq 259,2 min manata, satışın maya dəyəri isə 61,9 min manat və ya 50,5% artaraq 184,6 min manata yüksəlib. Bu dövrdə şirkətin ümumi gəlirləri 74,5 min manat olub ki, bu da illik müqayisədə 9,5 min manat və ya 11,3% azdır.
Şirkət 76 min manat əməliyyat mənfəəti əldə edib ki, bu da 2021-ci illə müqayisədə 16,9 min manat və ya 18,2% azdır. 2022-ci ildə şirkətin cəmi aktivləri 1 milyon 707,1 min manat təşkil edib. Akitvlər son bir ildə 1 milyon 278.4 min manat və ya 4 dəfə artıb.
Cəmi öhdəlikləri isə 272 dəfə və ya 1 milyon 255,4 min manat artaraq 1 milyon 260.1 min manat təşkil edib. "
Alliance Business Centre" QSC-nin balans kapitalı 01.01.2023 tarixinə 447 min manat olub ki, bu da illik müqayisədə 23 min manat və ya 5,4% çoxdur.
Hesabat dövründə şirkətin bölüşdürülməmiş mənfəətinin həcmi 13,8 min manat olub ki, bu da əvvəlki illə müqayisədə 3,2 min manat (30,1%) çoxdur.

EIB "Bank Respublika" və "AccessBank"ın birləşməsi ilə əldə etdiyi kompensasiyanın detallarını açıqlayıb
Azərbaycanda yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq
BOKT-un mənfəəti 5 dəfəyə yaxın artıb - Kredit portfeli 15,7 milyon manata çatıb
"PAŞA Həyat"ın ödənişləri 548 milyon manatı keçib, xalis mənfəəti artıb
"PAŞA Sığorta"da yığımlar artaraq 309 milyon manata çatıb, ödənişləri isə 131 milyon manata yaxınlaşıb
"A-Qroup"un mənfəəti 34% artıb, sığorta ödənişləri azalıb
"Xalq Həyat"ın mənfəəti artıb, sığorta ödənişləri azalıb
"İpək Yolu Sığorta"nın yığımları 75%, mənfəəti 53% artıb
Dövlət şirkətinin əmlak satışlarının müsabiqə vaxtı uzadıldı
ING: Azərbaycan Mərkəzi Bankı 2027-ci ildə uçot dərəcəsini sabit saxlayacaq
Hazır bizneslərdə ən çox edilən 5 səhv
Onlayn mağazalarda edilən TOP-5 səhvlər nələrdir?
IMEI kod nədir?
SMM nədir?
Biznes nədir və hansı növləri var?