Almaniyada 3.4 milyon insan heç vaxt internetdən istifadə etməyib
Almaniyada 16-74 yaş arası insanların demək olar ki, 6 faizi internetdən istifadə etmir. Bu isə 3,4 milyon insan deməkdir.
Bu barədə Federal Statistika İdarəsi ötən il kommunikasiya sektorunda istifadəçilərin davranışı ilə bağlı sorğulara istinad edərək məlumat yayıb.
Müvafiq olaraq, "oflayn" olanların nisbəti ən çox 65-74 yaşlılar qrupunda olub. Federal İdarənin məlumatına görə, onların altıda biri və ya 17 faizi heç vaxt internetdən istifadə etməyib. Bunun əksinə olaraq, 45 yaşdan aşağı olanlar üçün bu nisbət 2 faizdən az olub.
Ümumilikdə, Almaniya internetdən istifadə etməyənlərin sayına görə Aİ ortalamasından bir qədər aşağıdadır. Bununla belə, Aİ-yə üzv dövlətlər arasında böyük fərqlər var. Belə ki, Yunanıstan və Portuqaliyada bu rəqəm 14 faiz olduğu halda, İsveçdə yalnız 1 faiz "oflayn"dır.
Federal İdarənin BMT-nin Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) hesablamalarına istinadən verdiyi məlumata görə, 2022-ci ildə dünya əhalisinin təxminən üçdə biri internetdən məhrumdur. Bu, isə onlayn olmayan 2,7 milyard insana bərabərdir. / banker.az
Azərbaycan nefti ucuzlaşdı
"Azeri Light" markalı neft ucuzlaşıb. xəbər verir ki, dünya bazarında Azərbaycan neftinin 1 barelinin qiyməti 4.27 ABŞ dolları və ya 3.48% azalaraq 118.22 ABŞ dolları təşkil edib. Xatırladaq ki, neftimizin əvvəlk
Azərbaycanda "İşçilərin Ezamiyyə Qaydaları" dəyişib
Maliyyə Nazirliyinin Kollegiyası 18 yanvar 2012-ci il tarixli qərarı ilə təsdiq edilmiş "İşçilərin Ezamiyyə Qaydaları"nda dəyişiklik edib. Bununla bağlı nazir Sahil Babayev yeni qərar imzalayıb. Qərara əsasən, bunda
Startaplar üçün yeni vergi güzəştləri olacaq
2027-ci il yanvarın 1-dən 10 il müddətinə iştirak payı və ya səhm mikro və kiçik sahibkarlıq subyekti olan "Startap" şəhadətnaməsi və ya texnologiyalar parkının qeydiyyat şəhadətnaməsini almış və digər fəaliyyətl
Qızıl bahalaşıb, gümüş isə ucuzlaşıb
Nyu-Yorkdakı COMEX əmtəə birjasında qızılın qiymətində cüzi artım qeydə alınıb. Bir troya unsiyası üzrə dəyər 0,1% yüksələrək 4 101 ABŞ dollarına çatıb. xəbər verir ki, COMEX-də gümüş ucuzlaşıb. Bir unsiya gümüşün qiymət
Bu şəxslərin pensiyası ARTIRILDI
1300-dən çox işləyən pensiyaçının pensiyası 6 il işlədikdən sonra proaktiv qaydada yenidən hesablanaraq artırılıb. xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. Bildirilib ki, yaşa gör