Almaniyanın sabiq kansleri Bundestaqı məhkəməyə verdi
Almaniyanın sabiq kansleri Gerhard Şröder Bundestaqı məhkəməyə verib.
KONKRET.az xəbər verir ki, bu barədə "Die Welt" qəzeti məlumat yayıb.
Bildirilir ki, o, may ayında məhrum olduğu xüsusi imtiyazların bərpası üçün ölkə parlamentini məhkəməyə verməyi qərara alıb.
Keçmiş kansler parlamentdəki ofisini, eləcə də kadrlarını geri qaytarmaq istəyir.
Qeyd edək ki, mayın 18-də Bundestaq keçmiş kanslerin Rusiya enerji korporasiyalarında rəhbər vəzifələrindən getmək istəməməsi səbəbindən ofisinin saxlanması üçün ayrılan vəsaiti azaltmaq qərarına gəlib. Sabiq kansleri Bundestaqa qarşı iddiasında bu qərarın qanunsuz olduğu bildirib.
Mətbuatın yazdığına görə, keçmiş kanslerin ofisinin saxlanması təxminən 400 min avroya başa gəlib. Bəzi işçilər Gerhard Şröderin Rusiya ilə əlaqələri olduğuna görə könüllü olaraq ofisini tərk edib. Bundestaqın qərarından dərhal sonra, mayın 20-də keçmiş kansler "Rosneft"in direktorlar şurasından çıxdığını elan edib.
İqbal Rzayev,
KONKRET.az

Bitkoin ucuzlaşıb - SON QİYMƏT
İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbər şəxslərini qəbul edib - FOTOLAR
ATİB heyəti Türkiyə səfiri ilə aqrar sahədə əməkdaşlığı müzakirə edib – FOTOLAR
Expressbank sahibkarlara 100 000 AZN-dək mikro kredit təklif edir ®
BOKT İsmayıllıda filialını açır
KASKO-da yığımlar cəmi 1,6% artıb, ödənişlər 26% yüksəlib
BƏƏ Mərkəzi Bankı "Bank Melli İran"ın filiallarına qarşı tədbir görüb
İstehsalat qəzaları üzrə icbari sığorta yığımları 25 milyon manat azalıb
Bank hesabdan xəbərsiz pul çıxara bilərmi? – Akseptsiz tutulmanın qaydaları - MÜSAHİBƏ
Hər 100 manat yığıma 80 manat ödəniş – İcbari avtosığortada diqqətçəkən rəqəm
CV hazırlayarkən buraxılan 5 səhv
"Coca-Cola" haqqında 5 maraqlı fakt
Milyonlar qazandıran qəribə biznes ideyaları
Dünyanın ən bahalı restoranları
Xaricdə freelancer tapmaq üçün TOP-5 sayt