"Amazon" feysbuk sosial şəbəkəsində 10 min qrupun administratorlarını məhkəməyə verib
"Amazon" şirkəti feysbuk sosial şəbəkəsində 10 mindən çox qrupun administratorlarına qarşı iddia qaldırıb. Şirkət onları pul və ya pulsuz məhsullar müqabilində saxta icmalların əlaqələndirilməsində ittiham edir.
"Amazon" şirkətinin nümayəndələri iyulun 19-da şirkətin veb-saytında bu barədə məlumat yerləşdiriblər. Həmin məlumatda bildirilir ki, feysbuk qrupları ABŞ, Böyük Britaniya, Almaniya, Fransa, İtaliya, İspaniya və Yaponiyadakı mağazalar haqqında "stimullaşdırıcı və ya çaşdırıcı rəylər dərc etmək istəyən" adamları toplamaq üçün yaradılıb.
Saxta rəylər problemi istər "Amazon" üçün, istərsə də bütövlükdə onlayn kommersiya üçün təzə problem deyil. "Amazon" şirkəti özü daha əvvəl, onun sözlərinə görə, saxta rəylər təklif edən bəzi adamları məhkəməyə verib. Hərçənd, qanunvericilər və tənzimləyici orqanlar soruşurlar: şirkət bu problemə qarşı mübarizə aparmaq üçün kifayət qədər çalışırmı?
Keçən il Böyük Britaniyanın antiinhisar orqanları alıcıların qorunması üçün quql şirkəti və internet mağaza tərəfindən adekvat tədbirlər görülüb-görülmədiyini təhqiq etməyə başlayıblar.
"Amazon" şirkətinin bəyanatında bildirilir ki, "Facebook" hədəf qruplarından birinin 43 mindən çox iştirakçısı var. Bu qrupun rəhbərliyi 2020-ci ildən bəri feysbuk "ana şirkəti olan "Meta"nın müvafiq departamentlərinə 10 mindən çox saxta rəy qrupu barədə məlumat verib. "Amazon" nümayəndələrinin sözlərinə görə, "Meta" şirkəti həmin qrupların yarısını kənarlaşdırıb, digər qruplar barəsində təhqiqat aparılır.

ATİB heyəti Türkiyə səfiri ilə aqrar sahədə əməkdaşlığı müzakirə edib – FOTOLAR
İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbər şəxslərini qəbul edib - FOTOLAR
KASKO-da yığımlar cəmi 1,6% artıb, ödənişlər 26% yüksəlib
İstehsalat qəzaları üzrə icbari sığorta yığımları 25 milyon manat azalıb
BƏƏ Mərkəzi Bankı "Bank Melli İran"ın filiallarına qarşı tədbir görüb
Ziraat Bank Azərbaycan yeni premium kartını təqdim etdi ®
"Unicapital"dan investisiyaya başlayanlar üçün kampaniya : Səhm və kriptovalyutalara 0% komissiya
Yük sığortası üzrə ödənişlər 53% artıb
Azərbaycan banklarının xalis mənfəəti 1 milyard manata yaxınlaşdı – 8 ayda 23%-lik artım
Hər 100 manat yığıma 80 manat ödəniş – İcbari avtosığortada diqqətçəkən rəqəm
Ən çox soruşulan müsahibə sualları hansılardır?
İnstaqramda biznes qurmağın yolları
ChatGPT nədir və ChatGPT necə istifadə edilir?
Elon Musk kimdir?
Startup nədir və necə olur?