Amazon və eBay üzərindən milli kəlağayıların ilk satışı həyata keçirildi
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) operatoru olduğu Azexport.az internet portalı və "Azərbaycan Sənaye Korporasiyası" ASC-nin törəmə müəssisəsi olan "Azəripək" MMC-nin birgə əməkdaşlığı ilə "Amazon" və "eBay" platformalarından Azərbaycanın milli kəlağayılarının Amerika və Avropa ölkələrinə ilk satışı həyata keçirilib.
Azexport portalının rəhəbəri Ayxan Qədəşov bildirir ki, bu kateqoriyadan olan məhsulların satışı əsasən payız - qış aylarına təsadüf etdiyindən növbəti aylarda sifarişlərin artması gözlənilir. Əməkdaşlıq çərçivəsində ilkin olaraq sadalanan platformalarda sınaq məqsədilə on çeşiddə kəlağayı məhsulu satışa çıxarılıb. Məhsula olan marağı nəzərə alaraq nümayiş olunan məhsul çeşidinin artırılması nəzərdə tutulub.
Qeyd edək ki, Azərbaycan kəlağayı sənətinin 2014-cü ilin noyabrında UNESCO-nun qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına daxil edilməsindən sonra kəlağayıya olan maraq daha da artıb.

"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"
"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri
Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək
Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var
Ev şəraitində pul qazanmağın yolları
McDonalds haqqında maraqlı faktlar
Xaricdə freelancer tapmaq üçün TOP-5 sayt
Dünyanın ən varlı 10 adamı
Ən çox soruşulan müsahibə sualları hansılardır?