AMEA Prezident İlham Əliyevə təşəkkür edib

AMEA Prezident İlham Əliyevə təşəkkür edibAzərbaycan Milli Elmlər Akademiyasının (AMEA) rəhbərliyi və kollektivi ölkədə elm və təhsilin inteqrasiyasının yeni mərhələyə qədəm qoyması baxımından geniş imkanlar açan Fərmana görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə öz dərin minnətdarlığını bildirib.
Bu barədə AMEA-nın yaydığı açıqlamada qeyd olunub.
Məlumatda bildirilib ki, Prezident İlham Əliyevin Fərmanı elm və təhsil ictimaiyyəti qarşısında yeni vəzifələr müəyyənləşdirir:
"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında" 28 iyul 2022-ci il tarixli Fərman imzalamışdır. Fərmanda elm və təhsilin qarşılıqlı əlaqəsinin möhkəmləndirilməsi və bu sahələrdə idarəetmənin təkmilləşdirilməsi məqsədilə mühüm struktur dəyişiklikləri yer almışdır.
İstər müasir dünyanın çağırışları, istərsə də ölkənin yeni sosial-iqtisadi reallıqları kontekstində strateji əhəmiyyətə malik elm və təhsilin müasir tələblər səviyyəsində inkişafı baxımından Fərman olduqca mühüm əhəmiyyətə malikdir. Belə ki, dünyanın inkişaf etmiş ölkələrinin təcrübəsi göstərir ki, müasir dövrdə bütün istiqamətlərdə həyata keçirilən strategiyaların, cəmiyyətin inkişafına təsir edən siyasi, sosial-iqtisadi, mədəni, meqalayihə və konsepsiyaların, innovasiya ekosistemlərinin əsasında, istisnasız olaraq, elmin və təhsilin inkişafı, o cümlədən yüksəkhazırlıqlı kadr potensialı dayanır. Odur ki, ölkədə yeni reallığın yarandığı hazırkı şəraitdə elmi potensialın inkişafı strateji əhəmiyyət daşıyır. Məhz bunun nəticəsidir ki, son on ildə sürətlə inkişaf edərək regionun lider dövlətinə çevrilən Azərbaycanda elmi fəaliyyət sahəsində mühüm nailiyyətlər əldə edilmişdir. Heç də təsadüfi deyildir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 22 iyul 2022-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nda son 10 ildə əldə edilmiş əsas nailiyyətlərdən biri kimi, elmi fəaliyyət sahəsində olan uğurlar xüsusi olaraq qeyd edilmişdir. Sənəddə göstərilir ki, son 10 ildə "elmi tədqiqat potensialı müasirləşdirilmiş, tətbiqyönlü tədqiqatların aparılması genişləndirilmiş, müasir texnologiyaların tətbiqi imkanları yaranmış və bu prosesdə əqli mülkiyyətin rolu artırılmışdır.
Elmin müxtəlif sahələri üzrə tədqiqatlara dair nəşrlərin sayı sürətlə artmışdır. Son 5 ildə akademik nəşrlərin sayı 80% artmış və Cənubi Qafqaz ölkələri arasında Azərbaycan bu göstərici üzrə 2018-ci ildən etibarən hər il mütəmadi olaraq birinci yerdə qərarlaşmışdır. Son 4 ildə əqli mülkiyyət sahəsində institusional islahat nəticəsində Qlobal Rəqabətlilik İndeksində ölkəmiz "Əqli mülkiyyətin qorunması" göstəricisi üzrə 140 ölkə sırasında 71-ci yerdən 30-cu yerə irəliləmiş, yaradıcı iqtisadiyyatın ÜDM-dəki payı 3,5%-dən 5,3%-ə yüksəlmişdir".
Cənab Prezident İlham Əliyev tərəfindən təsdiq edilmiş Strategiyada əksini tapmış bu nailiyyətlər son 10 ildə dövlətin elmi fəaliyyət sahəsində həyata keçirdiyi siyasətin nəticəsi olaraq Azərbaycan alimlərinin gərgin əməyi və səyi hesabına mümkün olmuşdur.
Bütün bunlarla yanaşı, onu da qeyd etmək lazımdır ki, zəngin ənənələrə, güclü elmi potensiala malik Azərbaycan elminin və təhsilinin dövlətin sosial-iqtisadi inkişafında daha yaxından iştirakının təmin edilməsi və modernləşdirilməsi üçün idarəetmənin optimallaşdırılması və strukturun təkmilləşdirilməsi istiqamətində konkret tədbirlərin həyata keçirilməsi hazırda qarşıda duran əsas vəzifələrdəndir. Belə ki, elmin cəmiyyətin və dövlətin inkişafının fundamental əsaslarından biri kimi rolu və əhəmiyyətinin yeni yanaşmalar və çağırışlar baxımından dərk olunması üçün qarşıda həyata keçirilməsi zəruri olan xeyli vəzifələr vardır.
Son illər Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin mühüm istiqamətlərindən birini idarəetmə sisteminin optimallaşdırılması, şəffaflığın artırılması, yeni idarəetmə mexanizmlərinin tətbiqi və kadrlardan daha səmərəli istifadə edilməsi kimi kompleks yeniliklər təşkil edir. Bu islahatların əsas məqsədi ölkənin siyasi, iqtisadi və mədəni həyatının əsaslı şəkildə modernləşdirilməsidir. Belə bir şəraitdə elmi fəaliyyət sahəsində struktur islahatları, elm və təhsili vahid sistemdə birləşdirən dövlət tənzimlənməsinin həyata keçirilməsi, elmi istiqamətlərin müasir dövrün tələblərinə uyğunlaşdırılması, elmin nəticəliliyinə, milli və dövlətçilik mənafelərinə uyğunluğu, kadr təminatı və sair sahələrdə köklü və konseptual islahatların aparılması vacib idi.
Bu baxımdan Fərman mövcud reallıqlar nəzərə alınaraq, Azərbaycan elminin strukturunun, əsasən, ölkə maraqlarına uyğun olaraq çevik və səmərəli formalarda yenidən təşkili zərurətindən irəli gələrək olduqca mühüm funksional əhəmiyyətə malikdir. Heç şübhəsiz ki, Fərman elmi fəaliyyət sahəsində əlaqələndirmə, koordinasiya və qiymətləndirmənin gerçəkləşdirilməsinə nail olunması, bu sahənin struktur və idarəetmə baxımından əsaslı olaraq təkmilləşdirilməsində ciddi rol oynayacaqdır.
Cənab Prezidentin bu Fərmanı səksən ilə yaxın olduqca şərəfli bir inkişaf yolu keçmiş, mövcud olduğu bütün dövrlərdə ölkənin sosial-iqtisadi və mədəni-mənəvi inkişafına mühüm töhfələr vermiş Azərbaycan Milli Elmlər Akademiyasının müasir şəraitdə yeni tərəqqi mərhələsinə daxil olması baxımından mühüm rola malikdir. İndi AMEA-nın üzvləri, onun respublika elmi potensialının əsas hissəsini təşkil edən ziyalı ordusu Akademiyanın modernləşməsi üçün Fərmanda qarşıya qoyulan vəzifələrin icrası istiqamətində bütün səylərini birləşdirməlidirlər.
Fərman respublikanın elm və təhsil ictimaiyyəti qarşısında yeni, olduqca mühüm vəzifələr müəyyənləşdirir. Vəzifəsindən, yaşından asılı olmayaraq respublikanın elm və təhsil sahəsində çalışan əməkdaşları bu vəzifələrin həyata keçirilməsi üçün bütün səylərini, intellektual potensialını, inzibati-təşkilati, mənəvi-ideoloji resurslarını birləşdirməli, cənab Prezidentin rəhbərlik etdiyi dövlət siyasətinin həyata keçirilməsində daha yaxından iştirak etməlidirlər".

Maraqlı     Tarix: 18 sentyabr 2022

Oxşar xəbərlər

Yuan yüksəlişdədir: geosiyasət qlobal maliyyə sistemini necə dəyişir

Getdikcə daha çox ölkə Çinin ödəniş infrastrukturundan istifadə etməyə başlayır. Qorxulu və qeyri-sabit dünyada insanı bəzən yalnız "ruha rahatlıq verən yemək" sakitləşdirə bilir. Honkonqdakı Tasty Congee &

Hörmüz böhranı: qlobal enerji bazarı İrandakı müharibə səbəbindən bir milyard barel neft itirəcək

Lozannada keçirilən "FT Commodities Global Summit" sammitində xammal bazarının liderləri belə qənaətə gəliblər ki, Hörmüz boğazının bağlanmasının nəticələri uzun müddət hiss olunacaq və zəncirvari təsir artıq qloba

Warren Baffetdən məsləhət: vecinə almamağın sənəti — xoşbəxt həyat üçün 5 sadə yol

Warren Baffet maliyyə dahisi kimi tanınır, amma onun əsl üstünlüyü heç vaxt yalnız intellektində olmayıb. Onu fərqləndirən əsas cəhət xarakteri və daxili tarazlığı olub. O, Uoll-Stritin səs-küyü əvəzinə Omahada sakit həyat

Araşdırma göstərir: ChatGPT daha sürətli öyrənməyə kömək edə bilər — lakin bir "amma" var

Yeni araşdırmaya görə, süni intellekt çat-botları "kognitiv qoltuq ağacı" rolunu oynayaraq məlumatın yadda qalmasını zəiflədə bilər. Tədqiqat Rio-de-Janeyro Federal Universitetinin süni intellekt üzrə eksperti Andr

Çin beyinlə kompüter arasında əlaqə yaradan dünyanın ilk invaziv çipini təsdiqləyib — bundan sonra nə olacaq?

Ölkə beyin implantları sahəsində dünya liderinə çevrilməyə çalışır. Güclü dövlət dəstəyinin bu prosesi sürətləndirəcəyi gözlənilir. Ötən ilin oktyabrında bir gün Çinin Henan əyalətindəki evinin həyətində oturan Dun Huey nəs

Donald Tramp ABŞ iqtisadiyyatına neçəyə başa gəlir? — The Economist

Donald Trampın Ağ evə qayıdışından sonra ABŞ iqtisadiyyatı inkişaf etmiş ölkələrin əksəriyyətindən daha güclü görünməyə davam edib. 2025-ci ildə ABŞ ÜDM-i 2,1% artdığı halda, Böyük Britaniya, Fransa və Yaponiya iqtisadiyyatlar

İnteqrasiyanın gücü: niyə yaradıcı insanlar tək bir yol seçməkdə çətinlik çəkirlər

Bir çox insan sanki həyatda aydın və tək bir trayektoriya ilə irəliləyir. Onların bir peşəsi olur və bu peşə çox vaxt şəxsiyyətlərinin mühüm hissəsinə çevrilir. Amma bir çoxumuz üçün vəziyyət belə deyil. Bizi tez-tez müxtəli

Görüləcək işlər borc deyil, töhfədir: işlərin öhdəsindən gəlməyin zərif yolu

Görüləcək işlər siyahısı seçim edə biləcəyiniz menyudur, davranış elmləri üzrə mütəxəssis Denni Kenni deyir. Bazar günü axşamdır. Qarşıdakı həftə üçün görüləcək işlər siyahıma baxıram və tanış ağırlıq hissi sinəmə çökür

Dünya iqtisadiyyatı gözlədiyimizdən daha dayanıqlı olub

Trampın tarifləri bir çoxlarının gözlədiyi kimi güclü qarşılıqlı reaksiyaya səbəb olmadı. 2025-ci il qlobal ticarətin dağılması ili olmadı. Lakin ticarət dəyişdi — mürəkkəb və qeyri-bərabər şəkildə:. bəzi dəyişikliklər müvəqqətidi


iqtisadi xeberler rubl mezenne bitcoin qiymeti bank faizleri biznes xeberleri