"Amerikadan al"dan "Amerikaya əlvida"ya qədər

ABŞ investorları inkişaf etməkdə olan bazarlara, Avropaya və Yaponiyaya üz tuturlar. Dolların zəifləməsi xarici bazarları ABŞ investorları üçün daha cəlbedici edir.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, LSEG/Lipper məlumatlarına görə, ABŞ investorları son altı ayda ABŞ səhm aktivlərindən təxminən 75 milyard dollar çıxarıblar; bunun 52 milyard dolları 2026-cı ilin əvvəlindən etibarən baş verib ki, bu da 2010-cu ildən bəri ilin ilk səkkiz həftəsində müşahidə olunan ən yüksək məbləğdir.
ABŞ investorları, böyük texnologiya şirkətlərinin gəlirliliyi azaldıqca və daha yaxşı fəaliyyət göstərən xarici bazarlar daha cəlbedici hala gəldikcə, ən azı 16 ildə ən sürətli templə öz fond bazarlarından pul çıxarırlar.
"Reuters"in məlumatına görə, bu dəyişiklik dolların digər valyutalara nisbətən zəifləməsinə baxmayaraq baş verir və bu da ABŞ investorları üçün xaricdən aktiv alışını daha baha edir. Bu, göstərir ki, son bir ildə bəzi beynəlxalq investorlar ABŞ aktivlərindən uzaqlaşmaqla diversifikasiya etdikləri kimi, artıq ABŞ investorları da bu üsula keçməyə başlayıblar. 
2009-cu ildə qlobal maliyyə böhranının bitməsindən bəri, "Amerikanı al" strategiyası həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə investorları mükafatlandırıb və güclü iqtisadiyyat, mənfəət artımı və texnologiya sektorundakı dominantlıq sayəsində ABŞ səhmlərində fövqəladə artımlara səbəb olub.
Bu yaxınlarda isə süni intellekt bumu S&P 500 indeksini (.SPX) artırdı.
Keçən il rekord səviyyələrə çatan bu vəziyyət, ABŞ Prezidenti Donald Trampın ticarət siyasəti və diplomatiyasına gözlənilməz yanaşmasına, eləcə də Federal Ehtiyat Sisteminin müstəqilliyini zəiflətmək cəhdlərinə qarşı güclü bir bufer rolunu oynadı. Yəni həmin hadisələrin mənfi təsirini bir qədər azaltdı. 
Süni intellektin təsiri
Lakin, süni intellect sənayesiin potensial riskləri və xərcləri ilə bağlı narahatlıqlar artdıqca, Wall Street-də səhmlərinin cəlbediciliyi azalıb. İndiyə qədər mənfəətə liderlik edən ABŞ-ın böyük texnologiya şirkətlərinin səhmlərinin dəyərinin artması investorları daha seçici edir və bir çox investor başqa yerlərdə daha cəlbedici imkanlar görür.
Fevral ayında "Bank of America" fond menecerlərinin apardığı sorğuya görə, investorlar ABŞ səhmlərindən inkişaf etməkdə olan bazar səhmlərinə son beş ildə ən sürətli keçidi göstəriblər.
UBS-in Avropa səhm strategiyası və qlobal törəmə maliyyə alətləri strategiyası üzrə rəhbəri Gerry Fowler dedi: Bu il ABŞ-dakı aktivlərin idarə edilməsi bölməmizlə çoxlu söhbətlər etdim. Onların hamısı xaricə daha çox investisiya qoymaqdan danışır, çünki ilin sonunda xarici bazarların göstəricilərinə dollar ifadəsində baxıb Vay, fürsətləri əldən verirəm deyə düşündülər".
LSEG/Lipper məlumatlarına görə, ABŞ investorları bu il indiyə qədər inkişaf etməkdə olan bazarların səhmlərinə təxminən 26 milyard dollar investisiya qoyublar; vəsaitlərin ən çox axdığı ölkə 2,8 milyard dollarla Cənubi Koreya, ardınca isə 1,2 milyard dollarla Braziliya gəlir.
Trampın siyasəti nəticəsində ötən ilin yanvar ayından bəri dolların valyuta səbətinə nisbətən 10 faiz ucuzlaşması olub. Bu, xaricdə imkanlar axtaran ABŞ investorları üçün əlverişsiz olsa da, daha yaxşı fəaliyyət göstərən xarici bazarlardan dollarla ifadə olunmuş dividendləri də artıracaq.
Məsələ bundadır ki, son 12 ayda ABŞ-ın özündə olan S&P 500 təxminən 14 faiz artıb. Dollar ifadəsində Tokio Nikkei indeksi isə 43 faiz, Avropa STOXX 600 (.STOXX) indeksi isə 14 faiz artıb.
Şanxayın CSI 300 indeksi (.CSI300) 26 faiz artaraq 23 faiz gəlir əldə edib, Seulun KOSPI indeksi isə ikiqat dəyər qazanıb.
İnvestorlar həmçinin "Nvidia", "Meta" və "Microsoft" kimi süni intellekt nəhənglərinin səhmlərinin dayanmadan artmasını yenidən qiymətləndirirlər.
İndi onlar ənənəvi sənaye şirkətlərində və Almaniya, Böyük Britaniya, İsveçrə və ya Yaponiya kimi bəzi xarici fond bazarlarında cəmləşmiş müdafiə səhmlərində "dəyər" axtarırlar.

İnvestisiya     Tarix: 22 fevral 2026

Oxşar xəbərlər

II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda sənədlər mübadilə edilib - FOTOLAR

İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış sənədlərin sentyabrın 26-da Prezident İlham Əliyevin iştirakı ilə mübadiləsi mərasimi olub. xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məluma

Füzuliyə 9 ayda 125 milyon manata yaxın investisiya yatırılıb

Bu ilin yanvar-sentyabr aylarında Füzuli şəhəri üzrə əsas kapitala 124 milyon 607,9 min manat investisiya yatırılıb. "Qarabağda bərpa və yenidənqurmaya dövlət büdcəsindən indiyədək 25.5 milyard manat ayrılıb". b

AİH-nin idarəetməsində olan şirkətlər 2026-cı ilin ilk yarısında yüksək artım və ixrac göstəriciləri - NÜMAYİŞ ETDİRİB

"Azər-Türk Bank" ASC-nin xalis mənfəəti 50%, "Azəralüminium" MMC-nin ixracı 46%, "Azərpambıq Aqrar Sənaye Kompleksi" MMC-nin ixracı isə 75%-dən çox artıb. xəbər verir ki, Azərbaycan İnvestisiy

Azərbaycan iqtisadiyyatına yatırımlar 19%-dən çox artıb

2026-cı ilin yanvar-fevral aylarında əsas kapitala 2 milyard 436,4 milyon manat məbləğində və ya ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 19,4 faiz çox investisiya yönəldilib. "Azərcell", "Bakcell"

Rusiyanın Azərbaycana yatırdığı investisiyanın 27 faizi neft-qaz sektorunun payına düşüb

2026-cı il aprelin 1-nə olan məlumata görə, Azərbaycanda Rusiya kapitalı ilə 2100-dən çox kommersiya qurumu qeydiyyatdan keçib, onlardan 1400-dən çoxu aktiv fəaliyyət göstərir. Azərbaycana ən çox investisiya edən ölkələ

Ölkə iqtisadiyyatına investisiya qoyuluşu 15% artıb

2026-cı ilin yanvar-mart aylarında Azərbaycanda əsas kapitala 4 milyard 049,8 milyon manat investisiya yönəldilib. Azərbaycana ən çox investisiya edən ölkələr açıqlanıb.  biznes və maliyyə xəbərləri portalı bu barədə Dövlə

Azərbaycan-Qırğız İnvestisiya Fondunun vəsaitlərinin artırılması barədə qərar qəbul olunub

Azərbaycan-Qırğız İnvestisiya Fondunun vəsaitlərinin artırılması barədə qərar qəbul olunub. xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Çolpon-Ata şəhərində keçirilən Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şuranı

"Laos tərəfindən Azərbaycan investorlarına konkret layihələr təqdim olunarsa, biz buna baxa bilərik"

Azərbaycan və Laosun hakim partiyaları da sıx əməkdaşlıq edir. xəbər verir ki, bunu Prezident İlham Əliyev Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulitlə birgə mətbuata bəyanatlarında deyib. Dövlət başçıs

Azərbaycanda investisiya təşviqi sənədinin verilməsi müddəti daha 3 il uzadılıb

Azərbaycanda investisiya fəaliyyətinin genişləndirilməsi, biznes mühitinin daha da yaxşılaşdırılması və yerli istehsalın artırılması məqsədilə investisiya təşviqi sənədinin verilməsi müddəti 1 yanvar 2029-cu il tarixinədə


iqtisadi xeberler biznes krediti emlak xeberleri pul qazanmaq telefonla pul qazanmaq