Ankarada qiymətlər: Bakı ilə özünüz müqayisə edin - SİYAHI

Ankarada qiymətlər: Bakı ilə özünüz müqayisə edin - SİYAHIAzərbaycanla quru sərhədi olan ölkələrin paytaxtlarındakı qiymətlər barədə mütəmadi informasiya yayırıq. İndi isə növbə Türkiyə paytaxtı Ankaradadır.
KONKRET.azxəbər verir ki, Türkiyədə bəzi ərzaqlar Azərbaycandan ucuzdur:
1kq pomidor 1.37 AZN
1kq xiyar 0.92 AZN
1kq badımcan 0.92 AZN
1kq soğan növlərə görə 0.46 AZN, 0.21 AZN
1kq çiyələk 1.36 AZN
1kq limon 0.53 AZN
1kq apelsin 0.55 AZN
1kq qarpız 0.92 AZN
1kq xurma 1.65 AZN
1kq banan 0.67-1.28 AZN,
1kq kartof 0.41 AZN
5 ədəd avokado 1.83 AZN
1kq qırmızı bibər 0.41 AZN
1kq yaşıl bibər 0.92 AZN
1kq kök 0.27 AZN
Ağartı məhsulları
1litr süd 0.82 AZN
1litr ayran 0.64 AZN
500qr yoqurt 0.59 AZN
80ml içməli yoqurt 0.37 AZN
125qr aktiviya 0.55 AZN
500qr pendir 3.16 AZN
225qr pendir bağlamada 1.56 AZN
500qr kərə yağı 3.57 AZN
Marqarin 0.55 AZN
30 ədəd yumurta 3.57 AZN
Ət məhsulları
1 çolpa 1.92 AZN
1kq toyuq qanadı 2.66 AZN
1kq toyuq filesi 4.21 AZN
1kq mal əti 6.78 AZN
1kq doğranmış mal əti 8.61 AZN
1kq çəkilmiş mal əti 9.34 AZN
1kq sümüksüz mal əti 13 AZN
1kq qoyun qabırğası 7 AZN
1kq kotlet 8.98 AZN
1kq sümüksüz qoyun əti 13 AZN
1kq çiy qoyun əti kababı 8.98 AZN
Meyvə qurusu və çərəzlər
1kq ərik qurusu 9.16 AZN
1kq üzüm qurusu 6.23 AZN
1kq əncir qurusu 11 AZN
1kq badam 18.50 AZN
1kq fındıq 12.80 AZN
1kq araxis 3.21 AZN
1kq günəbaxan tumu 4.58 AZN
Siyahını 1 və 3 manat civarında çaylar, 4 AZN-ə çaxır və Bakıdakından qat-qat ucuz satılan xarici tekila və viskilərlə artırmaq olar. Amma restoranlardakı qiymətlərlə davam etmək istəyirik:
Normal restoranda xörək 2.75 AZN
İki nəfərlik 3 xörəkli nahar 18.32 AZN
Mc Donalds menyusu 3-4 AZN
Kapuçino 1-2 AZN
Coca-Cola 0.46-1 AZN
Su 0.20 AZN
Qeyd edim ki, restoran qiymətləri şəhərlərə görə dəyişir. Məsələn İstanbulda 1 nəfərin naharı 4-6 manata başa gələ bilər. Bəli, İstanbuldakı qiymətlər də Bakının yanında toya getməlidir. Hər bahalaşmaya isə gömrük rüsumu və inflyasiya donu geyindirmək ibtidai icma dövründən qalma bəhanələrdir. Don demişkən, Ankaradakı geyim qiymətləri də maraqlıdır:
LC Waikiki
Qadın və (futbolka) kişi köynəkləri 3-5 AZN
Cins şalvarlar 10 AZN
Qollu köynək 10 AZN
Uşaq paltarları 6-14 AZN
Levis cinsləri 50 AZN
Zara, H&M donları 35 AZN
Nike idman ayaqqabıları 80 AZN
Dəri ayaqqabılar 55 AZN
Yaxşı ki, Azərbaycanda insanlar "Trendyol" kimi proqramlardan istifadə edib hansısa paltarı Bakıdakı qiymətlərdən 2 dəfə ucuz ala bilirlər. Bir məqama da diqqət yetirim ki, ölkədəki qiymətlər əhalinin gəlir səviyyəsinə uyğun müəyyənləşdiriləndə insanlar iş-ev rejimindən çıxa, hardasa istirahət edə, həftədə bir dəfə səhər yeməyi üçün restorana gedə, Bakının səviyyəli məkanlarında heç olmasa, çay içə bilirlər.
Axı Azərbaycan yalnız vəzifəli, varlı və turistlərin ölkəsi deyil. Vətən üçün ölən, Qarabağda zəfər qazanan, bayrağımızı ucalarda saxlayan kasıbları unutmaq olmaz.
Anar Rəhimov,
KONKRET.az

Xəbərlər     Tarix: 09 noyabr 2022

Oxşar xəbərlər

"Azəridad" toyuq kolbasasında tük tapıldı - MÜƏSSİSƏ BAĞLANDI

Mediada "Azəridad" əmtəə nişanlı toyuq kolbasasında toyuq tükünün aşkar olunması ilə bağlı yayılan məlumat əsasında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxano

Almaniyanın avtomobil sektorunda məşğulluq ən aşağı səviyyəyə düşüb

Almaniyanın avtomobil sektorunda məşğulluq sentyabr ayında 721.400 nəfərə düşüb. xəbər verir ki, bu barədə Almaniya Federal Statistika İdarəsi bildirib. Bu 2011-ci ilin ortalarından bəri ən aşağı səviyyədir. Hissə istehsalçıların

Maaşlardan yığılan vergi 21% artıb

Azərbaycanda 2026-cı ilin yanvar-iyul aylarında fiziki şəxslərin gəlir vergisi üzrə dövlət büdcəsinə 1 milyard 412,6 milyon manat vəsait daxil olub. Ötən ilin eyni dövründə bu göstərici 1 milyard 168,4 milyon manat təşki

Azərbaycanda bəzi məhsullar dövriyyədən çıxarılacaq - YENİ QAYDALAR

Texniki tənzimləməyə aid olan hər hansı malın insan üçün təhlükə yaratdığı müəyyən edilərsə, həmin məhsulun bazarda qalmasına icazə verilməyəcək. xəbər verir ki, sözügedən məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye v

Vergi ödəyicilərinin nağd əməliyyatlarına tətbiq olunan limitlər

"Nağdsız hesablaşmalar haqqında" qanunun 3.3-cü maddəsinə əsasən, bu Qanunun 3.5-ci maddəsinin müddəaları (qanunla yalnız nağdsız həyata keçirilən ödənişlər) nəzərə alınmaqla, ƏDV məqsədləri üçün qeydiyyata alınmı

Müəssisələr vəsaitlərini qanundankənar xərcləyə bilər - Yeni təklif

"Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON Holding) müəssisələrinə öz vəsaitlərini dövlət satınalmalarından kənar xərcləmək hüququ verilə bilər". Azərbaycanda 7 ayda haqsız rəqabətlə bağlı 37 subyekti

Qızılın qiyməti BAHALAŞDI

"Comex" birjasında qızılın qiymətində artım qeydə alınıb. Oktyabr ayında çatdırılması nəzərdə tutulan qızıl fyuçerslərinin dəyəri mayın 14-dən sonra ilk dəfə bir trua unsiyası üçün 4 700 dollar həddini keçib. xəbə

Media subyektləri üçün vergi güzəştinin müddəti uzadılır

Azərbaycanda media subyektləri üçün vergi güzəştinin müddəti daha 3 il uzadılır. xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb. Vergi Məcəlləsinə təklif edilən dəyişiklik zamanı əksini tapıb

AQTA qəfil qaraja daxil olub - Minlərlə şübhəli məhsul tapılıb

Vətəndaş müraciəti əsasında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Çöl Şüvəlan qəsəbəsi, Minutka küçəsi ünvanında yerləşən "Best for Bar" MMC-yə məxsu


iqtisadi xeberler valyuta mezennesi biznes xeberleri valyuta xeberleri dollarin kursu bu gun