"Apple" M3 çipi əsasında yeni MacBook Pro noutbuklarını təqdim edib – Qiymətlər

"Apple" şirkəti "Scary Fast" tədbiri çərçivəsində M3 çipi əsasında yeni nəsil MacBook Pro noutbuklarını təqdim edib. Bütün noutbuk modelləri sələfi ilə müqayisədə parlaqlığı 20% artıran Liquid Retina XDR displey, FaceTime 1080p kamera və altı dinamikli daxili akustika ilə təchiz olunub.
Noutbuklar ilk dəfə olaraq yeni prosessorların imkanları sayəsində "Ray Tracing" və "Mesh Shading" funksiyalarını dəstəkləyir. M1 və M1 Pro çipli noutbuklarla müqayisədə şəkillər, videolar və digər tapşırıqlarla iş 40-60% daha sürətli olub.
Bildirilir ki, yeni prosessorlar batareyanın ömrünü 11 saat artırıb – enerji doldurmadan MacBook Pro-nun bəzi versiyaları 22 saata qədər işləyə bilir.
Yeni MacBook Pro-lar gümüş və boz rənglərdə satışa çıxarılacaq, M3 Pro və M3 Max çipi əsasında MacBook Pro qara rəngdə də buraxılacaq. 14 düymlük noutbukun qiyməti əsas versiya üçün 1.6 min dollardan, 16 düymlük noutbukun qiyməti isə 2.5 min dollardan başlacaq. / banker.az

Xəbərlər     Tarix: 31 oktyabr 2023

Oxşar xəbərlər

İşləməyən şəxslər də icbari sığorta haqqı ödəyəcəklər

Qeyri-formal işlərlə məşğul olan insanlar da icbari sığorta haqqını ödəyəcəklər. xəbər verir ki, ödənişin miqdarı aylıq 16 manat məbləğində olacaq. Bu, "Tibbi sığorta haqqında" qanuna təklif edilən dəyişiklikd

Taleh Kazımov: Kredit faizləri istədiyimiz qədər azalmır - SƏBƏBİ AÇIQLANDI

Azərbaycanda kredit faizlərinin Mərkəzi Bankın arzuladığı səviyyədə aşağı düşməməsinin əsas səbəblərindən biri bank sektorunda rəqabətin zəif olmasıdır. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımo

Pensiyaların ödəniləcəyi TARİX AÇIQLANDI

Avqustun 14-də Bakı və Sumqayıt şəhərlərində, həmçinin Abşeron rayonunda bu ay üzrə pensiya ödənişlərinin həyata keçirilməsi planlaşdırılır. -ın məlumatına görə, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyind

Bəzi hallarda saytlara giriş MƏHDUDLAŞDIRILACAQ - Qanun DƏYİŞDİ

Azərbaycanda bəzi informasiyaların yerləşdirilməsinə görə saytlara məhdudlaşdırma tətbiq ediləcək. xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Cinayət, Cinayət-Prosessual Məcəllələrinə və "İnformasiya, informasiyalaşdırm

Vətəndaşlara XOŞ XƏBƏR: Kredit riskləri sığortalanacaq - VİDEO

Artıq kredit risklərinin sığortalanması tətbiq oluna bilər ki, bu da gələcəkdə kredit faizlərinin azalmasına təsir göstərə bilər. Yeni mexanizm istehlak və ipoteka kreditləri üzrə risklərin sığortalanmasını əhatə edir. B

Azərbaycan nefti ucuzlaşıb

Dünya bazarında "Azeri Light" markalı neft ucuzlaşıb. xəbər verir ki, dünya bazarında Azərbaycan neftinin 1 barelinin qiyməti 0.07 ABŞ dolları və ya 0.07% azalaraq 95.5 ABŞ dolları təşkil edib. Xatırladaq ki, neftimizi

"ƏDV geri al" mexanizminin tətbiq sahələri genişləndirilir

"ƏDV geri al" mexanizmi artıq bərbərxanalar, gözəllik salonları və kosmetoloji mərkəzlər tərəfindən göstərilən xidmətlərə şamil olunacaq. xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarıla

Qızıl bahalaşıb, gümüş isə ucuzlaşıb

Nyu-Yorkdakı COMEX əmtəə birjasında qızılın qiymətində cüzi artım qeydə alınıb. Bir troya unsiyası üzrə dəyər 0,1% yüksələrək 4 101 ABŞ dollarına çatıb. xəbər verir ki, COMEX-də gümüş ucuzlaşıb. Bir unsiya gümüşün qiymət

İstehsal sektoru çökür, xidmət sektoru dirçəlir

Almaniyanın özəl sektoru noyabr ayı üçün aşağı göstərici nümayiş etdirib. Şirkətlər həm biznes fəaliyyətində, həm də yeni sifarişlərdə daha yavaş artımlar olduğunu bildiriblər. xəbər verir ki, xidmət sektorunun fəaliyyə


iqtisadi xeberler biznes xeberleri valyuta kurslari birbank bitkoin qiymeti