"Apple" son üç ildə ilk dəfə rekord gəlir itirə bilər – "Financial Times"
"Apple"ın Çində yerləşən istehsal müəssisəsi kütləvi koronavirus dalğası fonunda təhlükə altındadır. Təchizat zəncirinin idarə edilməsi üzrə ekspertlər iPhone smartfonlarının təqdimat planlarının təxirə düşəcəyi ilə bağlı xəbərdarlıq edirlər və şirkətin dördüncü rüb üzrə gəlirlərinin 3.5 ildə ilk dəfə azalacağını istisna etmirlər.
Banker.az bu barədə "The Bell" nəşrinə istinadən xəbər verir.
Oktyabrın sonundan bəri Çin yeni koronavirus dalğası ilə üzləşib. Bununla əlaqədar olaraq, "Foxconn"un Çjençjou şəhərində "Apple" smartfonlarını yığan ən böyük zavodunda ciddi karantin tədbirləri tətbiq edilib və bu, işçilərin kütləvi və şiddətli etirazlarına səbəb olub. "Foxconn" istehsalının bir hissəsini ölkədəki digər zavodlara köçürüb, "Apple" isə tədarükləri sürətləndirmək üçün komponent təchizatçıları ilə danışıqlar aparmağa başlayıb.
İndi Çin COVID-ə qarşı "sıfır dözümlülük" siyasətini ləğv etməyə başladığından, "Apple" yeni uzunmüddətli risklə – ölkədəki fabriklərdə, zavodlarda, anbarlarda və digər logistika obyektlərində mümkün işçi çatışmazlığı ilə üzləşir, "Financial Times yazır".
Analitiklər şirkətin 2022-ci ilin dördüncü rübündəki gəlirinin bir il əvvəl əldə etdiyi rekord 123.9 milyard dollardan aşağı olacağı ilə razılaşırlar. "Visible Alpha"ya görə xalis mənfəət isə 8%-dən çox azalacaq (2021-ci ilin dördüncü rübündə bu, 34,6 milyard dollar təşkil edib). "FT" xatırladır ki, "Apple" ardıcıl olaraq 14 rüb və ya 3.5 il ərzində maliyyə rekordları vurub.

"Bitcoin" 8 ayın maksimumuna yüksəlib - SON QİYMƏT
Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir
AİB Direktorlar Şurasının üzvləri Gəncədə Bank Respublika-nın maliyyələşdirdiyi bizneslərlə tanış olublar
Bakı Biznes Mərkəzi Mədəniyyət Nazirliyinin tabeliyinə verildi - QƏRAR
Bir Azərbaycanın rəqəmsal transformasiya təcrübəsini Ər-Riyadda "Money20/20 Middle East" tədbirində təqdim edib
Bir-dən mikro sahibkarlar üçün rəqəmsal imkanlar: "Biznesdə birlikdə" proqramına start verildi
"Bank of America" FED-dən bu il daha iki faiz artımı gözləyir
Rusiyadan Gürcüstana pul köçürmələri 20 illik minimuma düşüb
AMB: Valyuta alışları manat likvidliyini artırır, faizlərə azaldıcı təsir göstərir
Qazaxıstan əcnəbilər üçün bank hesabı açılışında qaydaları dəyişir
Mcdonalds françayzinqi neçiyədir?
5 liderlik göstəricisi
2026-ci ilin TOP-5 onlayn biznes ideyası
Green Card nədir və onu necə əldə etmək olar?
Dizaynerlər üçün TOP-5 Freelance sayt