Apple yenilənmiş MacBook Pro-nu və yeni prosessorlarını təqdim edib - 6 DƏFƏ DAHA SÜRƏTLİ
Amerikanın "Apple" şirkəti iki yeni M2 Pro və M2 Max prosessorlarını, eləcə də onların əsasında yenilənmiş "MacBook Pro" noutbuklarını təqdim edib.
Marja xəbər verir ki, istehsalçı M2 Pro və M2 Max-ı "dünyada peşəkar səviyyəli noutbuklar üçün ən güclü və səmərəli çipləri" kimi göstərir.
M2 Pro-da 12-yə qədər CPU nüvəsi, ümumi yaddaşı 32 giqabayta qədər olan qrafik prosessorların 19 nüvəsi var.
M2 Max iki dəfə çox qrafik nüvəsinə və 96 giqabayt yaddaşa malikdir.
Yeni prosessorlara əsaslanan MacBook Pro 14 və 16 düymlük versiyalarda mövcuddur.
"Yeni MacBook Pro, Intel prosessorlarına əsaslanan ən sürətli MacBook Pro-dan altı dəfəyə qədər yüksək performansa malikdir", - şirkətin press-relizində deyilir.
Yenilənmiş MacBook Pro ən uzun batareya ömrünə malik Mac-dır.
"MacBook Pro-da batareyanın ömrü indi 22 saata qədərdir - bu, Mac-da indiyə qədərki ən uzun batareya ömrüdür, - Apple-ın məlumatında bildirilir.



/ marja.az

AccessBank QSC WEB Application Firewall üzrə tender elan edir ®
Taleh Tahirli "ABB DAVR"ın Müşahidə Şurasının sədri oldu
Azərbaycanda 4 milyonluq şirkətlə 160 milyonluq şirkət – BİRLƏŞDİ - DETALLAR
"Visa", "Mastercard" və "JPMorgan"ın minlərlə müştərisinin məlumatları hakerlərin əlinə keçib
ABB DAVR-a lisenziya verildi
Xalq Bank irihəcmli beynəlxalq sindikativ kredit layihəsində iştirak edib
Azərbaycanlı milyarder dünya zənginləri reytinqində 77-ci pillədədir
"GTA 6" satış rekordu qırdı – 3 milyard 790 milyon dollar gəlir
Bakı restoranlarının gündəlik gəlirləri - 5 MİLYON DOLLARI KEÇDİ
Azərbaycanda əsas kapitala xarici investisiyalar 18%-dən çox artıb
Dropshipping nədir?
Ev şəraitində pul qazanmağın yolları
Dünyanın ən dəyərli avtomobil şirkətləri
Birbank xidmətinə necə qoşulmaq olar?
Ən çox gəlir gətirən onlayn bizneslər