"Aqrarkredit"in xalis mənfəəti 3 dəfədən çox artıb
"Aqrarkredit" QSC bank olmayan kredit təşkilatı 2023-cü ili 3 milyon 405 min manat xalis mənfəət ilə başa vurub. Təşkilat 2022-ci ili 1 milyon 75 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, "Aqrarkredit"in xalis mənfəəti 2023-cü ildə 2022-ci illə müqayisədə 3,2 dəfə və ya 2 milyon 330 min manat artıb.
Marja.az QSC-nin 2023-cü il dekabrın 31-nə konsolidə edilmiş maliyyə vəziyyəti haqqında hesabatına istinadən xəbər verir ki, "Aqrarkredit"in faiz gəlirləri 2022-ci ildə 17 milyon 94 min manat ikən, 2023-cü ildə 19 milyon 175 min manat təşkil edib (2 milyon 81 min manat və ya 12,2% artıb). Təşkilatın haqq və komissiya gəlirləri isə 160 min manatdan 173 min manata yüksəlib.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
2023-cü ildə "Aqrarkredit"in kredit portfeli (müştərilərə verilmiş kreditlər) 42 milyon 990 min manat və ya 37,6% artaraq 31 dekabr 2023-cü il tarixində 157 milyon 320 min manata çatıb.


"Azərsun Holdinq" qeyri-neft sektorunun ikinci ən böyük ixracatçısı olub
"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"
"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri
Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək
Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Hazır biznes, yoxsa sıfırdan qurulan biznes?
Dünyanın əh bahalı brendləri - TOP-10
İKEA şirkətinin tarixi
Ən çox soruşulan müsahibə sualları hansılardır?
Dünyanın ən zəngin idmançıları