ARDNF-in vəsaitləri hansı aktivlərə yatırdığı məlum olub

ARDNF-in vəsaitləri hansı aktivlərə yatırdığı məlum olub2022-ci il tarixinə Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) borc öhdəlikləri və pul bazarları alətləri portfeli 30 mlrd. 429.1 mln. dollar təşkil edib və dolları, avro, ingilis funt sterlinqi, Avstraliya dolları, Türkiyə lirəsi və Çin yuanında ifadə olunan aktivlərə yatırılıb.
Bu barədə Banker.az Hesablama Palatasının Dövlət Neft Fondunun 2022-ci il büdcəsinin icrası haqqında rəyində qeyd edilib.
Bu portfelin 47%-i (14 mlrd. 377.4 mln. dolları) suveren borc kağızlarına, 26%-i (7 mlrd. 842.4mln. dolları) agentliklər və beynəlxalq təşkilatlar tərəfindən emissiya edilən istiqrazlara, 17%-i (5 mlrd. 175.8 mln. dolları) maliyyə istiqrazları da nəzərə alınmaqla korporativ istiqrazlara, 1%-i (252.4 mln. dolları) qısamüddətli kommersiya kağızlarına, 9%-i (2 781 mln. dolları) isə depozit və pul bazarı alətlərinə investisiya edilib.
Korporativ istiqrazlara aşağıda qeyd olunan yerli istiqrazlar da daxil edilib:
ümumi dəyəri 2 491.7 mln. dollarında ifadə olunan "Cənub Qaz Dəhlizi" istiqrazları,
ümumi dəyəri 1 148.8 mln. dollarında ifadə olunan "SOCAR-Merkuri" istiqrazları,
ümumi dəyəri 67.7 mln. dollarında ifadə olunan "AzACG" istiqrazları,
ümumi məbləği 236.4 mln. dollarında ifadə olunan Beynəlxalq Bank istiqrazları
ümumi məbləği 461.6 mln. dollarında ifadə olunan "SOCAR Abşeron" istiqrazları,
5 mln. dollarında ifadə olunan "SOCAR Qarabağ" istiqrazları.
Hesabat ilində Borc öhdəlikləri və pul bazarları alt portfelinə neft-qaz gəlirlərinin hesabına ümumilikdə 4 mlrd. 372.2 mln. dollar məbləğində yeni investisiya edilmiş, 2022- ci ildə alt portfelə daxil olan alətlərin bazar dəyərinin dəyişməsi nəticəsində 1 mlrd. 107.0 mln. dollar və alt portfelə daxil olan valyutaların baza valyutası olan dollarına nisbətdə məzənnəsinin dəyişməsi ilə 641.5 mln. dollar zərər edilməsi müəyyən edilib.
Hesabat ilinin sonuna Fondun borc öhdəlikləri və pul bazarları alt portfelinin investisiya dərəcəli reytinqində AAA reytinqi üzrə yerləşdirmələrin həcmində 4 391.8 mln. dollar artım müəyyən edilmişdir.

Xəbərlər     Tarix: 20 iyun 2023

Oxşar xəbərlər

Fransaya 9,2 milyard avro sərmayə qoyulub - Şirkət rəhbərləri narazıdır

Fransa Maliyyə Nazirliyi şirkətlərin ölkəyə sərmayə qoymaq üçün 9,2 milyard avro öhdəlik götürdüyünü açıqlayıb. Siyasi təlatümlərə baxmayaraq, hökumət avrozonanın ikinci ən böyük iqtisadiyyatının cəlbedici biznes məkanı olara

Fransa Aİ ticarət sazişini qəbul etmir

Fransa hökuməti, Avropa İttifaqı ilə Cənubi Amerika ticarət bloku Mercosur arasında müzakirə edilən ticarət sazişinin hazırkı forması ilə qəbuledilməz olduğunu açıqlayıb. xəbər verir ki, hökumət sözçüsü Maud Brejon çərşənb

Avstraliya Ehtiyat Bankı faiz dərəcələrini sabit saxlaya bilər

Avstraliya Ehtiyat Bankı (RBA) 3–4 noyabr tarixli siyasət iclasının protokollarını açıqlayaraq, daxil olan iqtisadi məlumatların gözləniləndən daha güclü olması halında nağd pul faiz dərəcəsini hazırkı səviyyədə saxlaya biləcəyin

ABŞ-da bağlanmanın yaratdığı məlumat boşluğu sentyabr məşğulluq hesabatı ilə sona çatır

Bazarlar ABŞ-ın sentyabr ayı üçün məşğulluq hesabatına diqqət yetirir. Hesabat, tarixdə ən uzun müddət davam edən federal hökumətin bağlanması səbəbindən vaxtında açıqlanmayıb. xəbər verir ki, dövlət və özəl sektorda ümum

Azərbaycana gətirilən telefonlar üçün 100 manat rüsum alınacaq

Mobil telefonlar aksiz dərəcəsinə cəlb olunacaq. xəbər verir ki, fiziki şəxslərin şəxsi istifadəsi üçün ölkəyə gətirilən 1 ədəddən artıq mobil cihazın qeydiyyatı üçün 100 manat dövlət rüsumu alınacaq. Bu, Milli Məclisin b

Külək enerjisinin istehsalı artıb

Azərbaycanda küləklə işləyən elektrik stansiyalarında 73,5 milyon kVt/saat elektrik enerjisi istehsal edilib. xəbər verir ki, bu 2025-ci ilin yanvar-oktyabr aylarının göstəricisidir. Dövlət Statistika Komitəsinə istinadə

"Faiz dərəcələrinin endirilməsində ehtiyatlı olmalıyıq"

Fed-in vitse-sədri Filip Cefferson bildirib ki, pul siyasəti neytrallığa yaxınlaşdıqca faiz dərəcələrinin endirilməsi "yavaş-yavaş irəliləməlidir". Cefferson, əmək bazarında artan risklər və inflyasiyanın "bi

Media subyektləri üçün vergi güzəştinin müddəti uzadılır

Azərbaycanda media subyektləri üçün vergi güzəştinin müddəti daha 3 il uzadılır. xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb. Vergi Məcəlləsinə təklif edilən dəyişiklik zamanı əksini tapıb

1100,0 min nəfər pensiyaçı qeydiyyatda olub

Dövlət Sosial Müdafiə Fondunda 2024-cü il oktyabrın 1-ə qədər olan zaman ərzində 1100,0 min nəfər pensiyaçı qeydiyyatda olub. xəbər verir ki, Dövlət Statistika Komitəsinə istinadən məlumata görə, bu da ölkə əhalisinin 10,


iqtisadi xeberler emlak xeberleri bu gunun xeberleri bitkoin almaq bitcoin qiymeti