Armen Qriqoryan Qarabağa qanunsuz səfərinə görə Azərbaycandan üzr istədi
Bir müddət əvvəl xəbər verildiyi kimi, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Xankəndiyə qanunsuz səfər edib.
Azərbaycan Xarici İşlər Nazirliyinin reaksiyası özünü çox gözlətməyib.
"Azərbaycan və Ermənistan liderlərinin Brüsseldə keçirilən növbəti görüşündən dərhal sonra Ermənistan rəsmisinin məqsədyönlü şəkildə atdığı bu qanunsuz addım görüş zamanı əldə olunmuş razılaşmalara kölgə salmaqla yanaşı, Ermənistan tərəfinin normallaşma prosesində iştirakının qeyri-səmimiliyi də açıq şəkildə nümayiş etdirir. Beynəlxalq sərhədlər çərçivəsində Azərbaycanın ərazi bütövlüyünə qarşı atılan istənilən addımlara cavab veriləcək", - deyə nazirlikdən bildirilib.
Erməni mətbuatının yazdığına görə, Armen Qriqoryan Azərbaycanın reaksiyasından o qədər qorxuya düşüb ki, daxili kanallar vasitəsilə Azərbaycan tərəfindən üzr istəyib və Xankəndiyə səfərə görə özünə haqq qazandırıb.
A.Qriqoryan əslən Qarabağdan olduğunu, Qarabağa səfərinin siyasi deyil, şəxsi məqsədlər güddüyünü - ata evini və atasının məzarını ziyarət etdiyini bildirib.

Azərbaycanda 12 illik şirkətdən – 2,8 MİLYON MANAT GÖTÜRÜLÜR
ADB "Bank Respublika"ya dəstəyini davam etdirmək niyyətindədir
Mərkəzi Bank faiz dəhlizinin aşağı həddini endirdi, qalanlarını sabit saxladı
AZCON Holdinq-də – YENİ TƏYİNAT
AMB faiz dəhlizinin aşağı həddini niyə endirdi?
"Artıq pulunuzu gətirib məndə saxlasanız, daha az faiz alacaqsınız"
Bitkoin ucuzlaşıb - SON QİYMƏT
İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbər şəxslərini qəbul edib - FOTOLAR
ATİB heyəti Türkiyə səfiri ilə aqrar sahədə əməkdaşlığı müzakirə edib – FOTOLAR
Expressbank sahibkarlara 100 000 AZN-dək mikro kredit təklif edir ®
Dünyanın TOP-5 bahalı geyim şirkətləri
SWIFT nədir?
İban nədir?
Biznes nədir?
Az pulla hansı işi qurmaq olar?