"Ask plaza" bağlanır
Bakıdakı "Ask plaza" fəaliyyətini dayandırır.
FED.az xəbər verir ki, buna səbəb plazanı idarə edən şirkətin ləğv edilməsidir.
Belə ki, ötən gün Prezident İlham Əliyevin sərəncamı ilə "Azərbaycan Sənaye Korporasiyası" Açıq Səhmdar Cəmiyyəti (ASC) ləğv edilib. ASC-nin tərkibində fəaliyyət göstərən 3 müəssisə Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilib, digər müəssisələr ləğv edilib.
"Ask plaza"nı idarə edən "ASK Xidmət" MMC də ləğv edilən müəssisələr arasındadır. Qeyd edək ki, MMC "ASK Plaza" İşgüzar Əlaqələr Mərkəzi, "ASK Plaza" İşgüzar Əlaqələr Mərkəzi 2-ci korpus, "AMAY" Ticarət Mərkəzi və digər əmlaklarda mülkiyyətçinin adından çıxış edərək obyektlərdə yerləşən qeyri-yaşayış sahələrini icarəyə vermək, texniki vəziyyəti nəzarətdə saxlamaq, yanğın təhlükəsizliyi və qüvvədə olan digər təhlükəsizlik normalarının müvafiq şəkildə saxlanılmasını təmin edirdi.
Nazirlər Kabinetinə MMC-ni ləğv etmək tapşırılıb. Müəssisənin ləğv edilməsindən sonra "Ask plaza"nın da fəaliyyətini dayandıracağı gözlənilir. (Modern.az)

EIB "Bank Respublika" və "AccessBank"ın birləşməsi ilə əldə etdiyi kompensasiyanın detallarını açıqlayıb
Azərbaycanda yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq
BOKT-un mənfəəti 5 dəfəyə yaxın artıb - Kredit portfeli 15,7 milyon manata çatıb
"PAŞA Həyat"ın ödənişləri 548 milyon manatı keçib, xalis mənfəəti artıb
"PAŞA Sığorta"da yığımlar artaraq 309 milyon manata çatıb, ödənişləri isə 131 milyon manata yaxınlaşıb
"A-Qroup"un mənfəəti 34% artıb, sığorta ödənişləri azalıb
"Xalq Həyat"ın mənfəəti artıb, sığorta ödənişləri azalıb
"İpək Yolu Sığorta"nın yığımları 75%, mənfəəti 53% artıb
Dövlət şirkətinin əmlak satışlarının müsabiqə vaxtı uzadıldı
ING: Azərbaycan Mərkəzi Bankı 2027-ci ildə uçot dərəcəsini sabit saxlayacaq
Kriptovalyuta məzənnəsi necə analiz olunur?
Bitcoin necə işləyir?
Dünyanın TOP-5 bahalı geyim şirkətləri
Biznes plan necə yazılır?
Dünyanın ən varlı 10 müğənnisi