Assosiasiya sədri Elxan Bəşirov Türkiyəyə yardım üçün - SAHİBKARLARA ÇAĞIRIŞ EDİB
Azərbaycan Tikinti Materialları İstehsalçıları Assosiasiyasının sədri Elxan Bəşirov Türkiyədə baş verən zəlzələdən zərərçəkən şəxslərə yardımın göstərilməsi barədə sahibkarlara çağırış edib.
FED.az xəbər verir ki, çağırışda deyilir!
"Hörmətli sahibkarlar!
Azərbaycan xalqını səciyyələndirən xüsusiyyətlərdən bəziləri məhz humanistlik, yardımsevərlik, çətin günlərdə birlik olmaları olub. Türkiyə Respublikasında baş vermiş zəlzələnin ilk anlarından etibarən qardaş türk xalqına göstərilən dəstək hər iki xalqın arasında olan sarsılmaz münasibətləri bir daha sübuta yetirdi.
Hazırda zəlzələnin fəsadlarını bildirən statistik məlumatlar daim yenilənir və həlak olanların sayının artması hər birimizi kədərləndirir. Bu çətin anlarda sahibkarlar olaraq Türkiyə xalqına dəstək göstərmək hər birimizin qardaşlıq borcudur.
Biz də öz növbəmizdə zəlzələdən zərərçəkmiş şəxslərə yardım məqsədilə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) rəsmi fonduna 500 000 TL ianə etmişik. Aparılacaq yenidənqurma işlərinə yardım etmək məqsədilə də lazımi tikinti materialları tezliklə tərəfimizdən göndəriləcək.
İnanıram ki, hər biriniz bu məsələyə yüksək həssaslıqla yanaşacaqsınız və qardaş türk xalqına lazımi dəstəyi göstərəcəksiniz".

EIB "Bank Respublika" və "AccessBank"ın birləşməsi ilə əldə etdiyi kompensasiyanın detallarını açıqlayıb
Azərbaycanda yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq
BOKT-un mənfəəti 5 dəfəyə yaxın artıb - Kredit portfeli 15,7 milyon manata çatıb
"PAŞA Həyat"ın ödənişləri 548 milyon manatı keçib, xalis mənfəəti artıb
"PAŞA Sığorta"da yığımlar artaraq 309 milyon manata çatıb, ödənişləri isə 131 milyon manata yaxınlaşıb
"A-Qroup"un mənfəəti 34% artıb, sığorta ödənişləri azalıb
"Xalq Həyat"ın mənfəəti artıb, sığorta ödənişləri azalıb
"İpək Yolu Sığorta"nın yığımları 75%, mənfəəti 53% artıb
Dövlət şirkətinin əmlak satışlarının müsabiqə vaxtı uzadıldı
ING: Azərbaycan Mərkəzi Bankı 2027-ci ildə uçot dərəcəsini sabit saxlayacaq
Bitcoin necə işləyir?
Fond birjası nədir?
Biznesə aid ən yaxşı 10 kitab
Biznes təlimlər və tədris üsulları
Cv hazırlayarkən nələrə diqqət yetirməliyik?