ATİB-in tərəfdaşlığı ilə sənaye sektoru, zavod və fabrik rəhbərlərinin B2B görüşü keçirilib - FOTOLAR
Fevralın 18-də "Bulutistan" şirkətinin təşkilatçılığı və Azərbaycan-Türkiyə İş Adamları Birliyinin (ATİB) tərəfdaşlığı ilə sənaye sektoru, zavod və fabriklərin rəhbərləri, aparıcı CEO və üst səviyyə rəhbərləri üçün nəzərdə tutulmuş B2B formatlı səhər yeməyi görüşü baş tutub.
biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, tədbirdə ATİB İdarə Heyətinin sədr müavini Alper Yaycılı, İdarə Heyətinin üzvləri Nigar Ələsgərova və Lamiyə Bayramova, Birliyin üzvü "Seranit Azərbaycan" MMC-in nümayəndəsi Berat Temizel iştirak ediblər.
Görüşün əsas məqsədi süni intellekt və bulud texnologiyalarının biznes proseslərinə inteqrasiyası mövzusunda iş adamlarını maarifləndirmək, onlara real tətbiq nümunələri təqdim etmək və yerli şirkətlər arasında innovativ əməkdaşlıqların qurulmasına zəmin yaratmaqdır.
Tədbirin açılışında ATİB İdarə Heyətinin üzvü Nigar Ələsgərova çıxış edərək artıq ənənəyə çevrilmiş bu görüşlərin eyni zamanda bərabər səviyyəli qərarvericilərlə birbaşa ünsiyyət, sənaye və istehsal sahəsində aktual çağırışların müzakirəsi, eləcə də yeni əməkdaşlıq və strateji tərəfdaşlıq imkanları yaratdığını qeyd edib.
Daha sonra "Bulutistan" şirkətinin Mərkəzi Asiya, Azərbaycan və Gürcüstan üzrə Ölkə müdiri Samir Nuriyev təqdimatla çıxış edərək Şirkətin Azərbaycanda bu günədək həyata keçirdiyi layihələr barədə ətraflı məlumat verib.
Tədbir mövzu ətrafında müzakirələrlə davam etdirilib. / fed.az

EIB "Bank Respublika" və "AccessBank"ın birləşməsi ilə əldə etdiyi kompensasiyanın detallarını açıqlayıb
BOKT-un mənfəəti 5 dəfəyə yaxın artıb - Kredit portfeli 15,7 milyon manata çatıb
"PAŞA Həyat"ın ödənişləri 548 milyon manatı keçib, xalis mənfəəti artıb
"PAŞA Sığorta"da yığımlar artaraq 309 milyon manata çatıb, ödənişləri isə 131 milyon manata yaxınlaşıb
"A-Qroup"un mənfəəti 34% artıb, sığorta ödənişləri azalıb
"Xalq Həyat"ın mənfəəti artıb, sığorta ödənişləri azalıb
"İpək Yolu Sığorta"nın yığımları 75%, mənfəəti 53% artıb
1000 manatla hansı biznesi qurmaq olar?
ZARA-nın uğur hekayəsi
Ən bahalı otellər hansılardır?
Kriptovalyuta nədir?
Biznesə aid ən yaxşı 10 kitab