Avro, funt və qızıl daha da ucuzlaşa bilər - GÜNƏ BAXIŞ

Avro, funt və qızıl daha da ucuzlaşa bilər - GÜNƏ BAXIŞABŞ Federal Ehtiyatlar Sisteminin (FED) sədri Jerom Pavelin ABŞ Konqresində verdiyi açıqlamalar və gözləntiləri üstələyən məşğulluq məlumatlarından sonra bağlanışda birjalarda bir qədər durğunluq müşahidə olunub.
Çərşənbə günü Nümayəndələr Palatasının Maliyyə Xidmətləri Komitəsində Yarımillik Pul Siyasəti Hesabatı ilə bağlı təqdimatına davam edən Pavel, bankın 21-22 mart tarixlərində keçiriləcək iclası ilə bağlı heç bir qərar qəbul etmədiklərini,  bu və gələn həftə açıqlanacaq iqtisadi - statistik məlumatların təhlil ediləcəyini bildirib.
Təqdimatının ilk günündə ABŞ Senatının Bankçılıq, Mənzil və Şəhər İşləri Komitəsindəki açılış nitqini təkrarlayan Pavel bütün məlumatların daha sürətli sərtləşdirmənin lazım olduğunu göstərməsi halında faiz artımlarının sürətini artırmağa hazır olduqlarını bir daha vurğulayıb.
Mart ayı toplantısına yanaşması ilə bağlı suala cavab olaraq isə sədr bu həftə açıqlanacaq əmək bazarına dair göstəricilərin, gələn həftə ərzində açıqlanacaq İstehsal (PPİ) və İstehlak (CPİ) Qiymətləri İndeksləri kimi iqtisadi - statistik rəqəmlərin əhəmiyyətinə toxunaraq bu göstəricilərin təhlil ediləcəyini qeyd edib. Sözügedən məlumatların qiymətləndirmələrində əhəmiyyətli olacağını vurğulayan Pavel - "Mart toplantısı ilə bağlı heç bir qərar verməmişik. Məlumatları görənə qədər bunu etməyəcəyik" - deyib.
ABŞ-da dünən açıqlanan məlumatlara görə, "JOLTS" boş iş yerlərininin sayı yanvar ayında bir əvvəlki aya görə 410 min azalaraq 10 milyon 824 minə düşsə də, bazar gözləntilərini aşdı.
Ölkədə özəl sektor məşğulluğu da fevral ayında bazar gözləntilərinin üzərində - 242 min nəfər artıb.
Digər tərəfdən, FED-in çərşənbə günü yayımladığı "Bej Kitab" hesabatında 2023-cü ilin əvvəlində ümumi iqtisadi aktivliyin "azca" artdığı bildirildi. Bir çox bölgələrdə qiymət artımlarının ləngiməsinə baxmayaraq, inflyasiya təzyiqlərinin geniş yayılmağa davam etdiyinə diqqət çəkilərək, qiymət artımlarının il boyu mülayim şəkildə davam edəcəyinin gözlənildiyi qeyd edilib.
Təhlillərə əsasən 105 bənd hədlərinə yüksələn dollar indeksində artım tendensiyası davam edərsə, EUR/USD və GBP/USD məzənnələri müvafiq olaraq 1.04$ və 1.16$-a kimi ucuzlaşa bilər.
Bahalaşan dollar arşısında qızıl dəyər itirir. Hazırda 1813$-dan təklif edilən qiymətli metalın bir unsiya üzrə dəəyəri 1805$-ın altına düşsə, 1790$ və 1780$-a kimi ucuzlaşa bilər.
Məlumat "İnvest-AZ İnvestisiya Şirkəti" QSC-nin Analitika Departamenti tərəfindən hazırlanıb. / marja.az

Maliyyə     Tarix: 09 mart 2023

Oxşar xəbərlər

Vergi Xidməti proqnozdan 218 milyon manat çox vergi yığıb

2026-cı ilin yanvar-iyun ayları ərzində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xəttilə dövlət büdcəsinə 8 milyard 842,7 milyon manat vergi daxil olub ki, bu da proqnoza nisbətən 217,7 milyon manat çoxdur

Avqust pensiyaları NƏ VAXT ÖDƏNİLƏCƏK?

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən avqustun 14-dən gec olmayaraq Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə bu ayın pensiyalarının ödənilməsi nəzərd

Gələn il üzrə icmal büdcənin kəsir limiti müəyyənləşib

2027-ci ildə Azərbaycanın icmal büdcəsinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) gəlirləri nəzərə alınmadan kəsirinin yuxarı həddinin 16 milyard 74 milyon 122,9 min manat olması nəzərdə tutulur

Azərbaycanda kassa aparatları ilə qeydə alınan dövriyyə 3 milyard manatdan çox artıb

2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda yeni nəsil nəzarət-kassa aparatları (NKA) vasitəsilə qeydə alınan dövriyyə 23 milyard 328,9 milyon manata çatıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3 milyard 51,7 milyo

OpenAI, Zoom və Zoho Azərbaycanda vergi uçotuna düşdü

Azərbaycanda rəqəmsal iqtisadiyyatın vergiyə cəlb edilməsi və bu sahədə vergi inzibatçılığının təkmilləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) elektro

Dövlət büdcəsinə ödəniləcək vəsait 4 milyard manatı keçib – Artıq ödəmələr də yüksəlib

2026-cı il iyulun 1-nə dövlət büdcəsinə ödəniləcək vəsaitin məbləği 4 milyard 50,4 milyon manata çatıb. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2026-cı ilin birinci yarısına dair hesabatına istinadən xəbər verir ki

Neft-qaz sektoru 0,6 faiz kiçilib, qeyri neft-qaz sektoru isə 2,2 faiz böyüyüb

2026-cı ilin yanvar-iyul aylarında ölkədə 76 milyard 817,7 milyon manat məbləğində və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,4 faiz çox ümumi daxili məhsul (ÜDM) istehsal edilib. Dövlət Statistika Komitəsinin açıqladığ

Metallurgiya ixracında müsbət dinamika - Qara metal ixracı 24,6%, alüminium ixracı 44,6% artıb

2026-cı ilin yanvar-may aylarında qara metallar və onlardan hazırlanan məmulatların ixracı 46 milyon 428,6 min dollar təşkil edib. 2025-ci ilin eyni dövründə bu göstərici 37 milyon 257,6 min dollar idi. Dəyər ifadəsində artı

Azərbaycanda inflyasiya, əhalinin gəlirləri və iqtisadi artımla bağlı 2030-cu ilədək PROQNOZLAR AÇIQLANDI

İqtisadiyyat Nazirliyi tərəfindən cari ilin ötən dövrü ərzində faktiki inflyasiya səviyyəsi, dünya üzrə əmtəə, o cümlədən ərzaq qiymətlərinin nisbətən aşağı düşməsi və bunun idxal qiymətlərinə təsiri, nominal effektiv məzənn


iqtisadi xeberler bitkoin pul qazanmaq bitkoin almaq bank faizleri