Avro və funtun ucuzlaşması daha kəskin xarakter ala bilər - GÜNƏ BAXIŞ

Avro və funtun ucuzlaşması daha kəskin xarakter ala bilər - GÜNƏ BAXIŞAmerikada çərşənbə günü açıqlanan pərakəndə satış dövriyyəsinin həcminə dair statistik məlumatlar, investorlar tərəfindən ABŞ Federal Ehtiyatlar Sisteminə (FED) faiz dərəcələrini yüksəltmək üçün əlverişli zəmin yarada biləcək dayanıqlı bir iqtisadiyyatın mövcudluğuna işarə olaraq qəbul edildiyinə görə dollar indeksinin major valyutalar qarşısında yenidən bahalaşmasına dəstək oldu. 
Həmçinin İngiltərədə dərc olunan inflyasiya göstəriciləri də funt-sterlinqin və avronun dollar qarşısında ucuzlaşmasına səbəb oldu.
Dünən 103.80 hədlərinə yüksələn dollar daha sonra 103.35 hədlərinə  gerilədi. "Buğa"lar DXY-ın qiymətini 103.50 bənd həddinin üzərinə qaldıra və orada saxlaya bilsələr, EUR/USD, GBP/USD məzənnələrində eniş tendensiyası daha kəskin xarakter ala bilər.
Bu gün Bakı vaxtı ilə saat 17:30-da Amerikada açıqlanacaq istehsal qiymətləri indeksi, tikinti üzrə icazələrin sayı, eləcə də, Filadelfiya FED-dən emalat indeksi kimi önəmli iqtisadi göstəricilər investorların diqqət mərkəzində olacaq.
Dolların bahalaşması fonunda qızıl ucuzlaşmaqda davam edir. Hazırda 1840$-dan təklif olunan qiymətli metalın bir unsiya üzrə qiyməti 1850$ səviyyəsinin altında qaldığı müddətcə,1800$-a kimi ucuzlaşa bilər. 
Kriptovalyuta birjalarının lokomativi olan bitkoin dünən gün ərzində 22 000$-ın üzərində dəstək görərək təqribən 11% dəyər qazanıb. Hazırda 24700$-ın üzərində ticarət edilən BTC/USD 25000$ müqavimətini qırsa, 27000$-a kimi bahalaşa bilər. 
Təhlil "İnvest-AZ İnvestisiya Şirkəti" QSC-nin Analitika Departamenti tərəfindən hazırlanıb. / marja.az

Maliyyə     Tarix: 16 fevral 2023

Oxşar xəbərlər

Elektron ticarəti həyata keçirən qeyri-rezidentlər yeni qaydada vergi uçotuna alınacaq

Nazirlər Kabineti "İnternet informasiya ehtiyatı vasitəsilə elektron ticarəti həyata keçirən qeyri-rezidentin elektron qaydada vergi uçotuna alınması, yenidən uçota alınması və uçotdan çıxarılması, ƏDV-nin ödəyicis

Dövlət büdcəsinin gəlirləri azalıb

2026-cı ilin yanvar-may aylarında dövlət büdcəsinin gəlirləri 16 milyard 365,7 milyon manat olub. M. xəbər verir ki, Dövlət Statistika Komitəsinin dərc etdiyi 2026-cı ilin yanvar-may aylarında ölkənin iqtisadi və sosial inkişafını

Azərbaycanın tədiyyə balansında 323 milyon dollarlıq kəsir

2026-cı ilin 1-ci rübü üzrə tədiyə balansı qlobal əmtəə, xidmət və maliyyə bazarlarındakı qiymət və indekslərin yüksək dəyişkənliyindən təsirlənmişdir. Bu dövrdə cari əməliyyatlar balansında 1.7 mlrd. dollar həcmində profisi

Azərbaycan iqtisadiyyatı 1,4% böyüyüb, istehlak qiymətləri 5,7% artıb

2026-cı ilin yanvar–iyul aylarında Azərbaycanda 76 milyard 817,7 milyon manatlıq ümumi daxili məhsul istehsal olunub. Ölkə iqtisadiyyatı real ifadədə 1,4% böyüyüb. Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, iqtisad

Ölkəyə 5 min ton daha az düyü gətirilib

2026-cı ilin ilk yarısında Azərbaycana 25 min 608,64 ton düyü idxal olunub. İdxal olunan düyünün statistik dəyəri 22 milyon 511,34 min ABŞ dolları təşkil edib. Dövlət Gömrük Komitəsinin xarici ticarət üzrə gömrük statistikasın

Azərbaycan biznesi Afrikaya gedir – Qeydiyyat başladı

() Africa–Azerbaijan Cooperation (AFAZ) 21–23 oktyabr 2026-cı il tarixlərində Keniyanın Nayrobi şəhərində keçiriləcək BIG 5 Construct Kenya 2026 beynəlxalq tikinti və inşaat sərgisində Azərbaycan Pavilyonunun təşkilini həyat

Sənaye parkları rezidentlərinin idxal etdiyi ƏDV-dən və gömrük rüsumlarından azad olunan texnikaların siyahısı təsdiqlənib

Sənaye və texnologiyalar parklarının idarəedici təşkilatı və operatoru tərəfindən idxal edilən, əlavə dəyər vergisindən və gömrük rüsumlarından azad olunan texnika, texnoloji avadanlıq və qurğuların siyahısı təsdiq edilib

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

()  İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. İnvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə ABŞ-İran gərginliyi 1-5 iyun həftəsində bazarlarda risk aktivləri üzərnd

Vergi daxilolmalarında 850 milyon manatlıq əlavə gəlir gözlənilir

Dövlət büdcəsinin 2026-cı ilin sonuna gözlənilən icra göstəriciləri açıqlanıb. Dövlət büdcəsinin gəlirləri. 2026-cı ilin sonuna dövlət büdcəsinin gəlirlərinin 39365,0 milyon manat təşkil edəcəyi gözlənilir ki, bu da təsdi


iqtisadi xeberler emlak xeberleri bank faizleri dollar mezenne valyuta kurslari