Azərbaycanın tədiyyə balansında 323 milyon dollarlıq kəsir

Azərbaycanın tədiyyə balansında 323 milyon dollarlıq kəsir2026-cı ilin 1-ci rübü üzrə tədiyə balansı qlobal əmtəə, xidmət və maliyyə bazarlarındakı qiymət və indekslərin yüksək dəyişkənliyindən təsirlənmişdir. Bu dövrdə cari əməliyyatlar balansında 1.7 mlrd. dollar həcmində profisit formalaşmış, kapital və maliyyənin hərəkəti balansı üzrə xalis xarici maliyyə aktivləri 0.2 mlrd. dollar artmış, xalis xarici maliyyə öhdəlikləri isə 2.0 mlrd. dollar azalmışdır.
Marja xəbər verir ki, bu 2026-cı ilin 1-ci rübü üzrə Tədiyə balansında bildirilir.
Qeyd edilib ki, hesabat dövründə cari əməliyyatlar balansının profisitinin ÜDM-ə nisbəti 9.5% təşkil etmişdir ki, bu da makroiqtisadi sabitlik baxımından müsbət haldır. Dövr ərzində ölkənin ehtiyat aktivlərinin reallaşmış hissəsi təqribən 0.3 mlrd. dollar (322.9 milyon dollar) azalmışdır. Lakin, ölkənin strateji valyuta aktivləri dövrün sonuna 117.4 mln. dollar artaraq 85.2 mlrd. dollar-a çatmışdır ki, bu da ölkənin makroiqtisadi dayanıqlığının daha da gücləndiyini və maliyyə resurslarının genişləndiyini göstərir. Bu dövrdə xam neftin orta qiyməti 79.5 dollar/barel olmuşdur.
CARİ ƏMƏLİYYATLAR BALANSI (CƏB)
2026-cı ilin I rübü il üzrə cari əməliyyatlar hesabının profisiti 1.7 mlrd. dollar və ya ÜDM-in 9.5%-ni təşkil etmişdir (2025-ci ilin I rübü üzrə 1.1 mlrd. dollar profisit olmuşdur). Neft-qaz sektoru üzrə CƏB-in profisiti ötən ilin müvafiq dövrünə nəzərən (ö.i.m.d.n.) 6.6% artaraq 4.1 mlrd. dollar, qeyri-neft-qaz sektoru üzrə CƏB-in kəsiri isə 9.7% azalaraq 2.4 mlrd. dollar məbləğində olmuşdur.
 Xarici ticarət balansı
2026-cı ilin I rübü üzrə xarici ticarət dövriyyəsi 9.9 mlrd. dollar təşkil etmiş, neft-qaz sektoru üzrə 4.7 mlrd. dollar həcmində profisit qeyri-neft-qaz sektoru üzrə 2.7 mlrd. dollar həcmində kəsiri bağlamışdır. Nəticədə hesabat dövründə xarici ticarət balansında 2.0 mlrd. dollar həcmində profisit yaranmışdır. 2026-cı ilin I rübü üzrə Azərbaycanın dünyanın 157 ölkəsi ilə ticarət əlaqələri olmuşdur. Xarici ticarətin 11.8%-i MDB üzvü olan ölkələrin, 88.2%-i isə digər xarici ölkələrin payına düşür.
Daha ətraflı buradan tanış ola bilərsiniz.
Azərbaycanın tədiyyə balansında 323 milyon dollarlıq kəsir/ marja.az

Maliyyə     Tarix: 17 iyun 2026

Oxşar xəbərlər

Avqust pensiyaları NƏ VAXT ÖDƏNİLƏCƏK?

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən avqustun 14-dən gec olmayaraq Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə bu ayın pensiyalarının ödənilməsi nəzərd

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

()  İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. InvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə, ötən həftə dünya maliyyə bazarlarında əsas diqqət ABŞ əmək bazarın

Azərbaycana süd idxalı kəskin artıb - İlk 5 ayda 17 milyon dolları keçib

2026-cı ilin ilk 5 ayında Azərbaycana 17 milyon 923,4 min dollar dəyərində süd və qaymaq idxal olunub. 2025-ci ilin eyni dövründə bu göstərici 11 milyon 358,8 min dollar idi. Dəyər ifadəsində idxal 6 milyon 564,6 min dolla

Azərbaycan iqtisadiyyatı 21 ildə 3,8 dəfə böyüyüb

Azərbaycanın ümumi daxili məhsulu 2003–2024-cü illər ərzində real ifadədə 3,8 dəfə artıb. xəbər verir ki, göstəricilər "Rəqabətin inkişafına və inhisarçılıq fəaliyyətinin qarşısının alınmasına dair 2027–2029-cu illə

Ölkəyə 5 min ton daha az düyü gətirilib

2026-cı ilin ilk yarısında Azərbaycana 25 min 608,64 ton düyü idxal olunub. İdxal olunan düyünün statistik dəyəri 22 milyon 511,34 min ABŞ dolları təşkil edib. Dövlət Gömrük Komitəsinin xarici ticarət üzrə gömrük statistikasın

Azərbaycanda kassa aparatları ilə qeydə alınan dövriyyə 3 milyard manatdan çox artıb

2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda yeni nəsil nəzarət-kassa aparatları (NKA) vasitəsilə qeydə alınan dövriyyə 23 milyard 328,9 milyon manata çatıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3 milyard 51,7 milyo

"İqtisadi artım üzrə işçi qrupu"nun növbəti iclası keçirilib

"Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası" çərçivəsində iqtisadi artımın və rəqabətqabiliyyətliliyin təmin edilməsi istiqamətində görülmüş işlər, tədbirlərin icra vəziyyət

Alıcılara 8 ayda 169 milyon manatdan çox ƏDV qaytarılıb

2026-cı ilin yanvar – avqust ayları ərzində ölkə ərazisində pərakəndə ticarət, ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisn

Avropa Mərkəzi Bankı sentyabrda faiz dərəcəsini artıra bilər

Cümə axşamı əsas faiz dərəcəsini dəyişmədən saxlayan Avropa Mərkəzi Bankı (AMB) iqtisadi və geosiyasi proseslərin inkişafından asılı olaraq sentyabrda faiz artımına gedə bilər. Marja xəbər verir ki, məsələyə yaxın mənbələri


iqtisadi xeberler bank faizleri internetden pul qazanmaq dollar məzənnəsi bitcoin qiymeti