Avro və qızıl bahalaşa bilər - Birjalarda son vəziyyət

Avro və qızıl bahalaşa bilər - Birjalarda son vəziyyətÖtən həftə Amerikada proqnozların altında dərc olunan inflyasiya göstəriciləri və "FOMC"-un son toplantısının protokollarından sonra maliyyə sektorundakı son qarışıqlıq fonunda bu ilin sonunda resessiyanın yaşanacağı ehtimalların daha da güclənməsini təsdiqləməsinə baxmayaraq, əksər investorlar FED-in mayın 3-də keçiriləcək iclasında faiz dərəcələrini əlavə 0.25% artıracağını düşünür.
Qarşıdakı bir neçə gün ərzində FED-in iclası ərəfəsində ənənəvi sükut dövrünə girməzdən əvvəl Nyu-York FED-in prezidenti Con Uilyams, İcraçı direktorlar Mişel Bouman, Kristofer Uoller və Liza Kuk da daxil olmaqla bir neçə FED rəsmisinin çıxışı investorlarının diqqət mərkəzində olacaq.
Həftə ərzində həmçinin ABŞ-da, İngiltərədə, Avrozonada və Almaniyada dərc olunacaq Sənaye və Xidmət Sektorlarında Biznes Aktivliyi İndeksi göstəriciləri də izləniləcək vacib iqtisadi göstəricilər arasında yer alır.
EUR
Bu həftə Avrozonada açıqlanacaq inflyasiya göstəriciləri, Avropa Mərkəzi Bankının son toplantısını protokolları, AMB sədri Kristin Laqardın çıxışı EURUSD məzənəsində tendensiyanın formalaşmasında əhəmiyyətli rol oynaya bilər. Təhlillərə əsasən EUR/USD məzənnəsində qiymət 1.09$ üzərində qaldığı müddətcə, avro dollar qarşısında 1.12$ hədlərinə qədər bahalaşa bilər. 
GBP
Ötən həftəni 1.24$ səviyyəsinin üzərində tamamlayan GBP/USD məzənnəsində trendin necə davam edəcəyinə bu həftə İngiltərədə dərc olunacaq inflyasiya səviyyəsi, pərakəndə satış dövriyyəsinin həcmi və əmək bazarına dair göstəricilər ciddi təsir edə bilər. 
Mart inflyasiya məlumatları İngiltərə Mərkəzi Bankının rəsmilərinin gələn ay keçiriləcək bank toplantısında faiz dərəcələrini əlavə 0.25% artırıb artırmayacağını müəyyən edə bilər.
GOLD
Amerikada ardıcıl olaraq zəif açıqlanan iqtisadi göstəricilər fonunda 2031$-a kimi bahalaşan qızılın unsiya üzrə qiyməti həftəsonuna doğru bir qədər geriləyərək ötən həftəni 2004$ səviyyəsində başa vurdu.
Təhlillərə əsasən bu həftə açıqlanacaq önəmli iqtisadi göstəricilər qiymətli metalın qiymətlərində də ciddi dalğalanmalar yarada bilər. Qızılın bir unsiya üzrə dəyəri 2010$ həddinin üzərində möhkəmlənə bilsə, 2025$-a və 2032$-a kimi bahalaşa bilər.
Təhlil İnvestAZ şirkətinin analitikləri tərəfindən hazırlanıb. / marja.az

Maliyyə     Tarix: 17 aprel 2023

Oxşar xəbərlər

Metallurgiya ixracında müsbət dinamika - Qara metal ixracı 24,6%, alüminium ixracı 44,6% artıb

2026-cı ilin yanvar-may aylarında qara metallar və onlardan hazırlanan məmulatların ixracı 46 milyon 428,6 min dollar təşkil edib. 2025-ci ilin eyni dövründə bu göstərici 37 milyon 257,6 min dollar idi. Dəyər ifadəsində artı

Alıcılara 8 ayda 169 milyon manatdan çox ƏDV qaytarılıb

2026-cı ilin yanvar – avqust ayları ərzində ölkə ərazisində pərakəndə ticarət, ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisn

Xarici ticarətdə 11 milyard manatdan çox müsbət saldo yaranıb

Dövlət Statistika Komitəsi "Xarici ticarət əlaqələri haqqında" başlığı ilə məlumatlar açıqlayıb. Qeyd edilib ki, 2026-cı ilin yanvar-avqust aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanı

Ərazilərin minalardan təmizlənməsinə ötən il 74,8 milyon manat xərclənib

Ötən il azad olunmuş ərazilərin minalardan təmizlənməsinə xərclənən vəsait açıqlanıb. Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbayca

Yeni nəsil nəzarət-kassa aparatları 8 ayda 20,4 milyard manat dövriyyəni qeydə alıb

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən ölkədə yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir. Xidmtin yaydığı məlumatda bildirilir ki, indiyədək ölkə ərazisind

Azərbaycana süd idxalı kəskin artıb - İlk 5 ayda 17 milyon dolları keçib

2026-cı ilin ilk 5 ayında Azərbaycana 17 milyon 923,4 min dollar dəyərində süd və qaymaq idxal olunub. 2025-ci ilin eyni dövründə bu göstərici 11 milyon 358,8 min dollar idi. Dəyər ifadəsində idxal 6 milyon 564,6 min dolla

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

()  İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. InvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə, 13–19 iyul 2026-cı il tarixlərində qlobal maliyyə bazarlarında əsa

Neft-qaz sektoru 0,6 faiz kiçilib, qeyri neft-qaz sektoru isə 2,2 faiz böyüyüb

2026-cı ilin yanvar-iyul aylarında ölkədə 76 milyard 817,7 milyon manat məbləğində və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,4 faiz çox ümumi daxili məhsul (ÜDM) istehsal edilib. Dövlət Statistika Komitəsinin açıqladığ

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

()  İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. İnvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə 15–21 iyun 2026 həftəsində valyuta və əmtəə bazarlarında əsas hərəkətveric


iqtisadi xeberler iqtisadiyyat xeberleri valyuta xeberleri biznes qurmaq online pul qazanmaq