Avro və qızıl daha da bahalaşa bilər - BİRJALARDA SON VƏZİYYƏT

Avro və qızıl daha da bahalaşa bilər - BİRJALARDA SON VƏZİYYƏTÖtən həftənin sonu Amerikada proqnozların altında dərc olunan əmək bazarı göstəricilərindən sonra bu həftə diqqətlər ABŞ-da açıqlanacaq inflyasiya göstəriciləri və "FOMC"-un son toplantısının protokolları investorların diqqət mərkəzində olacaq.
Çərşənbə günü Amerikada açıqlanacaq mart ayı üçün inflyasiya rəqəmləri, qiymət təzyiqlərinin FED-in daha aqressiv faiz artımlarına olan iştahını azaldıb azaltmayacağınını görmək üçün yaxından izləniləcək.
Analitiklər İstehlak Qiymətlərinin Baza  İndeksinin aylıq müqayisədə 0.4%-ə, illik müqayisədə isə 5.6%-ə yüksələcəyini proqnozlaşdırırlar.
Qeyd edək ki, inflyasiya rəqəmləri ABŞ-da proqnozların altında dərc olunan əmək bazarı göstəricilərindən sonra açıqlanacaq. Bu isə maliyyə sabitliyi risklərinin necə dəyişcəyinə işıq tutacağı üçün FED-in 2-3 may tarixlərində keçiriləcək toplantısında faiz dərəcələrinin növbəti dəfə artırılıb artırılmayacağına dair gözləntiləri müəyyənləşdirə bilər.
Çərşənbə günü "FOMC"-un mart iclasının protokolları dərc olunacaq. Protokollarda FED rəsmilərinin açıqlamalarında monetar siyasətin daha da sərtləşdirilməsi meylləri və maliyyə sisteminin dayanıqlığı ilə bağlı ipucları axtarılacaq.
Cümə günü isə mart ayı üçün İstehsal Qiymətləri İndeksi, Pərakəndə Satış Dövriyyəsi kimi önəmli iqtisadi göstəricilər dərc olunacaq.
Həftə ərzində Nyu-York FED-in sədri Con Uilyams, Filadelfiya FED-in sədr Patrik Harker, Minneapolis FED-in sədri Nil Kaşkari və Riçmond FED-in sədri Tomas Barkin də daxil olmaqla bir neçə FED rəsmisinin çıxışları da investorların diqqət mərkəzində olacaq.
EUR
Bu həftə Almaniyada açıqlanacaq İstehlak Qiymətləri İndeksi göstəriciləri EUR/USD məzənəsində tendensiyanın formalaşmasında əhəmiyyətli rol oynaya bilər. Təhlillərə əsasən EURUSD məzənnəsində qiymət 1.09$ üzərində möhkəmlənərsə, avro dollar qarşısında 1.11$ hədlərinə qədər bahalaşa bilər. 
GBP
Ötən həftəni 1.24$ səviyyəsinin üzərində tamamlayan GBP/USD məzənnəsində trendin necə davam edəcəyinə bu həftə İngiltərədə dərc olunacaq İqtisadi İnkişaf Səviyyəsinə dair göstəricilər və İngiltərə Mərkəzi Bankının sədri Endyu Beylinin çıxışları ciddi təsir edə bilər. 
GOLD
Amerikada ardıcıl olaraq zəif açıqlanan iqtisadi göstəricilər fonunda 2031$-a kimi bahalaşan qızılın unsiya üzrə qiyməti həftəsonuna doğru bir qədər geriləyərək ötən həftəni 2007$ səviyyəsində başa vurdu.
Təhlillərə əsasən bu həftə Amarikada açıqlanacaq inflyasiya göstəriciləri və "FOMC"-un son toplantısının protokolları, eləcə də Almaniyada dərc olunacaq İstehlak Qiymətləri İndeksi  və İngiltərədə yayımlanacaq ÜDM-in həcminə dair rəqəmlər və İngiltərə Mərkəzi Bankının sədri Endryu Beylinin çıxışları valyuta bazarlarında aktivliyin artmasına səbəb ola bilər. Bu isə qiymətli metalın qiymətlərində də ciddi dalğalanmalar yarada bilər. Qızılın bir unsiya üzrə dəyəri 2010$ həddinin üzərində möhkəmlənə bilsə, 2025$-a və 2032$-a kimi bahalaşa bilər.
Məlumat "İnvest-AZ İnvestisiya Şirkəti" QSC-nin Analitika Departamenti tərəfindən hazırlanıb. / marja.az

Maliyyə     Tarix: 10 aprel 2023

Oxşar xəbərlər

Metallurgiya ixracında müsbət dinamika - Qara metal ixracı 24,6%, alüminium ixracı 44,6% artıb

2026-cı ilin yanvar-may aylarında qara metallar və onlardan hazırlanan məmulatların ixracı 46 milyon 428,6 min dollar təşkil edib. 2025-ci ilin eyni dövründə bu göstərici 37 milyon 257,6 min dollar idi. Dəyər ifadəsində artı

Alıcılara 8 ayda 169 milyon manatdan çox ƏDV qaytarılıb

2026-cı ilin yanvar – avqust ayları ərzində ölkə ərazisində pərakəndə ticarət, ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisn

Xarici ticarətdə 11 milyard manatdan çox müsbət saldo yaranıb

Dövlət Statistika Komitəsi "Xarici ticarət əlaqələri haqqında" başlığı ilə məlumatlar açıqlayıb. Qeyd edilib ki, 2026-cı ilin yanvar-avqust aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanı

Ərazilərin minalardan təmizlənməsinə ötən il 74,8 milyon manat xərclənib

Ötən il azad olunmuş ərazilərin minalardan təmizlənməsinə xərclənən vəsait açıqlanıb. Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbayca

Yeni nəsil nəzarət-kassa aparatları 8 ayda 20,4 milyard manat dövriyyəni qeydə alıb

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən ölkədə yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir. Xidmtin yaydığı məlumatda bildirilir ki, indiyədək ölkə ərazisind

Azərbaycana süd idxalı kəskin artıb - İlk 5 ayda 17 milyon dolları keçib

2026-cı ilin ilk 5 ayında Azərbaycana 17 milyon 923,4 min dollar dəyərində süd və qaymaq idxal olunub. 2025-ci ilin eyni dövründə bu göstərici 11 milyon 358,8 min dollar idi. Dəyər ifadəsində idxal 6 milyon 564,6 min dolla

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

()  İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. InvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə, 13–19 iyul 2026-cı il tarixlərində qlobal maliyyə bazarlarında əsa

Neft-qaz sektoru 0,6 faiz kiçilib, qeyri neft-qaz sektoru isə 2,2 faiz böyüyüb

2026-cı ilin yanvar-iyul aylarında ölkədə 76 milyard 817,7 milyon manat məbləğində və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,4 faiz çox ümumi daxili məhsul (ÜDM) istehsal edilib. Dövlət Statistika Komitəsinin açıqladığ

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

()  İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. İnvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə 15–21 iyun 2026 həftəsində valyuta və əmtəə bazarlarında əsas hərəkətveric


iqtisadi xeberler iqtisadiyyat xeberleri valyuta xeberleri biznes qurmaq online pul qazanmaq