Avropa Komissiyasının rəhbəri: Aİ və ABŞ arasında yeni ticarət müharibəsi ola bilər
Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen Avropa İttifaqı və ABŞ arasında yeni ticarət müharibəsi ola biləcəyi barədə xəbərdarlıq edib.
KONKRET.az-ın TASS-a istinadən verdiyi xəbərə görə, buna səbəb ABŞ-ın qəbul etdiyi inflyasiyanın azaldılmasına dair qanundur.
Ursula fon der Lyayen bildirib ki, Avropa İttifaqı bu qanuna adekvat və balanslaşdırılmış şəkildə cavab verəcək: "Yeni ticarət müharibəsinin başlaması nə ABŞ-ın, nə də Avropanın maraqlarına uyğun deyil. ABŞ-ın bu qanunu haqsız rəqabətə, bazarların bağlanmasına və kritik vacib logistika zəncirinin pozulmasına gətirib çıxara bilər. Xüsusən bu qanun Avropada alternativ enerjinin inkişafı üçün vacib olan nadir faydalı qazıntılara ABŞ-da investisiya qoyulmasını və tədarükünü gecikdirə bilər. Ona görə də ABŞ-ı Avropanın narahatlığını nəzərə almağa və daha sıx koordinasiyaya çığırırıq".
Avropa Komissiyasının rəhbəri hesab edir ki, Avropa İttifaqı ölkələri iqtisadiyyatın subsidiyalaşdırılması üçün fond yaratmalı və hökumətlərin öz şirkətlərinə dəstək verməsi üçün çox sərt Avropa normalarını əhəmiyyətli dərəcədə sadələşdirməlidir.

"Bitcoin" 8 ayın maksimumuna yüksəlib - SON QİYMƏT
Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir
Bir-dən mikro sahibkarlar üçün rəqəmsal imkanlar: "Biznesdə birlikdə" proqramına start verildi
Rusiyadan Gürcüstana pul köçürmələri 20 illik minimuma düşüb
AMB: Valyuta alışları manat likvidliyini artırır, faizlərə azaldıcı təsir göstərir
Qazaxıstan əcnəbilər üçün bank hesabı açılışında qaydaları dəyişir
"Express Experience" Yay Təcrübə Proqramı – UĞURLA BAŞA ÇATIB
Mərkəzi Bank daşı tərəzinin hansı gözünə qoyacaq? – Faiz qərarı açıqlanır
"Monetri"nin kredit portfeli 30 milyon manatı keçib – aktivləri 38,9 milyon manata çatıb
"Bitcoin"in qiyməti 85 min dolları ötüb - SON QİYMƏT
Bill Qeyts kimdir?
Biznes qurmaq üçün nə lazımdır?
Marketinq nə demədir?
İKEA şirkətinin tarixi