Avropa Mərkəzi Bankı faizini daha da artırdı
Avropa Mərkəzi Bankının (AMB, ECB) İdarəetmə Şurası cümə axşamı keçirilən iclasında əsas faiz dərəcəsini 50 baza bəndi artıraraq illik 2%-dən 2,5%-ə qaldırıb.
Marja.az xəbər verir ki, Bank inflyasiya hədəfi olan 2%-ə çatmaq üçün faizin artırılmasını zəruri hesab edir.
İllik 12.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
AMB əsas yenidən maliyyələşdirmə dərəcəsini 2,5 faizə, marjinal kreditləşmə dərəcəsini 2,75 faizə, depozit dərəcəsini isə 2 faizə yüksəldib.
"Şura hesab edir ki, inflyasiyanın 2%-lik ortamüddətli hədəfə vaxtında qaytarılmasını təmin etmək üçün faiz dərəcələri hələ də əhəmiyyətli dərəcədə yüksəlməlidir", - açıqlamada deyilir.
Avropa Mərkəzi Bankı 2022-ci ildə avrozona iqtisadiyyatının artımı ilə bağlı proqnozunu sentyabrda gözlənilən 3,1%-dən 3,4%-ə yüksəldib.
Eyni zamanda, 2023-cü il üçün proqnoz sentyabrda nəzərdə tutulan 0,9%-dən 0,5%-ə endirilib. 2024-cü il üçün proqnoz dəyişməyərək 1,9% səviyyəsində qalıb.
AMB 2022-ci ildə Avro zonasında inflyasiya proqnozunu da artırıb - indi onun sentyabrda gözlənilən 8,1% əvəzinə 8,4% olacağını gözləyir.
Avro zonasında 2023-cü il üçün istehlak qiymətlərinin artımı proqnozu da 5,5%-dən 6,3%-ə, 2024-cü il üçün isə 2,3%-dən 3,4%-ə qaldırılıb.
2022-ci ilin son iclasında Avropa Mərkəzi Bankı da faiz artım sürətini yavaşladan mərkəzi banklara qoşuldub. Bank əvvəlki iclasda faizlərini 75 baza bəndi artırmışdı.

"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"
"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri
Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək
Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var
Ən varlı "youtube" blogerlər nə qədər qazanır?
ChatGPT nədir və ChatGPT necə istifadə edilir?
Dünyanın ən zəngin idmançıları
Ən çox soruşulan müsahibə sualları hansılardır?
"Coca-Cola" haqqında 5 maraqlı fakt