Avropa Mərkəzi Bankı təəccübləndirmədi
Avropa Mərkəzi Bankı (AMB, ECB) bank böhranına görə diqqətlə izlənilən faiz qərarını açıqlayıb.
Marja xəbər verir ki, Bank faizlərini 0,50 faiz bəndi artıraraq illik 3%-dən 3,5%-ə qaldırıb. Bazarlarda da faizlərin 0,50 bənd artırılacağı gözlənilirdi. Bununla belə, Credit Suisse böhranı səbəbindən bəzi bazar aktyorları bankın ehtiyatlı şəkildə faizlərini 0,25 bənd artıracağını proqnozlaşdırırdılar.
"İdarəçilər Şurası ECB-nin üç əsas faiz dərəcəsini 0,50 baza bəndi artırmağa qərar verib", - AMB-nin məlumatında deyilir.
Mərkəzi Bank qeyd edib ki, inflyasiyanın uzun müddət çox yüksək səviyyələrdə qalacağı proqnozlaşdırılır. Bildirilib ki, qeyri-müəyyənlik məlumatlara əsaslanan yanaşma tələb edir.
Mətndə ECB-nin qiymət sabitliyi və maliyyə sabitliyi üçün addımlar atmağa hazır olduğu bildirilib. ECB-nin gələcək faiz addımları ilə bağlı heç bir mesajverməyib.
Credit Suisse böhranı tənəzzül narahatlıqlarını artırır
Qlobal maliyyə sisteminin mühüm banklarından biri olan Credit Suisse Group AG-yə artan inam problemi bankların kreditlərin verilməsini dayandırması nəticəsində iqtisadiyyatları tənəzzülə sürükləyə biləcək kredit böhranı riskini də artırıb.
Bir həftə ərzində 3 ABŞ bankının bağlanmasından sonra bu böhran qlobal iqtisadi baxışın yenidən formalaşmasına dair gözləntilərə səbəb olur. Ortaya çıxan ən böyük risk, bankların iqtisadiyyatların artmasını dəstəkləmək üçün kredit verməkdənsə, öz maliyyə vəziyyətlərinə diqqət yetirmələri ehtimalıdır.
3 ABŞ bankının bağlanmasına FED-in faiz artırmasının səbəb olduğu bildirilir. Belə ki, faizlərin artması dövlət istiqrazlarının dəyərdən düşməsinə səbəb olur. Bankların aktivlərinin bir hissəsi dövlət istiqrazlarında yerləşdirildiyi üçün onların ucuzlaşması aktivlərin "əriməsi" ilə nəticələnir. / marja.az

Bank Respublika-nın və AccessBank-ın səhmdarları mühüm əqdi təsdiqləyiblər
"Davr Bank"ın ABB qrupuna qoşulması regional biznes əlaqələrini genişləndirəcək"
Azərbaycan iqtisadiyyatı 21 ildə 3,8 dəfə böyüyüb
"Bank Respublika" "AccessBankı" aldıqdan sonra aktivləri ₼4,5 milyarda çatacaq
ABB ilə Davr Bank arasında əqd prosesi tamamlandı
Bir 1000-dən çox gənci "Spark "26" festivalında bir araya gətirdi
BOKT-ların biznes kreditləri verməsi daha çox təşviq ediləcək
Mərkəzi Bank BOKT-ların öhdəliklərinin kapitala nisbətini 3 hədd üzrə müəyyən edib
"MJ Finance" BOKT böyüyüb - aktivləri 50%-ə yaxın artıb
BOKT-ların problemli kreditləri üzrə yeni qaydalar hazırlanır
Ən bahalı otellər hansılardır?
İnstaqramda biznes qurmağın yolları
İşəgötürənlərin müsahibə zamanı ən çox verdiyi suallar
Dünyanın əh bahalı brendləri - TOP-10
Bill Qeyts kimdir?