Avropanın ən varlı ölkəsi xaricdən işçilər axtarır – PEŞƏLƏR, MAAŞLAR

Avropanın ən varlı ölkəsi xaricdən işçilər axtarır – PEŞƏLƏR, MAAŞLARİsveçrə, digər inkişaf etmiş ölkələr kimi böyük kadr defisiti ilə üzləşib. 
"Ericsson" 1 400 işçisini - İXTİSAR EDƏCƏK
FED.az İsveçrə mətbuatına istinadən xəbər verir ki, işçi qıtlığı özünü iqtisadiyyatın bütün əsas sahələrində göstərir. İsveçrədəki demoqrafik problemlər, doğumun azalması və əhalinin qocalması əmək bazarında indiyədək görünməyən ciddi dəyişikliyə səbəb olub və yerli ekspertlər bildirir ki, bu hələ başlanğıcdır. 
Belə ki, 2022-ci ilin sonunda İsveçrədə 120 mindən artıq yeni iş yeri açılıb. Bu 2003-cü ildən bəri ən yüksək göstəricidir. Yeni əməkdaşlar iqtisadiyyatın ən müxtəlif sektorlarında – emal sənayesində, səhiyyədə, ticarətdə, otel və restoran işində, əsaslı tikintidə və informasiya texnologiyaları sahəsində – tələb olunur. Ölkənin məşhur işədüzəltmə şirkəti olan "Adecco" agentliyi hər il xüsusilə böyük tələbat olan və işçi tapmağın çətin olduğu peşələrin siyahısını dərc edir. 
Kadr defisiti poblemi həm də ona görə kəskinləşib ki, son məlumatlara grə, 2022-ciilin sonunda İsveçrədə işsizlik cəmi 2,2%-ə düşüb. Bu son 20 ildə ən yüksək göstəricidir. İlk baxışdan bu əla göstəricidir – işsizliyin az olması əhalinin işlə təminatının yaxşı olduğunu göstərri, amma eyni zamanda bu ölkə iqtisadiyyatının işçi tapa bilmədiyinə işarədir. "Manpower Group" rekruktinq şirkətinin hesabatına görə, hazırda dünyada hər 4 şirkətdən 3-ü işçi tapmaqda çətinlik çəkir. Yeri gəlmişkən, bu sahədə ən ciddi problem Tayvan, Portuqaliyə, Sinqapur, Çi n və Hindistandadır. 
Avropada, o cümlədən İsveçrədə isə problemlərdən biri, əhalinin qocalması və doğuşun azalmasıdır. Hazırda burada doğuş həddi əhalinin təbii artımına imkan verən həddən (bir qadına 2,1 uşaq) aşağıdır. Üstəlik, vaxtilə yüksək artım dövründə – 1945-1960-cı illərdə doğulanlar artıq əmək bazarını tərk edirlər, onların yerini tutmağa isə kadr çatmır. Bu özünü xüsusilə səhiyyə sahəsində göstərir. Hazırda İsveçrədə həkim terapevtlərin qıtlığı yaşanır. Ali məktəblərin buraxdığı məzunlar isə yaranan boşluğu doldurmaq iqtidarında deyil. 
Problemi həll etmək üçün baxılan varinatlardan biri ölkəyə xarici vətəndaşların gəlişini və işlə təminatı prosedurunu asanlaşdırmaqdır. Artıq bununla bağlı hazırlıq başlayıb – 2022-ci ildən etibarən İsveçrədə mütəxəsislərin rahat hərəkəti üçün şərait yaradılıb. 
Hazırda İsveçrədə yaşayanların 30%-i bu ölkədə doğulmayanlardır. Amma burada vətəndaşlıq almaq olduqca çətin və bahadır. Müşahidələr göstərir ki, indi adamlar 10 il yaşayandan sonra bir neçə min frank verib vətəndaşlıq rəsmiləşdirməyə maraq göstərmirlər. Üstəlik, xaricdən işçi qüvvəsi biznesin və sənayennin tələbatını ödəyə bilər,  amma eyni zamanda ödlədə sıxlığa, nəqliyyat problemlərinə və mənzil qıtlığına səbəb ola bilər. Amma istənilən halda problemin həlli 3-cü ölkələrdən işçi qüvvəsi cəlb etməkdir. 
İsveçrə də isə əmək haqları yüksəkdir. 2022-ci ilin sonuna olan məlumatra görə, ölkədə orta aylıq əmək haqqı 4250 dollar təşkil edir. Bu rəqəm mikro, yəni 15-dək işçisi olan şirkətlərdə 2550 dollar, kiçik, yəni 100-dək işçisi olan şirkətlərdə 3830 dollar, orta şirkətlərdə (100-dən artıq işçi) 4680 dollar, işçi sayı 250dən başlayan iri şirkətlərdə isə 5950 dollara çatır. Büdcə təşkilatlarında isə orta maaş 3400 dollar ətrafındadadır. 
Ayrı-ayrı sahələrə gəlincə, İT mütəxəssislərin əmək haqqı 3250-7850 dollar ətrafında, dizaynerlər 3850-5200 dollar, marketinq mütəxəssisləri 2300-3600 dollar, təhsil sahəsində maaşlar 2400 dollardan ayda 21 min dollaradək dəyişir. 
İsveçrədə orta aylıq əmək haqqı ilə mühasiblər 3500-6800 dollar, ofis əməkdaşları 2500-5900 dollar, hüquqşünaslar 2400-22800 dollar, həkimlər 2550-7400 dollar arasında dəyişir. 
Ticarətdə işləyənlər 2100-4600 dollar, kosmetika və gözəllik sahəsində işləyənlər 2300-4500 dollar, tikinti sektorunda çalışanlar 2600-6400 dollar əmək haqqı alırlar. 
İsveçrədə ixtisaslı olmayaraq ayrı-ayrı sahələrdə çalışanlar isə 1800-3000 dollar arasında əmək haqqı ala bilirlər. 

Biznes     Tarix: 02 mart 2023

Oxşar xəbərlər

"Göygöl Şərab Zavodu"nun Müşahidə Şurası ilə bağlı qərar veriləcək

"Göygöl Şərab Zavodu" ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağını keçirəcək. xəbər verir ki, yığıncaq 6 noyabr 2026-cı il saat 11:00-da Göygöl şəhəri, Heydər Əliyev prospekti 2 ünvanında keçiriləcək. Yığıncağı

"Norm"un 5 illik strategiyası: Yeni zavodlar, məhsullar və Qarabağ planı – RAMİL MAHMUDOVLA MÜSAHİBƏ

Azərbaycanın sement sənayesində lider mövqeyə malik şirkətlərindən biri olan "Norm" ASC ölkənin tikinti materialları bazarında mühüm rol oynayır. Müasir istehsal texnologiyaları, illik 2,1 milyon ton sement istehsal

Bakı "PostEurop" Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

7–8 oktyabr 2026-cı il tarixlərində Bakıda "PostEurop" Baş Assambleyası və Biznes Forumu keçiriləcək. xəbər verir ki, beynəlxalq tədbirə AZCON Holding şirkətlərindən olan "Azərpoçt" MMC ev sahibliyi edəcək

"Gəncə Şərab-1"in dövlətə 30 min manata yaxın vergi borcu var – QƏRAR VERİLƏCƏK

"Gəncə Şərab-1" ASC-nin borclarının həll olunması məqsədilə şirkətin səhmdarlarının növbədənkənar iclası çağırılıb. xəbər verir ki, 6 noyabr 2026-cı il saat 15.00-da "Gəncə Şərab-1" ASC səhmdarlarını

Azərbaycanda restoranların dövriyyəsi 8% artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda ictimai iaşə dövriyyəsinin dəyəri 2 milyard 309,8 milyon manat olub. Bakıda məşhur restoran fəaliyyətini dayandırdı. bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir

Şərikli biznes quranların problemlə üzləşməməsi üçün - HÜQUQŞÜNASDAN 5 VACİB TÖVSİYƏ

Son illər Azərbaycanda ortaq şəkildə qurulan bizneslərin sayı artmaqda, şərikli iş quranların sıraları genişlənməkdədir. xatırladır ki, insanlar bəzən tək güclə biznesi qura bilməyəcəklərini anlayaraq müxtəlif şərtlərlə ortaqlı

Oxford Economics "McDonald"s Azərbaycan"ın iqtisadiyyata təsirini araşdırıb

Beynəlxalq konsaltinq şirkəti olan "Oxford Economics" "McDonald"s"ın Azərbaycan iqtisadiyyatına təsirini qiymətləndirib. xəbər verir ki, ictimaiyyətə təqdim olunan hesabata əsasən, şirkətin 2025-c

Pampers 23 milyard dollar qazanıb

ABŞ-ın istehlak malları istehsalçısı "Procter & Gamble" (P&G) şirkətinin 2027-ci maliyyə ilinin birinci rübündə satışları illik müqayisədə 4% artaraq 23,3 milyard dollara çatıb. Şirkətin maliyyə nəticələr

Bakıda Azərbaycan-Laos biznes-forumu keçiriləcək

Müvafiq göstərişlər verildi ki, iqtisadi sahədə, o cümlədən ticarət dövriyyəsi sahəsində əməkdaşlıq intensivləşsin. xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Laos Prezidenti Thonqlun Sisulitlə mətbuata bəyanatınd


iqtisadi xeberler biznes krediti telefonla pul qazanmaq depozit faizleri valyuta xeberleri