Avropanın ən xoşbəxt və bədbəxt ölkəri açıqlandı
Aİ-nin ən xoşbəxt və ən bədbəxt ölkələri açıqlanıb. Avropanın ən xoşbəxt ölkəsi Avstriya olub. İlk üçlükdə ittifaqın ən kasıb ölkələrindən biri olan Polşa və Rumıniyanın yer alması diqqət çəkib. Aİ-nin ən zəngin ölkələrindən biri olan Almaniya sonuncudan ikinci yerdədir. Sonuncu ölkə isə Bolqarıstan olub.
Avropa Birliyinin rəsmi statistika agentliyi olan "Eurostat" hər il üzv ölkələrin əhalisinin həyatlarından nə qədər xoşbəxt olduğunu araşdırıb.
"Bir ölkə nə qədər zəngindirsə, xalqı da bir o qədər xoşbəxtdir", – deyə fərz edilsə də, nəticələr bunu sübut etməyib. Almaniya 27 ölkə arasında ən güclü iqtisadiyyatlardan birinə sahibdir, lakin xoşbəxtlik baxımından vəziyyət o qədər də ürəkaçan deyil.
2021-ci ildə 7,1 bal toplayan Almaniyada son məlumatlar bu nisbətin 6,5-ə düşdüyünü göstərir. Kölndə yerləşən Rheingold İnstitutu da keçən həftə nəticələri açıqlanan sorğusunda almanların əhəmiyyətli bir hissəsinin "narahat, laqeyd və introvert" olduğunu bildirib.
İqtisadi durğunluqla yanaşı, Almaniya Ukraynadakı müharibə, görünməmiş immiqrasiya artımı və qeyri-populyar hökumət kimi problemlərlə də mübarizə aparır.
Digər tərəfdən, Aİ ölkələrində 16-29 yaş arası insanlar 65 yaşdan yuxarı olanlara nisbətən daha yüksək həyat məmnuniyyəti nümayiş etdiriblər. O da diqqəti cəlb edirdi ki, uşaqlı ailələr ən xoşbəxt, tək nəfərlik ailələr isə ən xoşbəxt ailələrdir. / banker.az

"The Digital Banker" ABB-ni Azərbaycanın ən yaxşı süni intellekt əsaslı bankı seçib
Avropa şirkətləri Azərbaycanda dövlət qurumlarından biznesə daha çox dəstək gözləyir
Avropa şirkətlərinin 57 %-i Azərbaycandakı iqtisadi vəziyyəti qənaətbəxş sayır
Xaçmazda fındıq bağını sığortalamaq neçəyə başa gəlir? – ŞƏRTLƏR, MƏBLƏĞLƏR
Son bir ildə Qarabağ və Naxçıvana investisiya yatıran Avropa şirkətlərinin sayı xeyli artıb
"Səhər 9-da sağlam, saat 2-də isə xəstə
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Kiçik biznesin böyük hədəflərinə Ziraat Bank Azərbaycandan sərfəli maliyyə dəstəyi
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
PAŞA Bankın səhmləri bu ay 5 faizə yaxın bahalaşıb – İlkin yerləşdirmə qiymətinə yaxınlaşıb
"iPhone 15" modelinin üstünlükləri
Ən bahalı otellər hansılardır?
İnvestisiyanın necə cəlb etmək olar?
Kriptovalyuta nədir və necə alınır?
Hazır biznes, yoxsa sıfırdan qurulan biznes?