"Avrora Qrup"da çalışmaq istəyənlərə - ŞAD XƏBƏR
"Avrora" MMC növbəti dəfə karyera günü keçirəcək. "Avrora" MMC, ailəsinin üzvü olmaq istəyən hər kəsi karyera gününə dəvət edir. Sürətlə inkişaf edən, qarşısına qoyduğu hədəflərə uğurla addımlayan Avrora şirkəti öz komandasını genişləndirmək, eyni zamanda peşəkar kadrları cəlb etmək üçün 22.06.2023-cü il tarixində saat 10:00-dan 15:00-a qədər karyera günü təşkil edəcək.
Karyera günündə sürücü, sürücü köməkçisi, satış nümayəndəsi, merçendayzer, fəhlə, və müxtəlif istiqamətlərdə mütəxəssis kateqoriyalı vəzifələr üzrə müraciətlər qəbul ediləcək. Anket formasını dolduraraq müraciət etmiş namizədlər aktiv vakansiyalar üzrə uyğun olduğu təqdirdə təkrar müsahibəyə (imtahana) dəvət ediləcəklər.
Qeyd edək ki, karyera günündə iştirak edən namizədlərin bir qrupu gələcəkdə yaranacaq vakansiyalar üçün ehtiyat bazaya əlavə olunacaq. Gələcəkdə tələb yaranan zaman işə qəbul prosesində bu namizədlərə üstünlük veriləcək.
Karyera günündə iştirak etmək istəyən namizədlər 22.06.2023-cü il saat 10:00-dan etibarən Nərimanov rayonu, Aşıq Molla Cümə 46 C ünvanında yerləşən "Avrora" MMC-nin mərkəzi ofisinə şəxsiyyət vəsiqəsi ilə yaxınlaşmaqları xahiş olunur. / fed.az

EIB "Bank Respublika" və "AccessBank"ın birləşməsi ilə əldə etdiyi kompensasiyanın detallarını açıqlayıb
Azərbaycanda yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq
BOKT-un mənfəəti 5 dəfəyə yaxın artıb - Kredit portfeli 15,7 milyon manata çatıb
"PAŞA Həyat"ın ödənişləri 548 milyon manatı keçib, xalis mənfəəti artıb
"PAŞA Sığorta"da yığımlar artaraq 309 milyon manata çatıb, ödənişləri isə 131 milyon manata yaxınlaşıb
"A-Qroup"un mənfəəti 34% artıb, sığorta ödənişləri azalıb
"Xalq Həyat"ın mənfəəti artıb, sığorta ödənişləri azalıb
"İpək Yolu Sığorta"nın yığımları 75%, mənfəəti 53% artıb
Dövlət şirkətinin əmlak satışlarının müsabiqə vaxtı uzadıldı
ING: Azərbaycan Mərkəzi Bankı 2027-ci ildə uçot dərəcəsini sabit saxlayacaq
Onlayn biznes ideyaları
Dünyanın ən çox maaş verən şirkətləri
ChatGPT nədir və ChatGPT necə istifadə edilir?
Biznes nədir?
Biznes qurmaq üçün nə lazımdır?