"Avrora Qrup"un baş sponsorluğu ilə keçirilən "Zəfər Kuboku"nun qalibləri müəyyənləşib - FOTOLAR
15-16 iyun tarixində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş jurnalistlər arasında voleybol üzrə "Zəfər Kuboku"nun oyunları keçirilib.
FED.az xəbər verir ki, "Avrora Qrup"un baş sponsorluğu, İdman Araşdırmalar Mərkəzinin (İAM) təşkilatçılığı, Azərbaycan Voleybol Federasiyasının (AVF) dəstəyi ilə gerçəkləşən turnirin oyunları Qusar Olimpiya İdman Kompleksində keçirilib.
42 jurnalist, 6 komanda ilə baş tutan turnir gərgin oyunlarla yadda qalıb. Sonda komandalar arasında ən güclü "Şuşa" olub və birincilik kürsüsünə qalxıb.
Sonda mükafatlandırma mərasimi keçirilib. Çempion komandaya kubok və qızıl medallar, iki və üçüncü yerin sahiblərinə isə müvafiq olaraq gümüş və bürünc medallar təqdim olunub. Turnirin ən yaxşı oyunçusu seçilən "Şuşa"nın voleybolçusu Anar Məmmədov isə xüsusi mükafata layiq görülüb.
Zəfər Kuboku oyunları:
15 iyul
A qrupu
"Füzuli" - "Suqovuşan" - 0:2
"Xankəndi" - "Suqovuşan" - 0:2
"Füzuli" - "Xankəndi" - 0:2
B qrupu
"Kəlbəcər" - "Şuşa" - 0:2
"Zəngilan" - "Şuşa" - 0:2
"Kəlbəcər" - "Zəngilan" - 2:0
16 iyul
Yarımfinallar
10:00. "Suqovuşan" - "Kəlbəcər" - 0:2
11:00. "Xankəndi" - "Şuşa" - 0:2
3-cü yer uğrunda görüş
12:00. "Suqovuşan" - "Xankəndi" - 1:2
Final
13:00. "Şuşa" - "Kəlbəcər" - 2:0

EIB "Bank Respublika" və "AccessBank"ın birləşməsi ilə əldə etdiyi kompensasiyanın detallarını açıqlayıb
Azərbaycanda yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq
BOKT-un mənfəəti 5 dəfəyə yaxın artıb - Kredit portfeli 15,7 milyon manata çatıb
"PAŞA Həyat"ın ödənişləri 548 milyon manatı keçib, xalis mənfəəti artıb
"PAŞA Sığorta"da yığımlar artaraq 309 milyon manata çatıb, ödənişləri isə 131 milyon manata yaxınlaşıb
"A-Qroup"un mənfəəti 34% artıb, sığorta ödənişləri azalıb
"Xalq Həyat"ın mənfəəti artıb, sığorta ödənişləri azalıb
"İpək Yolu Sığorta"nın yığımları 75%, mənfəəti 53% artıb
Dövlət şirkətinin əmlak satışlarının müsabiqə vaxtı uzadıldı
ING: Azərbaycan Mərkəzi Bankı 2027-ci ildə uçot dərəcəsini sabit saxlayacaq
Onlayn biznes ideyaları
Dünyanın ən çox maaş verən şirkətləri
ChatGPT nədir və ChatGPT necə istifadə edilir?
Biznes nədir?
Biznes qurmaq üçün nə lazımdır?