Aylıq 66 manatı ödəmədən Bakıda taksi fəaliyyəti ilə məşğul olanların qarşısı alınacaq

Aylıq 66 manatı ödəmədən Bakıda taksi fəaliyyəti ilə məşğul olanların qarşısı alınacaqAvtomobil nəqliyyatı sahəsində də son dövrlər qeyri-formal məşğulluğun qarşısının alınmasına dair nəzarət tədbirləri həyata keçirilir.
Marja.az xəbər verir ki, bunu Dövlət Vergi Xidmətinin İdarə rəisi Nigar Vahabzadə bildirib.
Xidmətin rəsmisi qeyd edib ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada "Fərqlənmə nişanı" alan avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarını həyata keçirən vergi ödəyiciləri tərəfindən minimum aylıq əməkhaqqının 6 faizi miqdarında məcburi dövlət sosial sığorta haqqı ödənilməlidir. Həmin Qanunun 14.6-1-ci maddəsinə əsasən, 14.5.1.1-10-cu maddədə göstərilən fiziki şəxslər tərəfindən məcburi dövlət sosial sığorta haqqı "Fərqlənmə nişanı" alınarkən ödənilir. Eyni zamanda, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 221.4.7-ci maddəsinə əsasən, "Fərqlənmə nişanı" almaq üçün vergi ödəyicisinin ərizəsinə həmin fəaliyyət üçün sadələşdirilmiş verginin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsini təsdiq edən bank ödəniş sənədi əlavə olunmalıdır. Avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarını həyata keçirən hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər hesablanmış vergini, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqını tam məbləğdə dövlət büdcəsinə ödədikdən sonra onlara "Fərqlənmə nişanı" verilməlidir.
Nigar Vahabzadə nümunələr də təqdim edib:
Nümunə 1. Vergi ödəyicisi Bakı şəhərində fərdi qaydada taksi fəaliyyəti ilə məşğuldur. Bu halda vergi ödəyicisinin aylıq ödəməli olduğu vergi, məcburi dövlət sosial sığorta haqqı (MDSS haqqı) və icbari tibbi sığorta haqqı (İTS haqqı) müvafiq əmsallar nəzərə alınmaqla aşağıdakı kimi hesablanmalıdır:
Vergi məbləği: 9x2=18 manat
MDSS haqqı: (300x6%)x2=36 manat
İTS haqqı: 300x4%=12 manat.
Nümunə 2. Vergi ödəyicisi rayonda fərdi qaydada 5 tonluq nəqliyyat vasitəsi ilə yükdaşıma fəaliyyəti ilə məşğuldur. Bu halda vergi ödəyicisinin aylıq ödəməli olduğu vergi, məcburi dövlət sosial sığorta haqqı (MDSS haqqı) və icbari tibbi sığorta haqqı (İTS haqqı) müvafiq əmsallar nəzərə alınmaqla aşağıdakı kimi hesablanmalıdır:
Vergi məbləği: 5x1x1=5 manat
MDSS haqqı: (300*6%)x1=18 manat
İTS haqqı: 300x4%=12 manat.

Maliyyə     Tarix: 18 noyabr 2022

Oxşar xəbərlər

Dövlət Vergi Xidməti büdcəyə proqnozdan 913 milyon manat artıq vəsait toplayıb: Rekord həcm – 9 ayda 13,6 milyard manat

Azərbaycanda vergi daxilolmaları 13,6 milyard manatı ötdü – Büdcəyə proqnozdan 913 milyon manat artıq vəsait daxil olub. 2026-cı ilin ilk 9 ayında Azərbaycanda dövlət büdcəsinə vergi daxilolmaları əhəmiyyətli dərəcədə artıb

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

()  İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. İnvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə 15–21 iyun 2026 həftəsində valyuta və əmtəə bazarlarında əsas hərəkətveric

Azərbaycana süd idxalı kəskin artıb - İlk 5 ayda 17 milyon dolları keçib

2026-cı ilin ilk 5 ayında Azərbaycana 17 milyon 923,4 min dollar dəyərində süd və qaymaq idxal olunub. 2025-ci ilin eyni dövründə bu göstərici 11 milyon 358,8 min dollar idi. Dəyər ifadəsində idxal 6 milyon 564,6 min dolla

Azərbaycan iqtisadiyyatı 1,4% böyüyüb, istehlak qiymətləri 5,7% artıb

2026-cı ilin yanvar–iyul aylarında Azərbaycanda 76 milyard 817,7 milyon manatlıq ümumi daxili məhsul istehsal olunub. Ölkə iqtisadiyyatı real ifadədə 1,4% böyüyüb. Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, iqtisad

Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 883 minə yaxınlaşıb

Azərbaycanda aktiv vergi ödəyicilərinin, ƏDV ödəyicilərinin və təsərrüfat subyektlərinin sayında artım qeydə alınıb. Marja xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumatına görə, 2026-cı i

Yeni nəsil nəzarət-kassa aparatları 8 ayda 20,4 milyard manat dövriyyəni qeydə alıb

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən ölkədə yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir. Xidmtin yaydığı məlumatda bildirilir ki, indiyədək ölkə ərazisind

1 tonu üçün 150 manat gömrük yığımı alınacaq

Nazirlər Kabineti 26 aprel 2016-cı il tarixli "Gömrük yığımlarının məbləğləri"ndə dəyişiklik edib. Bununla bağlı Baş nazir Əli Əsədov yeni əmr imzalayıb. VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən. Qərar

Azərbaycanın ərzaq idxalı daha da artıb - 5 ayda 1 milyard 130 milyon dolları keçib

2026-cı ilin yanvar-may aylarında Azərbaycana 1 milyard 130 milyon 813,6 min dollar dəyərində yeyinti məhsulları idxal olunub. 2025-ci ilin eyni dövründə bu göstərici 1 milyard 64 milyon 125,9 min dollar idi. Yeyinti məhsullar

Dövlət Vergi Xidməti süni intellektə keçir, məktubları artıq süni intellekt emal edir

Dövlət Vergi Xidməti (DVX) süni intellekt və məlumat analitikası texnologiyalarının tətbiqini genişləndirir. Hazırda qurumda sənəd dövriyyəsi, proqram təminatının test edilməsi, ƏDV geri al sisteminin emalı və digər istiqamətlərd


iqtisadi xeberler dollarin kursu bu gun emlak xeberleri internetden pul qazanmaq dollar manat kursu