Azad olunan ərazilərdə biznesə - GÜZƏŞTLƏR VƏ DƏSTƏK BAŞLANDI – FƏRMAN

Azad olunan ərazilərdə biznesə - GÜZƏŞTLƏR VƏ DƏSTƏK BAŞLANDI – FƏRMANİşğaldan azad edilmiş ərazilərimizdə işçi və işəgötürənlər üçün əmək münasibətləri ilə bишağlı stimullaşdırıcı tədbirlərə başlanır
FED.az xəbər verir ki, prezident İlham Əliyev işğaldan azad olunmuş ərazilərdə biznesə güzəştləri və dəstək tədbirlərin nəzərdə tutan yenilikləri təsdikləyib. Sözügedən dəyişikliklər "Sosial müavinətlər haqqında", "Sosial sığorta haqqında", "Miqrasiya haqqında" qanunlarda və Əmək Məcəlləsində əksini tapıb.
Bu yeniliklər işğaldan azad edilmiş ərazilərimizdə məskunlaşaraq işləyənlər və işəgötürənlər üçün stimullaşdırıcı mexanizmlərin, onlar üçün bir sıra güzəştləri nəzərdə tutan dəstək paketinin tətbiqinə, bu ərazilərdə əmək resurslarının səmərəli idarə olunmasına xidmət edir.
Yeni qanunvericilik aktlarına əsasən, Əmək Məcəlləsinə "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssis" anlayışı əlavə olunub. Bu anlayışa peşə, orta ixtisas və ali təhsil müəssisəsini bitirmiş və son 5 il ərzində azı 2 il əmək stajı olan və ölkəmizin işğaldan azad edilmiş ərazilərində əmək müqaviləsi  əsasında işləyən işçilər aid edilib.
İşğaldan azad edilmiş ərazilərimizdə məskunlaşaraq işləyən həmin mütəxəssislərə:
•           hər il 5 gün əlavə məzuniyyət veriləcək;
•           aylıq vəzifə maaşına əlavələr hesablanacaq;
•           600 manat birdəfəlik müavinət veriləcək.
İşğaldan azad edilmiş ərazilərimizdə fəaliyyət göstərən, qeyri-dövlət sektoru üzrə neft-qaz sahələrinə aid olmayan işəgötürənlər tərəfindən işçilər üçün ödənilən sosial sığorta haqlarının:
         01.01.2023-cü ildən 01.01.2026-cı ilədək – 100 faizi,
         01.01.2026-cı ildən 01.01.2029-cu ilədək – 80 faizi,
         01.01.2029-cu ildən 01.01.2031-ci ilədək – 60 faizi,
         01.01.2031-ci ildən 01.01.2033-cü ilədək – 40 faizi;
         fərdi sahibkarlar, ailə-kəndli təsərrüfatları, torpaq pay mülkiyyətçiləri və b. tərəfindən ödənilən sosial sığorta haqlarının isə 10 il müddətində 100%-i
dövlət büdcəsinin vəsaiti hesabına subsidiyalaşdırılacaq.
Ödənilən sosial sığorta haqları dövlət büdcəsindən onlara geri qaytarılacaq, işçilərin isə fərdi hesablarında pensiya kapitalı toplanması, beləliklə, sosial sığorta stajları davam edəcək.
Eyni zamanda işğaldan azad edilmiş ərazilərimizdə işlərə cəlb edilən əcnəbi mütəxəssislərə əmək miqrasiyası kvotası 5 il tətbiq edilməyəcək, kvotanın dolması səbəbindən iş icazəsi verilməsindən imtina edilməsi onlara şamil olunmayacaq. Onlara iş icazələrinin verilməsi sahəsində də güzəştlər tətbiq olunacaq.

Biznes     Tarix: 28 dekabr 2022

Oxşar xəbərlər

Tenderyard Azərbaycanda alış-satışa yeni yanaşma - TƏQDİM EDİR

Azərbaycanda rəqəmsal ticarət imkanları genişləndikcə alıcı və satıcıların bir-biri ilə daha rahat əlaqə qurmasına imkan verən platformalara maraq artır.  xəbər verir ki, bu istiqamətdə fəaliyyət göstərənTenderyard.com alı

"Azərsun Holdinq" qeyri-neft sektorunun ikinci ən böyük ixracatçısı olub

"Azərsun Holdinq"in tərkibində fəaliyyət göstərən "Azərbaycan Şəkər İstehsalat Birliyi" MMC qeyri-neft sektorunun ikinci ən böyük ixracatçısı olub. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, 2026-c

Azərbaycanda sahibkar qadınlar kişilərdən – 3 DƏFƏ AZDIR

Bu ilin əvvəlində Azərbaycanda fərdi sahibkarların sayı 1 milyon 454 min 61 nəfər olub. Bank və sığorta sektorunda kişilərin maaşı qadınlardan 1421 manat çoxdur. biznes və maliyyə xəbərləri portalı Dövlət Statistika Komitəsin

Dövlət şirkətlərinin idarəetmə orqanlarının üzvlərinin mükafatlandırılması qaydası dəyişib

Nazirlər Kabineti 4 iyun 2019-cu il tarixli "Paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin fəaliyyətində səmərəliliyin artırılması ilə bağlı bir sıra normativ hüquqi aktların təsdiq edilməs

Bakıda Almaniya-Azərbaycan biznes konfransı keçiriləcək

Oktyabrın 27-də Bakıda qida emalı və qablaşdırma avadanlıqları sahəsində ixtisaslaşmış Almaniya şirkətlərinin nümayəndə heyətinin iştirakı ilə Almaniya-Azərbaycan biznes konfransı və fərdi işgüzar görüşlər keçiriləcək. xəbə

Azərbaycanda restoranların dövriyyəsi 8% artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda ictimai iaşə dövriyyəsinin dəyəri 2 milyard 309,8 milyon manat olub. Bakıda məşhur restoran fəaliyyətini dayandırdı. bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir

Pampers 23 milyard dollar qazanıb

ABŞ-ın istehlak malları istehsalçısı "Procter & Gamble" (P&G) şirkətinin 2027-ci maliyyə ilinin birinci rübündə satışları illik müqayisədə 4% artaraq 23,3 milyard dollara çatıb. Şirkətin maliyyə nəticələr

Azərbaycanda bazarın fəaliyyəti nəzarətə götürüldü – Ciddi pozuntular aşkarlanıb

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Qazax-Tovuz regional bölməsinın əməkdaşları tərəfindən Şəmkir şəhəri, 20 Yanvar küçəsində fəaliyyət göstərən, "Həbibli-1" MMC-yə məxsus bazarda yoxlama keçirilib. "Qızı

"Gəncə Şərab-1"in dövlətə 30 min manata yaxın vergi borcu var – QƏRAR VERİLƏCƏK

"Gəncə Şərab-1" ASC-nin borclarının həll olunması məqsədilə şirkətin səhmdarlarının növbədənkənar iclası çağırılıb. xəbər verir ki, 6 noyabr 2026-cı il saat 15.00-da "Gəncə Şərab-1" ASC səhmdarlarını


iqtisadi xeberler rubl mezenne dollar kursu dollarin kursu bu gun kripto