Azad olunmuş ərazilərdə biznes qurmaq üçün KOBİA-ya - 1332 MÜRACİƏT DAXİL OLUB
"Bu gün sahibkarların 21 %-dən çoxu qadın sahibkarlardır. Bu, ildən-ilə artır".
Azad edilən ərazilərdə işləmək üçün 50 sahibkar qadın - MÜRACİƏT EDİB
FED.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi ilə Ailə, qadın və uşaq məsələləri komitəsinin birgə keçirilən iclasında Kiçik və Orta biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov deyib.
Orxan Məmmədov bildirib ki, müxtəlif dəstək paketləri var və bu dəstək paketləri qadın sahibkarlara da təklif olunur: "KOBİA yaranan ilk gündən İctimai Şurada fəal təmsil olunan qadın sahibkarlar var. Bir neçə layihəmiz var ki, məhz onu qadın sahibkarlığın inkişafı üçün etmişik. Ötən il yaradılmış Qarabağ və Şərqi Zəngəzur İqtisadi rayonlarında qadın sahibkarların fəaliyyətinin artırılmasını da yüksək qiymətləndiririk. Qadın sahibkarlarımızın azad edilmiş ərazilərdə biznes qurmağa diqqəti artır. Bu günədək azad olunmuş ərazilərdə iş, biznes qurmaq üçün KOBİA-ya 1332 müraciət daxil olub ki, onlardan da 70-i qadın sahibkarlara aiddir. Biz görürük ki, maraq çox böyükdür və təqdirəlayiqdir ki, qadın sahibkarlarımız artıq biznes fəaliyyətinə başlayıb, Qarabağa öz töhfəsini verməyə hazırdır". (Apa)

EIB "Bank Respublika" və "AccessBank"ın birləşməsi ilə əldə etdiyi kompensasiyanın detallarını açıqlayıb
BOKT-un mənfəəti 5 dəfəyə yaxın artıb - Kredit portfeli 15,7 milyon manata çatıb
"PAŞA Həyat"ın ödənişləri 548 milyon manatı keçib, xalis mənfəəti artıb
"PAŞA Sığorta"da yığımlar artaraq 309 milyon manata çatıb, ödənişləri isə 131 milyon manata yaxınlaşıb
"A-Qroup"un mənfəəti 34% artıb, sığorta ödənişləri azalıb
"Xalq Həyat"ın mənfəəti artıb, sığorta ödənişləri azalıb
"İpək Yolu Sığorta"nın yığımları 75%, mənfəəti 53% artıb
Dövlət şirkətinin əmlak satışlarının müsabiqə vaxtı uzadıldı
ING: Azərbaycan Mərkəzi Bankı 2027-ci ildə uçot dərəcəsini sabit saxlayacaq
"Bitcoin" 74 min dollardan aşağı düşüb - SON QİYMƏT
Evdə biznes qurmağın yolları
İban nədir?
SMM nədir?
ChatGPT nədir və ChatGPT necə istifadə edilir?