AZAL Bakı-Təl-Əviv reysində daha komfortlu təyyarələrdən istifadə edəcək

AZAL Bakı-Təl-Əviv reysində daha komfortlu təyyarələrdən istifadə edəcəkAZAL Bakı-Təl-Əviv reysində daha komfortlu təyyarələrdən istifadə edəcək
"Azərbaycan Hava Yolları" QSC (AZAL) Bakıdan İsrailin paytaxtı Təl-Əvivə həyata keçirdiyi reyslərdə daha komfortlu təyyarələrdən istifadə etmək qərarına gəlib.
"Report" İsrail mətbuatına istinadən xəbər verir ki, sentyabrın ilk günlərindən Bakı-Təl-Əviv-Bakı istiqamətində həyata keçirilən aviareyslərdə "Airbus A319" təyyarələrinin əvəzinə "Boing 787 Dreamliner" təyyarələrindən istifadə olunacaq.
Hələ ki, planda 1, 8, 11 və 21 sentyabrda reallaşdırılacaq uçuşlar üçün təyyarələrin dəyişdirilməsidir. Aviaşirkət Bakı-Təl-Əviv-Bakı reyslərini mümkün qədər rahat etmək üçün bortların dəyişdirilməsini davam etdirməyi planlaşdırır.
Bu arada isə İsrailin turizm naziri Konstantin Razvozov yerli "El-Al" aviaşirkətinə Təl-Əvivdən Bakıya əlavə reyslərin açılması imkanlarına baxmasını təklif edib. Onun sözlərinə görə, İsraillə Azərbaycan arasında sıx tarixi və mədəni əlaqələr var:
"İsraildən olan turistlər hər zaman qonaqpərvər Azərbaycana səfər etməklə bağlı arzularını, istəklərini ifadə edirlər. Ölkələrimizin və xalqlarımızın daha da yaxınlaşmasına töhfə vermək üçün əlimdən gələni edirəm, xüsusən də hava nəqliyyatının genişləndirilməsi istiqamətində fəal işləyirəm".
Azərbaycanın Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev isə deyib ki, Azərbaycanla İsrail arasında turizm sahəsində güclü əlaqələr var:
"2021-ci ildən Təl-Əvivdə turizm ofisimiz fəaliyyət göstərir ki, bu da israilliləri dost Azərbaycanda rahat, maraqlı, təhlükəsiz istirahət haqqında daha geniş, ətraflı məlumatlandırmaq məqsədi daşıyır. Koronavirus (COVID-19) pandemiyasından sonra biz hər iki istiqamətdə turistlərin sayında artım müşahidə edirik və hava nəqliyyatının aktivləşməsi bu prosesə əlavə təkan verəcək. Yeni uğurlar əldə etmək üçün səylərimizi davam etdirəcəyik".

Xəbərlər     Tarix: 29 avqust 2022

Oxşar xəbərlər

Bu ərizəni verməyənlər 200 man cərimə olunacaq

30 gün müddətində vergi orqanında uçota alınmaq üçün ərizənin verilməməsinə görə 200 manat məbləğində maliyyə sanksiyası tətbiq ediləcək. xəbər verir ki, məsələ Milli Məclisin bugünkü iclasında müzakirə olunan Vergi Məcəlləsind

"Vita Milk" MMC-nin Rusiyadan gətiridiyi yağlarda uyğunsuzluq aşkarlandı - GERİ QAYTARILDI

Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) apardığı nəzarət tədbirləri zamanı "Vita Milk" MMC tərəfindən idxal olunan bitki tərkibli spred yağı məhsulundan nümunələr götürülərək müayinə edilib. xəbər verir ki, bu barəd

Bu şəxslərin pensiyası ARTIRILDI

1300-dən çox işləyən pensiyaçının pensiyası 6 il işlədikdən sonra proaktiv qaydada yenidən hesablanaraq artırılıb. xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. Bildirilib ki, yaşa gör

Media subyektləri üçün vergi güzəştinin müddəti uzadılır

Azərbaycanda media subyektləri üçün vergi güzəştinin müddəti daha 3 il uzadılır. xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb. Vergi Məcəlləsinə təklif edilən dəyişiklik zamanı əksini tapıb

Neft ucuzlaşdı

Azərbaycan nefti ucuzlaşıb. xəbər verir ki, dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan neftinin qiyməti azalıb. Belə ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,18 ABŞ dolları azalaraq 66,51 AB

Böyük Britaniyanın sənaye istehsalı ən kəskin şəkildə azalıb

Böyük Britaniyanın istehsal sektoru noyabr ayının sonunda bitən üç ayda 2020-ci ilin avqust ayından bəri ən kəskin azalma qeydə alıb. İstehsalın azalması gələn həftənin illik büdcəsi öncəsi qeyri-müəyyənlikdən qaynaqlanıb

Vətəndaşlara XOŞ XƏBƏR: Kredit riskləri sığortalanacaq - VİDEO

Artıq kredit risklərinin sığortalanması tətbiq oluna bilər ki, bu da gələcəkdə kredit faizlərinin azalmasına təsir göstərə bilər. Yeni mexanizm istehlak və ipoteka kreditləri üzrə risklərin sığortalanmasını əhatə edir. B

Qızıl bahalaşıb, gümüş isə ucuzlaşıb

Nyu-Yorkdakı COMEX əmtəə birjasında qızılın qiymətində cüzi artım qeydə alınıb. Bir troya unsiyası üzrə dəyər 0,1% yüksələrək 4 101 ABŞ dollarına çatıb. xəbər verir ki, COMEX-də gümüş ucuzlaşıb. Bir unsiya gümüşün qiymət

G20 iqtisadiyyatı 2030-cu ildə cəmi 2,9% böyüyəcək

Beynəlxalq Valyuta Fondu (BVF) dünyanın ən böyük 20 iqtisadiyyatının 2030-cu ildə cəmi 2,9% böyüyəcəyini açıqlayıb. Bu da 2009-cu il qlobal maliyyə böhranından bəri ən zəif ortamüddətli proqnozdur. xəbər verir ki, hesabatd


iqtisadi xeberler kripto pul qazanmaq biznes krediti bitcoin qiymeti