Azərbaycan apreldə "OPEC+" kvotasından 71 min barel geri qalıb – Proqnoz
Cari ilin aprel ayında Azərbaycanda ortalama gündəlik xam neft hasilatı 480 min barel səviyyəsində olub.
Bu barədə Beynəlxalq Enerji Agentliyinin aylıq hesabatına istinadən xəbər verir.
Agentliyin qiymətləndirməsinə görə, bu ilin martında Azərbaycanda neft hasilatı 480 min barel təşkil edib.
Qeyd edək ki, "OPEC+" (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) əməkdaşlığı çərçivəsində 2024-cü il üçün Azərbaycanın gündəlik xam neft hasilatı üzrə kvotası 551 min bareldir.
Beləliklə, Azərbaycan aprel ayında "OPEC+" çərçivəsində kvotasından 71 min barel geridə qalıb. / banker.az

"Bitcoin" yenidən 81 min dolları ötüb - SON QİYMƏT
AMB: Kommersiya banklarını birləşməyə məcbur etmirik
Vergi borcu yaranan keytrinq şirkəti – MÜFLİS OLDU
Green Card nədir və onu necə əldə etmək olar?
SMM nədir?
Bitcoin nədir?
Dünyanın ən çox maaş verən şirkətləri
Kriptovalyuta məzənnəsi necə analiz olunur?