Azərbaycan birinci yarımillikdə Türkiyəyə qaz ixracını 16% artırıb

Azərbaycan birinci yarımillikdə Türkiyəyə qaz ixracını 16% artırıbAzərbaycan 2023-cü ilin birinci yarısında Türkiyəyə "Şahdəniz" yatağından hasil edilən 5 milyard 180.66 milyon kubmetr qaz ixrac edib ki, bu da 2022-ci ilin müvafiq dövrünün göstəricisindən 16.4% çoxdur. Bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun (EPDK) məlumatında deyilir.
2023-cü ilin iyun ayında Azərbaycandan Türkiyəyə 743.68 milyon kubmetr qaz ixrac edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1.95% çoxdur. Bu dövrdə Türkiyəyə qaz ixracının ümumi həcminin 31.9%-i Azərbaycanın payına düşüb.
Azərbaycan iyunda Türkiyəyə qaz ixracının həcminə görə birinci pillədə qərarlaşıb. İkinci pillədə 30.3%-lə Rusiya, üçüncü pillədə 18%-lə İran, dördüncü pillədə 15.8%-lə Əlcəzair yer alıb.
İyunda Türkiyəyə 2 milyard 332.42 milyon kubmetr qaz (2022-ci ilin iyun ayı ilə müqayisədə azalma 39.2%) ixrac edilib. 1 milyard 870.38 milyon kubmetr boru kəməri qazının (bütün ixracın 80.19%-i, azalma 42.88%), 462.04 milyon kubmetr (bütün ixracın 19.81%-i, azalma 17.76%) isə LNG-nin payına düşüb.
İyunda Türkiyəyə qaz ixracı 5 ölkədən (Azərbaycan, Rusiya, İran (boru kəmərləri ilə), Əlcəzair və Misir – LPG) həyata keçirilib.
Türkiyəyə "Şahdəniz" yatağının işlənməsi üzrə "Mərhələ-1" və "Mərhələ-2" çərçivəsində hasil olunan Azərbaycan qazı ixrac edilir.
2021-ci ilin III rübündə Azərbaycan və Türkiyə arasında Bakı-Tbilisi-Ərzurum boru kəməri ilə nəql ediləcək 11 milyard kubmetr təbii qazın alqı-satqısı haqqında yeni müqavilə imzalanıb. Müqavilə 2024-cü ilin sonunadək (2021-ci ilin IV rübü – 2024-cü il) "Mərhələ-1" çərçivəsində ildə 3,5 milyard kubmetr qazın nəqlini nəzərdə tutur. Müqavilə çərçivəsində nəql 2021-ci il oktyabrın 1-dən həyata keçirilir.
Azərbaycan 2022-ci ildə Türkiyəyə "Şahdəniz" yatağından hasil edilən 8 milyard 709.98 milyon kubmetr qaz ixrac edib ki, bu da 2021-ci ilin göstəricisindən 1.3% azdır.
2023-cü ildə Türkiyəyə 10.2 milyard kubmetr Azərbaycan qazının ixracı planlaşdırılır.
"Şahdəniz" yatağının işlənməsi haqqında müqavilə 1996-cı il iyunun 4-də Bakıda imzalanıb və elə həmin il oktyabrın 17-də Milli Məclisdə ratifikasiya edilib. Müqavilə üzrə tərəflərin iştirak payı aşağıdakı kimidir: BP (operator – 29.99%), "Cənub Qaz Dəhlizi" QSC (21.02%), LUKOIL (19.99%), NICO (10%), TPAO (19%). / banker.az

Xəbərlər     Tarix: 28 avqust 2023

Oxşar xəbərlər

Aviabiletlər əlçatan olacaq: Azərbaycana aşağıbüdcəli aviaşirkətlər cəlb ediləcək

Azərbaycanda hava gəmisi istismarçılarının uçuş coğrafiyasının genişləndirilməsi, mövcud destinasiyalar üzrə uçuş tezliyinin, həmçinin aviabilet qiymətlərinə əlçatanlığın artırılması və regional hava limanlarının potensialında

Neft bahalaşdı

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı neft bahalaşıb. xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,02 ABŞ dolları və ya 0,03% artaraq 67,69 ABŞ dollarına bərabər olub. Qeyd edək ki, ötə

Azərbaycan nefti ucuzlaşıb

Dünya bazarında "Azeri Light" markalı neft ucuzlaşıb. xəbər verir ki, dünya bazarında Azərbaycan neftinin 1 barelinin qiyməti 0.07 ABŞ dolları və ya 0.07% azalaraq 95.5 ABŞ dolları təşkil edib. Xatırladaq ki, neftimizi

Media subyektləri üçün vergi güzəştinin müddəti uzadılır

Azərbaycanda media subyektləri üçün vergi güzəştinin müddəti daha 3 il uzadılır. xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb. Vergi Məcəlləsinə təklif edilən dəyişiklik zamanı əksini tapıb

Yaponiya 21,3 trilyon yenlik iqtisadi stimullaşdırma paketini təsdiqləyib

Yaponiyada Baş nazir Sanae Takaiçinin rəhbərlik etdiyi kabinet 21,3 trilyon yenlik iqtisadi stimullaşdırma paketini təsdiqləyib. xəbər verir ki, bu, genişlənən maliyyə siyasəti həyata keçirəcəyinə söz verən yeni liderin il

Almaniyanın avtomobil sektorunda məşğulluq ən aşağı səviyyəyə düşüb

Almaniyanın avtomobil sektorunda məşğulluq sentyabr ayında 721.400 nəfərə düşüb. xəbər verir ki, bu barədə Almaniya Federal Statistika İdarəsi bildirib. Bu 2011-ci ilin ortalarından bəri ən aşağı səviyyədir. Hissə istehsalçıların

Azərbaycanda bəzi məhsullar dövriyyədən çıxarılacaq - YENİ QAYDALAR

Texniki tənzimləməyə aid olan hər hansı malın insan üçün təhlükə yaratdığı müəyyən edilərsə, həmin məhsulun bazarda qalmasına icazə verilməyəcək. xəbər verir ki, sözügedən məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye v

AQTA qəfil qaraja daxil olub - Minlərlə şübhəli məhsul tapılıb

Vətəndaş müraciəti əsasında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Çöl Şüvəlan qəsəbəsi, Minutka küçəsi ünvanında yerləşən "Best for Bar" MMC-yə məxsu

Dollar neçəyə olacaq? - AÇIQLANDI

Azərbaycan Respublikası Mərkəzi Bankı manatın rəsmi məzənnəsini açıqlayıb. xəbər verir ki, 15 iyul 2026-cı il tarixindən ABŞ dollarının rəsmi məzənnəsi 1,700 manat təşkil edir


iqtisadi xeberler en son xeberler biznes krediti dollar mezenne bitkoin