Azərbaycan bu il 24.5 mlrd. kubmetr qaz ixrac edəcək

Azərbaycan bu il 24.5 mlrd. kubmetr qaz ixrac edəcəkEnergetika naziri Pərviz Şahbazov Macarıstanın paytaxtı Budapeşt şəhərində keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) enerji nazirlərinin üçüncü iclasında iştirak edib.
Energetika Nazirliyindən verilən məlumata görə, iclasda çıxış edən nazir Azərbaycan Prezidentinin təşəbbüsü ilə Ankarada Dövlət Başçılarının Fövqəladə Zirvə görüşünün keçirilməsini türk dövlətləri arasında yüksək həmrəyliyin göstəricisi kimi qeyd edib.
Bildirilib ki, münasibətlərin yeni səviyyəyə yüksəldilməsinə dövlət başçılarının ortaq strateji baxışları, son dövrlərdə intensivləşən təmasları, çoxvektorlu əməkdaşlığın yol xəritəsini müəyyənləşdirən tarixi əhəmiyyətli səfərləri töhfə verməkdədir. Nəticədə bu gün münasibətlərimizin xarakterini qardaşlıq, dostluqdan əlavə strateji tərəfdaşlıq və müttəfiqlik müəyyənləşdirir.
Çıxışda türk dövlətlərinin mənəvi birliyinin siyasi-iqtisadi tərəfdaşlıqlarla möhkəmləndirilməsinin əhəmiyyətindən bəhs olunub. Təşkilata üzv və müşahidəçi ölkələrlə Azərbaycanın ticarət dövriyyəsinin ötən il 42.7% artaraq 7.2 milyard dolları ötdüyü, bu ölkələrin iqtisadiyyatımıza 14.3 milyard dollar, Azərbaycanın isə bu dövlətlərə 21 milyard dollardan çox investisiya qoyduğu qeyd edilib. Enerji əməkdaşlığının inkişafının əhəmiyyəti isə ölkələrimizin rifahı və Avrasiyada enerji təhlükəsizliyi aspektində dəyərləndirilib. Bildirilib ki, TANAP və TAP istismara veriləndən indiyə kimi Türkiyəyə 20.9 milyard kubmetr, Avropaya isə 22 milyard kubmetr Azərbaycan qazı tədarük edilib. Bu il 24.5 milyard kubmetr gözlənilən qaz ixracımızın 10.2 milyard kubmetrinin Türkiyəyə, 12 milyard kubmetrə yaxın həcmin isə Avropaya tədarükü nəzərdə tutulur.
Avropa İttifaqı ilə yenilənmiş strateji enerji tərəfdaşlığımızın isə Cənub Qaz Dəhlizi kimi enerji təhlükəsizliyi layihələrinin genişləndirilməsi, Azərbaycanın "yaşıl enerji"nin tədarükçüsünə çevrilməsi ilə bərabər türk dövlətləri arasında enerji əməkdaşlığına da yeni impuls verdiyi vurğulanıb: "Dekabrda Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya arasında "yaşıl enerji"nin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Sazişin və bu ilin yanvarında təbii qaz əməkdaşlığı haqqında Anlaşma Memorandumunun imzalanması imkan verir ki, Macarıstan yeni mənbədən təbii qaz və elektrik enerjisi ilə təmin edilsin. Xəzəri Avropaya birləşdirən "yaşıl enerji" dəhlizinin Azərbaycan başlanğıc nöqtəsidirsə, Macarıstan son məntəqəsidir. Lakin hesab edirik ki, Macarıstan gələcəkdə bu dəhlizi yeni ölkələrə genişləndirən, "yaşıl enerji"nin tranzit qovşağı olacaq"
BTC ilə illik 1.5 milyon ton Qazaxıstan neftinin dünya bazarlarına nəqlinə, Özbəkistanla yeni layihələrə başlanması, həmçinin Türkmənistanla enerji sahəsində üçtərəfli formatda əməkdaşlığa dair sənədin imzalanması da mühüm irəliləyişlər kimi qeyd edilib. Türk dövlətləri Qarabağ və Şərqi Zəngəzurun "yaşıl enerji" zonasına çevrilməsi prosesində iştiraka dəvət edilib.
Qeyd edək ki, Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistan Türk Dövlətləri Təşkilatına üzv, Macarıstan,Türkmənistan və Şimali Kipr Türk Respublikası isə müşahidəçi dövlətlərdir. / banker.az

Xəbərlər     Tarix: 30 mart 2023

Oxşar xəbərlər

"Maliyyə sektorunda inkişaf dinamikası bu qədər güclü olmayıb"

"Son illərdə müşahidə olunan inkişaf dinamikası maliyyə sektorunda heç vaxt indiki qədər güclü olmayıb. Bu dinamika nəzərə alınaraq Mərkəzi Bank nəzarət siyasəti, texnoloji həllər və məhsul yanaşması üzrə mühüm dəyişikliklə

ABŞ-da bağlanmanın yaratdığı məlumat boşluğu sentyabr məşğulluq hesabatı ilə sona çatır

Bazarlar ABŞ-ın sentyabr ayı üçün məşğulluq hesabatına diqqət yetirir. Hesabat, tarixdə ən uzun müddət davam edən federal hökumətin bağlanması səbəbindən vaxtında açıqlanmayıb. xəbər verir ki, dövlət və özəl sektorda ümum

ABŞ körfəz ölkələrinə qabaqcıl süni intellekt çiplərinin satışını təsdiqləyib

ABŞ Körfəz ölkələrinə on minlərlə qabaqcıl süni intellekt çipinin satışını təsdiqləyib. xəbər verir ki, ABŞ, BƏƏ mərkəzli süni intellekt şirkəti G42 və Səudiyyə Ərəbistanında yerləşən rəqibi Humain-ə on minlərlə inkişaf etmi

Bu ərizəni verməyənlər 200 man cərimə olunacaq

30 gün müddətində vergi orqanında uçota alınmaq üçün ərizənin verilməməsinə görə 200 manat məbləğində maliyyə sanksiyası tətbiq ediləcək. xəbər verir ki, məsələ Milli Məclisin bugünkü iclasında müzakirə olunan Vergi Məcəlləsind

Fed İdarə Heyətinin keçmiş üzvü Kuqlerin qaydaları pozduğu meydana çıxıb

Keçmiş FED İdarə Heyətinin üzvü Adriana Kuqlerin bu yay qəfil istefa verməsindən sonra onun FED-in etik qaydalarını pozan çoxsaylı maliyyə əməliyyatları etdiyi üzə çıxıb. xəbər verir ki, hökumət sənədlərinə əsasən, məsəl

Azərbaycana gətirilən telefonlar üçün 100 manat rüsum alınacaq

Mobil telefonlar aksiz dərəcəsinə cəlb olunacaq. xəbər verir ki, fiziki şəxslərin şəxsi istifadəsi üçün ölkəyə gətirilən 1 ədəddən artıq mobil cihazın qeydiyyatı üçün 100 manat dövlət rüsumu alınacaq. Bu, Milli Məclisin b

Buğda idxalı 1 milyon tonu keçdi

Azərbaycan 1 009 614.31 ton buğda idxal edib. xəbər verir ki, göstərici 2025-ci ilin yanvar-oktyabr aylarını əhatə edir. Dövlət Gömrük Komitəsinin verdiyi məlumata görə, bu həcmdə buğdanın dəyəri 217 milyon 691 min ABŞ dollar

Fransa Aİ ticarət sazişini qəbul etmir

Fransa hökuməti, Avropa İttifaqı ilə Cənubi Amerika ticarət bloku Mercosur arasında müzakirə edilən ticarət sazişinin hazırkı forması ilə qəbuledilməz olduğunu açıqlayıb. xəbər verir ki, hökumət sözçüsü Maud Brejon çərşənb

İşləməyən şəxslər də icbari sığorta haqqı ödəyəcəklər

Qeyri-formal işlərlə məşğul olan insanlar da icbari sığorta haqqını ödəyəcəklər. xəbər verir ki, ödənişin miqdarı aylıq 16 manat məbləğində olacaq. Bu, "Tibbi sığorta haqqında" qanuna təklif edilən dəyişiklikd


iqtisadi xeberler dollarin kursu bu gun birbank valyuta mezennesi biznes xeberleri