"Azərbaycan Dəmir Yolları" İT resurslarını "Hökumət buludu"na köçürür

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Hökumət buludu"nun (G-cloud) yaradılması və "bulud" xidmətlərinin göstərilməsi sahəsində tədbirlər haqqında" 2019-cu il 03 iyun tarixli 718 nömrəli Fərmanının icrası ilə əlaqədar "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin (ADY) informasiya sistemləri və resurslarının "Hökumət buludu"na miqrasiyası nəzərdə tutulur.
"Azərbaycan Dəmir Yolları" QSC-dən verilən məlumata görə, bu keçid prosesi ilə bağlı 2022-ci il 11 noyabr saat 19:00-dan 14 noyabr saat 00:00-dək Bakı-Gəncə-Bakı sürətli sərnişin qatarına onlayn bilet satışı texniki səbəblərdən dayandırılacaq. Qeyd olunan tarixlər üçün öncədən alınmış onlayn biletlər qüvvədə qalacaq və sərnişinlər həmin biletlə səyahət edə biləcəklər.
Sözügedən tarixlərdə biletlərin satışı yalnız dəmir yolu stansiyalarının bilet satışı kassalarında həyata keçiriləcəkdir. Kassalarda biletlərə dair ödənişin nağd, eyni zamanda nağdsız qaydada aparılması mümkündür.
Onlayn şəkildə alınmış biletlərin həmin tarixlərdə geri qaytarılması yalnız bilet satışı kassalarında (Bakı sərnişin, Biləcəri, Yevlax, Goran, Gəncə stansiyalarında) həyata keçirilə bilər. Biletlərin geri qaytarılması ilə əlaqədar biletlə bağlı ödənilmiş məbləğ onlayn bilet satışı bərpa olunduqdan sonra müəyyən olunmuş müddət ərzində sərnişinin ödənişi həyata keçirdiyi bank hesabına köçürüləcək.
Bu müddət ərzində Abşeron dairəvi dəmir yolu xətti üzrə hərəkət edən qatarlara bilet satışında hər hansı məhdudiyyət olmayacaq.
ADY-nin informasiya resurslarının təkmilləşdirilməsi ilə əlaqədar ADY-nin "1822-Əlaqə Mərkəzi"nin işində də fasilələrin yaranması ehtimal edilir. Bu baxımdan sərnişinlər və dəmir yolu nəqliyyatından istifadə etmək istəyən şəxslər sualları və çətinlikləri ilə bağlı (012) 499 45 15 telefon nömrəsinə zəng edə bilərlər.
Qeyd edək ki, informasiya resurslarının və ehtiyatlarının "Hökumət buludu"na keçidi ilə informasiya texnologiyaları sahəsində xərclərin azalmasına, məhsuldarlığının artırılması ilə bərabər bu sistemlərin təhlükəsizliyinin daha da təkmilləşdirilməsinə, sabit və dayanıqlı infrastrukturun formalaşdırılmasına, operativ koordinasiya və daimi monitorinqin təşkilinə nail olunacaq. / banker.az

Xəbərlər     Tarix: 10 noyabr 2022

Oxşar xəbərlər

Neft bahalaşdı

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı neft bahalaşıb. xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,02 ABŞ dolları və ya 0,03% artaraq 67,69 ABŞ dollarına bərabər olub. Qeyd edək ki, ötə

"Azəridad" toyuq kolbasasında tük tapıldı - MÜƏSSİSƏ BAĞLANDI

Mediada "Azəridad" əmtəə nişanlı toyuq kolbasasında toyuq tükünün aşkar olunması ilə bağlı yayılan məlumat əsasında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxano

Ali təhsil müəssisələrinə qəbul olunanların NƏZƏRİNƏ: Qeydiyyat başladı

Ali təhsil müəssisələrinə qəbul olunanların qeydiyyatı başlayıb. xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb. Bildirilib ki, qeydiyyat sentyabrın 8-də saat 18:00-dək davam edəcək. Qeyd edək ki, qəbul olunanları

Ölkədə orta aylıq əməkhaqqı 7% artıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı məbləği 1 174,4 manat təşkil edib. Azərbaycanda orta əməkhaqqı bir ayda 2.9 manat artıb. bu barədə Dövlət Statistika Komitəsin

Azərbaycana gətirilən telefonlar üçün 100 manat rüsum alınacaq

Mobil telefonlar aksiz dərəcəsinə cəlb olunacaq. xəbər verir ki, fiziki şəxslərin şəxsi istifadəsi üçün ölkəyə gətirilən 1 ədəddən artıq mobil cihazın qeydiyyatı üçün 100 manat dövlət rüsumu alınacaq. Bu, Milli Məclisin b

Bu tarixlərdə ardıcıl olaraq 4 gün İŞ OLMAYACAQ

Azərbaycanda noyabr ayında ardıcıl 4 gün qeyri-iş günü olacaq. xəbər verir ki, 8 Noyabr Zəfər Günü, 9 Noyabr isə Dövlət Bayrağı Günüdür. Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin müvafiq qərarlarına əsasən, 8 Noyabr baza

"Vita Milk" MMC-nin Rusiyadan gətiridiyi yağlarda uyğunsuzluq aşkarlandı - GERİ QAYTARILDI

Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) apardığı nəzarət tədbirləri zamanı "Vita Milk" MMC tərəfindən idxal olunan bitki tərkibli spred yağı məhsulundan nümunələr götürülərək müayinə edilib. xəbər verir ki, bu barəd

Azərbaycan nefti ucuzlaşıb

Azərbaycan nefti 121 dollardan yuxarı ticarət olunub. xəbər verir ki, "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 1,07 ABŞ dolları azalaraq 121,08 ABŞ dollarına düşüb

Maaşlardan yığılan vergi 21% artıb

Azərbaycanda 2026-cı ilin yanvar-iyul aylarında fiziki şəxslərin gəlir vergisi üzrə dövlət büdcəsinə 1 milyard 412,6 milyon manat vəsait daxil olub. Ötən ilin eyni dövründə bu göstərici 1 milyard 168,4 milyon manat təşki


iqtisadi xeberler biznes qurmaq pul qazanmaq biznes xeberleri dollar manat kursu