Azərbaycan əhalisinin gəlirlərinin qiymətlərdən sürətli artdığı bildirilir
Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, 2022-ci ilin yanvar-noyabr aylarında ölkə əhalisinin gəlirləri əvvəlki ilin eyni dövrünə nisbətən nominal ifadədə 20,5 faiz artaraq 62 milyard 233,9 milyon manat təşkil edib.
Marja.az Komitəyə istinadən xəbər verir ki, bu dövrdə əhalinin hər nəfərinə orta hesabla 6 min 182,2 manatlıq gəlir düşmüşdür.
Əhalinin sərəncamında qalan gəlirləri 55 milyard 761,6 milyon manat təşkil etmişdir.
2021-ci ilin yanvar-noyabr aylarında ölkə əhalisinin gəlirləri 51 milyard 630,9 milyon manat təşkil etmiş, hər nəfərinə orta hesabla 5 min 154,8 manat düşmüşdü.
Dövlət Statistika Komitəsinin digər bir məlumatına görə, 2022-ci ilin yanvar-noyabr aylarında istehlak qiymətləri indeksi 2021-ci ilin yanvar-noyabr aylarına nisbətən 13,8 faiz artıb.Cari ilin noyabr ayında istehlak qiymətləri indeksi ötən ilin noyabr ayına nisbətən 15,1 faiz yüksəlib.
Beləliklə, ölkə əhalisinin gəlirlərinin qiymətlərin artmasından 6,7 faiz bəndi daha çox artdığı bildirilir.
Bazarlarda qiymətlərin Dövlət Statistika Komitəsinin rəqəmlərindən daha çox artdığı hiss olunur. Son bir ildə bir çox məhsullarda qiymət artımı 50-100% aralığındadır.

"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"
"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri
Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək
Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var
Ən varlı "youtube" blogerlər nə qədər qazanır?
ChatGPT nədir və ChatGPT necə istifadə edilir?
Dünyanın ən zəngin idmançıları
Ən çox soruşulan müsahibə sualları hansılardır?
"Coca-Cola" haqqında 5 maraqlı fakt