Azərbaycan Elm Fondu Gənc Alim və Tədqiqatçıların 7-ci qrant müsabiqəsini elan edir

Azərbaycan Elm Fondu Gənc Alim və Tədqiqatçıların 7-ci qrant müsabiqəsini elan edirMəlum olduğu kimi, Azərbaycan Elm Fondu (AEF) mütəmadi olaraq gənc alim və tədqiqatçıların elmi fəaliyyətinin stimullaşdırılması və onlara elmi tədqiqatlar aparmaq üçün əlverişli imkanların yaradılması, gənc kadr potensialının gücləndirilməsi üçün proqramların işlənib hazırlanması, onların elmi və peşəkarlıq səviyyələrinin yüksəldilməsi, innovasiya fəaliyyətinin dəstəklənməsi, regional və beynəlxalq səviyyəli proqram və layihələrdə iştirak etməyə cəlb edilməsi məqsədi ilə qrant müsabiqələr elan edir. 
AEF-in bu məqsədlə elan etdiyi müsabiqələrdən biri də Gənc Alim və Tədqiqatçıların 7-ci qrant müsabiqəsidir. 
Bütün elm sahələri üzrə gənc tədqiqatçıların müraciət etməsi imkanlarının təqdim olunduğu bu müsabiqə üzrə iştirakçıların qeydiyyatı və layihə təkliflərinin qəbulu 6 mart 2023-cü il tarixindən etibarən, elektron qaydada "Qrant layihələrinin Elektron İdarəolunması Sistemi" (e-QRANT) rəsmi internet səhifəsində () 28 aprel 2023-cü il tarixinədək həyata keçiriləcək. 
Qeyd edək ki, elektron-hökumət prinsipləri əsasında qurulmuş bu sistem "ASAN imza"dan istifadəni də nəzərdə tutur. "ASAN imza"nı həm layihə rəhbəri, həm də layihədə iştirakı nəzərdə tutulmuş bütün iştirakçılar əldə etməli, bu şəxslərin hamısı qeydiyyatdan keçməli və "virtual şəxsi kabinet"lərini formalaşdırmalıdırlar.
Müsabiqəyə təqdim olunduğu gündən etibarən, layihələrə baxılacaq və nəticələri barədə müsabiqə iştirakçılarına elektron qaydada məlumat veriləcək.
Layihələrin qəbulu üçün nəzərdə tutulmuş müddət ərzində qrant iddiaçılarına kömək və sualların cavablandırılması məqsədilə onlayn məsləhət seminarlarının keçirilməsi nəzərdə tutulub. Bu barədə əlavə məlumat fondun internet səhifəsində (www.aef.gov.az/) dərc olunacaq.  / marja.az

Maraqlı     Tarix: 03 mart 2023

Oxşar xəbərlər

Satışı artıran sehrli formul

Satışları artırmaq üçün nə lazımdır? Daha böyük reklam büdcəsi? Daha çox satış əməkdaşı? Yoxsa daha çox müştəri?. Bankçılıq, Məhsulların İdarə edilməsi və həyat sığortası sahələrində qazandığım təcrübə mənə bir şeyi öyrədib

Networking Azerbaijan ilə biznesdə yeni dövr başlayır

Networking Azerbaijan ilə biznes əlaqələrində ölkədə yeni dövr başlayır - "THE NET LOUNGE" layihəsi təqdim edildi. 13 avqust 2026-cı il tarixində Networking Azerbaijan platforması tərəfindən Azərbaycanda bizne

Macarıstanda təhsil alan azərbaycanlıların sayı açıqlanıb

"Macarıstanda 800 azərbaycanlı tələbə təhsil alır". Bunu Macarıstanın Azərbaycandakı səfiri Tamaş Torma Bakıda keçirilən "Avropada Təhsil" sərgisində çıxışı zamanı deyib. Onun sözlərinə görə, bu, iki ölk

XXI əsrin mərkəzi bankı necə olmalıdır?

Müəllif: Daniel Moss, Bloomberg Opinion-un köşə yazarı, Asiya iqtisadiyyatları üzrə ekspert. Daha əvvəl Bloomberg News-da iqtisadiyyat üzrə icraçı redaktor olub. Dünyanın ən nüfuzlu maliyyə institutları zamanın gerisind

İlon Maskın gələcəklə bağlı baxışı

İlon Mask öz etirafına görə, müasir dövrün Kassandrasıdır: o, gələcəyi bir çoxlarından daha yaxşı proqnozlaşdırır, lakin insanların ona inanmamasına məhkumdur. "İnsanlar anlamırlar ki, danışdığım hər şey gec-tez ba

Apple-dan tarixi təqdimat: İlk qatlanan iPhone Duo, iPhone 18 Pro, yeni Watch və AirPods modelləri təqdim edildi

Apple sentyabrın 9-da Kaliforniyanın Kupertino şəhərində yerləşən Apple Park-da "Surprise and shine" adlı illik məhsul təqdimatını keçirib. Tədbir həm şirkətin tarixində ilk qatlanan iPhone-un nümayişi, həm də sentyabrı

Tibbi müəmma sizi çıxılmaz vəziyyətə salıb? Metagenomikanı sınayın

Həkimlər nədən xəstələndiyimizi müəyyən edə bilmədikdə, orqanizmimizdə virusların, bakteriyaların və göbələklərin genetik materialının fraqmentlərini axtara bilərlər. 2019-cu ildə Kaliforniya ştatının Fresno şəhərində yaşayan

Apple və Hindistan iPhone istehsalı üçün Çinə alternativ mərkəzi necə yaratdı

Hindistan hakimiyyəti ilə elektronika istehsalçıları arasında uzun illər davam edən əməkdaşlıq təchizat zəncirlərinin yenidən qurulmasına və Çindən asılılığın azalmasına imkan verib. Hər gün 150-dən çox ağ avtobus Çennayı

Süni intellekt qlobal kapital dövriyyəsini necə işə saldı: 2008-ci il böhranı təkrarlana bilərmi?

Dairəvi maliyyələşdirmə modeli süni intellekt bumunu sürətləndirir, eyni zamanda dünya iqtisadiyyatındakı disbalansları dərinləşdirir. Bu mənzərə qlobal maliyyə böhranı ərəfəsindəki vəziyyəti xatırladır. . Müəlliflər: Şo


iqtisadi xeberler bitcoin qiymeti dollar məzənnəsi bu gunun xeberleri kripto