Azərbaycan filmlərinin ƏDV-dən azad olunması ilə bağlı təkliflər verilib
Müəyyən müddətlik Azərbaycan filmləri əlavə dəyər vergisindən azad olunsa yaxşı olardı.
Bunu "Azərbaycan Kinosu - 125: Reallıq, Çağırışlar və Hədəflər" mövzusunda Kino forumu çərçivəsində "Biznes. Kino və digər audiovizual əsərlərin maliyyələşməsinin prinsip və mexanizmləri" panelində "CinemaPlus" Kinoteatrlar şəbəkəsinin Müşahidə Şurasının sədri Zaur Darabzadə deyib.
"Bizim kino sahəsində qarşılaşdığımız əsas problemlərdən biri də vergi məsələsidir. Buna görə, müəyyən müddətlik Azərbaycan filmləri əlavə dəyər vergisindən azad olunsa, yaxşı olardı. Bu barədə öz təkliflərimizi də vermişik", - deyə o qeyd edib.
Kinorejissor tenderlərin ləğv edilməsi təklifinə dəstək verib
Kinorejissor tenderlərin ləğv edilməsi təklifinə dəstək verib
Tenderlər kino sahəsindəki yaradıcı insanlara maneə olur.
Bunu "Azərbaycan Kinosu - 125: Reallıq, Çağırışlar və Hədəflər" mövzusunda Kino forumu çərçivəsində "Biznes. Kino və digər audiovizual əsərlərin maliyyələşməsinin prinsip və mexanizmləri" panelində kinorejissor Emil Quliyev deyib. O, çıxışı zamanı tenderlərin və əlavə dəyər vergisinin müəyyən bir müddətlik ləğv olunması ilə bağlı fikirlərə dəstək verib:
"Heç kəsə sirr deyil ki, yaradıcı insanlar tez alışıb, tez sönən olur. Onlarda bir fikir yarandısa, onu icra etmək üçün can atırlar. Lakin tender məsələsi bir çox hallarda maneə olur, yubanma yaradır".
© APA / marja.az

"Azərsun Holdinq" qeyri-neft sektorunun ikinci ən böyük ixracatçısı olub
"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"
"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri
Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək
Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Biznes plan necə yazılır?
"Freelance" nədir?
İban nədir?
Xaricdə freelancer tapmaq üçün TOP-5 sayt
Yatırım olmadan necə biznes qurmaq olar?