Azərbaycan hökuməti neftin qiymtilə bağlı proqnozunu açıqladı

Azərbaycan hökuməti neftin qiymtilə bağlı proqnozunu açıqladıOrtamüddətli dövr üçün makroiqtisadi proqnozlar açıqlanıb.
Marja.az xəbər verir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən cari ilin mart ayında təqdim olunan proqnozlara əsasən baza ssenaridə neftin bir barrelinin orta illik ixrac qiyməti 2026-cı il üçün 65 ABŞ dolları və 2027-2029-cu illər üçün də eyni qalacağı fərz edilmişdir.
Azərbaycan hökuməti neftin qiymtilə bağlı proqnozunu açıqladıProqnozlara əsasən 2026-cı ilin sonuna ÜDM-in həcmi 135,7 milyard manat, o cümlədən qeyri-neft/qaz ÜDM-in həcmi 101,3 milyard manat təşkil edəcəyi, 2029-cu ildə isə ÜDM-in 162,6 milyard manata qədər, o cümlədən qeyri-neft/qaz ÜDM-in həcmi 129,1 milyard manata qədər artacağı gözlənilir. Ortamüddətli dövrdə ÜDM-in real artım tempinin orta illik 3,8 faiz, qeyri-neft/qaz ÜDM-in 5,1 faiz olacağı proqnozlaşdırılır. 2025-ci ildə neftqaz sektoru üzrə ÜDM-in real ifadədə 1,2 faiz artacağı proqnozlaşdırılır.
2029-cu ildə ÜDM-in tərkibində qeyri-neft/qaz sektorunun payının artaraq 79,4 faizə çatacağı, neft-qaz sektorunun payının isə 20,6 faizə bərabər olacağı proqnozlaşdırılır. Neft və qaz hasilatı üzrə sabitləşdirmə tədbirlərinin nəticəsi olaraq 2029-cu ildə neft və qaz hasilatının artacağı proqnozlaşdırılır. İqtisadiyyat Nazirliyinin təqdim etdiyi məlumatlara əsasən 2025-ci ildə neft hasilatının azalacağına baxmayaraq qaz hasilatının artması sektorun inkişafına artırıcı təsir edəcəkdir. 2027-2029-cu illərdə neft və əmtəəlik qaz hasilatı (2029-cu il istisna olmaqla) üzrə azalmanın davam etməsi nəzərə alınaraq neft-qaz sektorunda azalma proqnozlaşdırılmışdır.
2026-cı ildə əsas kapitala olan investisiyalarda 3,8 faiz, ortamüddətli dövrdə isə orta illik 3,7 faiz artım olacağı, 2026-cı ildən 2029-cu ilin sonuna doğru neft-qaz sektoruna yönəldilən kapital qoyuluşlarında artım proqnozlaşdırılır. İqtisadiyyat Nazirliyi tərəfindən əsas kapitala investisiyaların proqnozlaşdırılması zamanı neft-qaz sektoru üzrə əsas təşkilatlardan alınmış investisiya proqnozları, dövlət büdcəsinin əsaslı xərcləri üzrə Maliyyə Nazirliyinin proqnozları, o cümlədən işğaldan azad edilmiş ərazilərdə irimiqyaslı quruculuq işləri ilə əlaqədar investisiyalar, strategiya çərçivəsində qeyri-neft/qaz sektoruna cəlb olunacaq birbaşa xarici investisiyaların illik 10-15 faiz artması hədəfi, dövlət investisiyalarının iqtisadi səmərəliliyinin və şəffaflığının yüksəldilməsi, bank-maliyyə sektorunun maliyyə vasitəçiliyi funksiyasının gücləndirilməsi nəzərə alınmışdır.
qtisadiyyat Nazirliyi tərəfindən beynəlxalq təşkilatların ərzaq və əmtəə qiymətləri ilə bağlı proqnozları, manatın məzənnəsinin sabitliyi, tənzimlənən qiymətlərin artırılmaması fərziyyəsi, eləcə də antiinflyasiya tədbirləri nəzərə alınaraq baza ssenaridə cari il üzrə 5,1% proqnozlaşdırılan orta illik inflyasiya tədricən azalaraq 2029-cu ildə 3,8% olacağı gözlənilir.
Proqnozlara əsasən ortamüddətli dövrdə əhalinin gəlirlərinin artaraq 2029-cu ildə 123,0 milyard manata, xərclərinin isə 119,4 milyard manata qədər yüksəlməsi gözlənilir.
İqtisadiyyat Nazirliyi tərəfindən təqdim olunmuş makroiqtisadi proqnozlarda 2026- 2029-cu illər üzrə manatın ABŞ dollarına qarşı məzənnəsi sabit, cari ilin səviyyəsində götürülmüşdür.

Maliyyə     Tarix: 15 aprel 2025

Oxşar xəbərlər

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

()  İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. İnvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə 15–21 iyun 2026 həftəsində valyuta və əmtəə bazarlarında əsas hərəkətveric

Avropa Mərkəzi Bankı sentyabrda faiz dərəcəsini artıra bilər

Cümə axşamı əsas faiz dərəcəsini dəyişmədən saxlayan Avropa Mərkəzi Bankı (AMB) iqtisadi və geosiyasi proseslərin inkişafından asılı olaraq sentyabrda faiz artımına gedə bilər. Marja xəbər verir ki, məsələyə yaxın mənbələri

ING: Avro/dollar tezliklə 1,14 səviyyəsini test edə bilər

ING analitiklərinin fikrincə, dollar üzrə qısamüddətli risklər bir qədər yuxarı istiqamətli olsa da, dollar indeksinin (DXY) 2025-ci ilin may ayında gördüyü yüksək səviyyəyə yenidən çatması çətin görünür. Analitiklər avro/dolla

"İqtisadi artım üzrə işçi qrupu"nun növbəti iclası keçirilib

"Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası" çərçivəsində iqtisadi artımın və rəqabətqabiliyyətliliyin təmin edilməsi istiqamətində görülmüş işlər, tədbirlərin icra vəziyyət

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz ®

 İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. InvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə, 17–21 avqust həftəsində qlobal maliyyə bazarlarının əsas istiqamətveric

Azərbaycanın nar şirəsi Dominikana ixrac olunur

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) operatoru olduğu "Azexport" portalının dəstəyi ilə Karib hövzəsi ölkələrinə növbəti ixrac əməliyyatı uğurla həyata keçirilib. Mərkəzin yaydığı məlumatd

FED faiz qərarını açıqladı

Federal Ehtiyat Sistemi (FED, ABŞ Mərkəzi Bankı) əsas faiz dərəcəsi ilə bağlı qərarını açıqlayıb. xəbər verir ki, Mərkəzi bankın rəsmiləri baza faiz dərəcəsini 3,5%–3,75% diapazonunda saxlamaq qərarına gəliblər. FED 2025-c

Azərbaycanda kassa aparatları ilə qeydə alınan dövriyyə 3 milyard manatdan çox artıb

2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda yeni nəsil nəzarət-kassa aparatları (NKA) vasitəsilə qeydə alınan dövriyyə 23 milyard 328,9 milyon manata çatıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3 milyard 51,7 milyo

Yeni nəsil nəzarət-kassa aparatları 8 ayda 20,4 milyard manat dövriyyəni qeydə alıb

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən ölkədə yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir. Xidmtin yaydığı məlumatda bildirilir ki, indiyədək ölkə ərazisind


iqtisadi xeberler biznes ideyalari bitkoin almaq investisiya biznes krediti