"Azərbaycan İnvestisiya Şirkəti" - "Milk-Pro"nun təsisçiliyindən çıxıb
İqtisadiyyat Nazirliyinə məxsus "Azərbaycan İnvestisiya Şirkəti" ASC (AİŞ) "Milk-Pro" MMC-də ona məxsus təsis payını sataraq layihədə iştirakına xitam verib.
"Azərbaycan İnvestisiya Şirkəti"nin investisiya portfelinin dəyəri - AÇIQLANIB
FED.az bu barədə şirkətə istinadən xəbər verir.
Xatırladaq ki, AİŞ sözügedən müəssisədə 20 % paya malik olub. Bununla da, şirkətin tamamladığı investisiya layihələrinin sayı "Holcim-Azerbaijan" ASC, "Azərbaycan Duz İstehsalat Birliyi" QSC, "Ağstafa Aqrar-Sənaye Kompleksi" və "Azərtoxum" MMC-lərlə birlikdə 5-ə çatıb.
Hazırda AİŞ "Diamed Co" və "Səba" ASC-lər, "Xəzər Beynəlxalq İnvestisiya Şirkəti" QSC, "Azərsun İstehsalat və Logistika Mərkəzi", "Bakı Gəmiqayırma Zavodu", "Balacans Agro Food", "Balkhoorma", "İnfuzion Məhlulların İstehsalı Zavodu", "Login International Logistics" MMC-lər olmaqla 9 investisiya layihəsində pay sahibidir.
Xatırladaq ki, AİŞ ölkə prezidentinin 30 mart 2006-cı il tarixli, "İnvestisiya Fəaliyyətinin Təşviqi üzrə Əlavə Tədbirlər haqqında" sərəncamı ilə yaradılıb. Onun nizamnamə kapitalı 224 milyon manatdır. Şirkətin əsas məqsədi mövcud və yeni kommersiya müəssisələrinə yerli və xarici investorlar cəlb etməklə və öz vəsaiti hesabına müddətli investisiya qoyuluşları vasitəsilə Azərbaycan ərazisində iqtisadiyyatın qeyri-neft sektorunun inkişaf etdirilməsidir. (Report)

BOKT-un mənfəəti 5 dəfəyə yaxın artıb - Kredit portfeli 15,7 milyon manata çatıb
"PAŞA Həyat"ın ödənişləri 548 milyon manatı keçib, xalis mənfəəti artıb
"PAŞA Sığorta"da yığımlar artaraq 309 milyon manata çatıb, ödənişləri isə 131 milyon manata yaxınlaşıb
"A-Qroup"un mənfəəti 34% artıb, sığorta ödənişləri azalıb
"Xalq Həyat"ın mənfəəti artıb, sığorta ödənişləri azalıb
"İpək Yolu Sığorta"nın yığımları 75%, mənfəəti 53% artıb
Dövlət şirkətinin əmlak satışlarının müsabiqə vaxtı uzadıldı
ING: Azərbaycan Mərkəzi Bankı 2027-ci ildə uçot dərəcəsini sabit saxlayacaq
"Bitcoin" 74 min dollardan aşağı düşüb - SON QİYMƏT
FINCA Azerbaijan "Heyva Festivalı"nda yerli sahibkarlarla bir araya gəlib - FOTOLAR
Dropshipping nədir?
McDonalds haqqında maraqlı faktlar
Bitcoin nədir?
Ən varlı "youtube" blogerlər nə qədər qazanır?
Xaricdə freelancer tapmaq üçün TOP-5 sayt