Azərbaycan iqtisadiyyatı 0,3 faiz azalıb
Dövlət Statistika Komitəsi 2026-cı ilin yanvar-mart aylarında Ümumi Daxili Məhsul istehsalı barədə məlumat açıqlayıb.
Qeyd edilib ki, 2026-cı ilin yanvar-mart aylarında ölkədə 29 milyard 703,2 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə real ifadədə 0,3 faiz az ümumi daxili məhsul (ÜDM) istehsal olunmuşdur. İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 1,2 faiz azalmış, qeyri neft-qaz sektorunda isə 0,2 faiz artmışdır.
ÜDM istehsalının 33,5 faizi sənaye, 11,3 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 7,1 faizi nəqliyyat və anbar təsərrüfatı, 4,6 faizi tikinti, 3,3 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 3,2 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 2,0 faizi informasiya və rabitə sahələrinin, 23,3 faizi digər xidmət sahələrinin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 11,7 faizini təşkil etmişdir.
Bu dövrdə informasiya və rabitə sahələrində əlavə dəyər real ifadədə 9,2 faiz, ticarət; nəqliyyat vasitələrinin təmiri sahələrində 3,7 faiz, turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrində 2,9 faiz, nəqliyyat və anbar təsərrüfatı sahələrində 1,5 faiz, digər xidmət sahələrində 0,3 faiz, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində 1,2 faiz, sənayedə 0,2 faiz artmış, tikintidə isə 19,8 faiz azalmışdır.
Sənaye istehsalı haqqında
Sənaye sektorunda 2026-cı ilin yanvar-mart aylarında 14,9 milyard manat məbləğində və ya ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 0,2 faiz çox sənaye məhsulu istehsal edilmişdir.
Emal sənayesində 2026-cı ilin yanvar-mart aylarında daha çox artım avtomobil, qoşqu və yarımqoşquların istehsalı, əczaçılıq məhsullarının istehsalı, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri, elektrik avadanlıqlarının istehsalı, toxuculuq sənayesi sahələrində olmuşdur. / marja.az

Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
Rabitəbank partnyorları ilə görüş keçirib - FOTOLAR
PAŞA Bankın səhmləri bu ay 5 faizə yaxın bahalaşıb – İlkin yerləşdirmə qiymətinə yaxınlaşıb
Oxford Economics "McDonald"s Azərbaycan"ın iqtisadiyyata təsirini araşdırıb
Mərkəzi banklar qızılı ABŞ-dan çıxarır: Alışlar 4 dəfədən çox artıb
Azər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıb
Pampers 23 milyard dollar qazanıb
Bakıda məşhur restoran fəaliyyətini dayandırdı
Gələn il üzrə icmal büdcənin kəsir limiti müəyyənləşib
Bankların depozit portfelinin RENKİNQİ: həcm, dinamika və bazar payı (01.10.2026)
Dropshipping nədir?
Dünyanın ən bahalı restoranları
Xaricdə freelancer tapmaq üçün TOP-5 sayt
Ən varlı "youtube" blogerlər nə qədər qazanır?
Mcdonalds françayzinqi neçiyədir?